Hekayələr. Эрнест Миллер Хемингуэй

Читать онлайн книгу.

Hekayələr - Эрнест Миллер Хемингуэй


Скачать книгу
olduğum bir şeydən. Absent6 də həmin tamı verir.

      – Bəsdir görək.

      – Özün birinci başladın, – qız dedi. – Kefim yaxşı idi. Darıxmırdım.

      – Nə deyirəm, gəl çalışaq, darıxmayaq.

      – Mən çalışırdım. Dedim ki, təpələr ağ fillərə oxşayır. Məgər pis bənzətmə idi?

      – Yaxşı idi.

      – Sonra bu arağın dadına baxmaq istədim. Bizim işimiz-gücümüz yeni yerləri gəzib yeni içkilərin dadına baxmaqdır.

      – Elədir ki var.

      Qız təpələrə bir də nəzər saldı.

      – Gözəl təpələrdir, – dedi. – Bəlkə də, onlar heç ağ fillərə bənzəmir. Sadəcə olaraq düşündüm ki, yəqin, fillər də beləcə ağacların arasından ağarır.

      – Bəlkə, yenə içək?

      – Pis olmaz.

      İsti külək bambuk pərdəni yellətdi.

      – Yaxşı pivədir, soyuqdur, – kişi dedi.

      – Çox gözəldir, – qız dedi.

      – Ciq, bu, yüngül bir əməliyyatdır, – kişi dedi. – Heç əməliyyat da demək olmaz.

      Qız aşağı, masanın ayağına baxırdı.

      – Ciq, özün görəcəksən, boş şeydir. Sadəcə, iynə vuracaqlar.

      Qız susurdu.

      – Mən səninlə gedəcəyəm və yanından ayrılmayacağam. İynə vuracaqlar, sonra hər şey qaydasına düşəcək.

      – Bəs sonra başımıza nə gələcək?

      – Hər şey yaxşı olacaq. Əvvəlki yoluna düşəcək.

      – Niyə belə düşünürsən?

      – Bizə mane olan elə təkcə budur. Bircə buna görə biz xoşbəxt ola bilmirik.

      Qız pərdəyə baxdı, əlini uzadıb qamışlardan ikisini tutdu.

      – Deməli, sən düşünürsən ki, biz özümüzü yaxşı hiss edəcək və xoşbəxt olacağıq?

      – Mən əminəm. Bircə sən qorxma. Eyni şeyi edən çox adam tanıyıram.

      – Mən də, – qız dedi. – Sonra hamısı çox xoşbəxt olur.

      – Əgər sən istəmirsənsə, lazım deyil. Sən istəmirsənsə, mən təkid etmirəm. Amma bilirəm ki, boş bir şeydir.

      – Sən, həqiqətən, bunu istəyirsən?

      – Düşünürəm ki, ən düzgün çıxış yoludur. Yox, əgər özün istəmirsənsə, lazım deyil, onda mən də əsla istəmirəm.

      – Amma mən bunu etsəm, razı qalarsan. Hər şey əvvəlki kimi olar və sən məni yenə sevərsən!

      – Mən səni elə indi də sevirəm, özün ki bilirsən.

      – Bilirəm. Bunu edəndən sonra hər şey əvvəlki kimi yaxşı olacaq və mən deyəndə ki, təpələr ağ fillərə oxşayır, bu sənin xoşuna gələcək?

      – Bu mənim çox xoşuma gələcək. Elə indi də xoşuma gəlir, amma indi fikrim bir az ayrı yerdədir. Özün bilirsən, mən həyəcan keçirəndə həmişə belə oluram.

      – Bəs mən bunu etsəm, sən həyəcanlanmayacaqsan ki?

      – Yox, çünki bu, boş, yüngül bir şeydir.

      – Elə isə mən bunu edərəm. Başıma nə gələcəyi vecimə deyil.

      – Necə yəni?

      – Başıma nə gələcəyi vecimə deyil.

      – Axı mənim vecimədir.

      – Hə, hə. Amma başıma nə gələcəyi mənim vecimə deyil. Mən bunu edəcəyəm və hər şey yaxşı olacaq.

      – Əgər belədirsə, onda sənin bunu etməyini istəmirəm.

      Qız ayağa qalxıb platformanın qurtaracağına qədər addımladı. Yolun o başı ağaclıq idi, Ebronun sahili boyunca əkin sahələri uzanırdı. Çayın arxasında, uzaqlarda dağlar ucalırdı. Buludun kölgəsi yamyaşıl zəmilərin üstü ilə sürünür, ağacların arasından isə çay görünürdü.

      – Bütün bunlar bizim ola bilərdi, – qız dedi. – Hamısı bizim ola bilərdi, amma bunun mümkün olması ehtimalı gündən-günə azalır. Günah da özümüzdədir.

      – Sən nə deyirsən?

      – Deyirəm ki, hər şey bizim ola bilərdi.

      – Hər şey onsuz da bizimdir.

      – Yox, bizim deyil.

      – Bütün dünya bizimdir.

      – Yox, bizim deyil.

      – Biz ürəyimiz istəyən yerə gedə bilərik.

      – Yox, bilmərik. İndi bütün bunlar bizim deyil.

      – Bizimdir.

      – Yox. Bir dəfə əldən buraxdığın bir daha geri qayıtmaz.

      – Amma biz hələ heç nəyi əldən buraxmamışıq.

      – Görərsən.

      – Gəl kölgəyə qayıdaq, – kişi dedi. – Belə həyəcanlanmaq lazım deyil.

      – Mən həyəcanlanmıram, – qız dedi. – Sadəcə, hər şeyi anlayıram.

      – İstəmədiyin bir şeyi etməyinə razı deyiləm…

      – Yaxud mənə ziyan olan bir şeyi. Bilirəm. Bəlkə, yenə pivə içək?

      – Yaxşı. Amma sən başa düşməlisən ki…

      – Mən başa düşürəm, – qız dedi. – Bəlkə, bu söhbəti kəsək?

      Onlar masanın arxasında oturdular. Qız çayın o tayındakı təpələrin günəşdən yanmış yamaclarına, kişi isə qıza, bir də masaya baxırdı.

      – Sən başa düşməlisən ki, – kişi dedi, – istəmədiyin heç bir şeyi etməli deyilsən. Əgər bu sənin üçün belə əhəmiyyət daşıyırsa, mən buna razıyam.

      – Bəs sənin üçün əhəmiyyət daşımır? Birtəhər öhdəsindən gələrdik.

      – Əlbəttə, daşıyır. Amma iş orasındadır ki, səndən başqa mənə heç kəs lazım deyil. Onu da bilirəm ki, bu, boş bir şeydir.

      – Əlbəttə. Sən bunun boş şey olduğunu bilirsən.

      – Nə istəyirsən de, amma mən bunun belə olduğunu bilirəm.

      – Səndən bir şey xahiş edə bilərəm?

      – Sənin üçün nə istəsən edərəm.

      – Elə isə mən səndən çox, çox, çox, çox xahiş edirəm ki, susasan.

      O cavab verməyib divarın yanındakı çamadanlara baxdı. Çamadanların üstünə qaldıqları bütün otellərin yarlıqları yapışdırılmışdı.

      – Sənin bunu etməyini istəmirəm, – kişi dedi. – Bu mənə qətiyyən lazım deyil.

      – Mən indi qışqıracağam, – qız


Скачать книгу

<p>6</p>

Absent – yovşan arağı