Hekayələr. Эрнест Миллер Хемингуэй

Читать онлайн книгу.

Hekayələr - Эрнест Миллер Хемингуэй


Скачать книгу
qabaq isə viski. Yaxşı, hombre, danışdıq.

      – Salud, Pepe, təşəkkür edirəm.

      – Salud, Enrike, dəyməz.

      Bu çox qəribə səs idi, sönük səs idi və mən heç cür ona öyrəşə bilmirdim. Amma indi, öz nömrəmə qalxan zaman bir yüngüllük hissi keçirdiyimi duydum.

      Hamımız – “Çikote”nin köhnə müştəriləri – bara xüsusi bir münasibət bəsləyirdik. Çox güman, Luis Delqado məhz buna görə belə bir ağılsız addım atmışdı. Öz işlərini başqa bir yerdə də görə bilərdi. Ancaq Madridə gəlib bara baş çəkməyə bilməzdi. Ofisiantın sözlərinə görə, o, yaxşı müştəri imiş və biz nə vaxtsa dostluq etmişdik. Əgər həyatda kiməsə kiçik bir yaxşılıq etmək imkanınız varsa, bundan imtina etmək lazım deyil. Ona görə də mən təhlükəsizlik idarəsində işləyən dostum Pepeyə zəng vurmağıma peşman deyiləm. Çünki Luis Delqado “Çikote”nin köhnə müştərilərindən idi və onun ölümqabağı öz barının ofisiantları barədə pis fikirləşməsini istəmirdim.

Tərcümə: Fərrux Şıxlinski

      YAD ÖLKƏDƏ

      Payızda müharibə hələ davam edirdi, amma bizim üçün o artıq başa çatmışdı. Milanda payız soyuq idi, hava da tez qaralırdı. Elektrik fənərləri yandırırdılar. Vitrinlərə baxa-baxa küçələrdə dolaşmaq xoş idi. Çöl tərəfdə, mağazaların qabağında ovçuların gülləsinə tuş gəlmiş xeyli heyvan asılmışdı. Külək tülkünün quyruğunu yellədir, xəzinin üstünə isə narın-narın qar yağırdı. İçalatı çıxarılmış donmuş maral cəmdəkləri yerə qədər sallanır, rüzgar xırda quşları yırğalayır, yel onların lələklərini oynadırdı. Soyuq bir payız idi, dağlardan külək əsirdi.

      Hamımız hər gün hospitalda olurduq. Şəhərdən hospitala müxtəlif yollardan keçməklə getmək olardı. Yolun ikisi kanal boyunca uzanırdı, amma bu çox uzaq idi. Hospitala düşmək üçün kanalın üstündən salınmış körpülərin birindən keçməli olurduq. Üç körpü var idi. Onlardan birinin üstündə qadın qovrulmuş şabalıd satırdı. Manqalın yanı isti olurdu. Şabalıdlar da adamın cibində uzun müddət isti qalırdı. Hospital qədim və yaraşıqlı binada yerləşirdi. Biz qapının birindən girir, həyətdən keçir, sonra əks tərəfdəki o biri qapıdan çıxırdıq. Həyətdə, demək olar ki, hər dəfə dəfn mərasimi ilə qarşılaşırdıq. Köhnə binanın arxasında kərpicdən tikilmiş iki təzə bina var idi. Biz hər gün orada görüşür, bir-birimizdən nəzakətlə hal-əhval tutur və aparatların arxasına keçirdik. Bu aparatlara böyük ümidlər bəslənirdi.

      Həkim mən oturan aparata yaxınlaşıb soruşdu:

      – Müharibəyə qədər nə ilə maraqlanmısınız? İdmanla məşğul olmusunuz?

      – Bəli, futbol oynamışam, – cavab verdim.

      – Çox gözəl, – o dedi, – əvvəlkindən də yaxşı futbol oynayacaqsınız.

      Dizim bükülmürdü, topuğuma qədər qurumuşdu. Aparat onu qatlamalı və velosiped sürən zaman olduğu kimi tərpənməyə məcbur etməli idi. Amma o hələ də bükülmür və iş qatlanmaq məsələsinə çatanda hər dəfə aparat ilişib dayanırdı. Həkim dedi:

      – Düzələcək. Bəxtiniz gətirib, cavan oğlan. Tezliklə yenidən əla futbolçu ola biləcəksiniz.

      Qonşu aparatda mayor oturmuşdu. Onun balaca əli var idi. Lap uşaq əlinə oxşayırdı. Əlini iki qayışın arasına salmışdılar. Qayışlar aşağı-yuxarı hərəkət edərkən onun hərəkətsiz barmaqlarına toxunurdu. Həkim mayorun əlini yoxlamağa başlayanda o mənə göz vurdu və soruşdu:

      – Mən də futbol oynayacam, həkim?

      Mayor məşhur qılıncoynadan idi, müharibədən qabaq İtaliyanın ən yaxşı qılıncoynadanı sayılırdı.

      Həkim öz otağına keçdi və qurumuş bir əl şəkli gətirdi. Bu əl müalicəyə qədər mayorunku kimi balaca olmuş, sonra isə bir az böyümüşdü. Mayor salamat əli ilə şəkli götürüb çox diqqətlə baxdı.

      – Güllə dəyib? – o soruşdu.

      – Zavodda baş vermiş bədbəxt hadisədir, – həkim dedi.

      – Olduqca maraqlıdır, çox maraqlı, – mayor dedi və şəkli həkimə qaytardı.

      – İndi əmin oldunuz?

      – Xeyr, – mayor dedi.

      Bura hər gün gələn üç xəstə var idi. Onlar mənimlə eyni yaşda olardılar. Üçü də milanlı idi; biri vəkil, o biri rəssam, üçüncüsü isə hərbçi olmaq istəyirdi. Müalicəmizi aldıqdan sonra hərdən bir yerdə “La Skala” teatrının yanında yerləşən “Kova” kafesinə baş çəkirdik. Dörd nəfər olduğumuz üçün kəsə yolla, fəhlə məhəllələrindən keçərək gedirdik. Zabit olduğumuza görə bizə nifrət edirdilər və biz kiçik yeməkxanaların qabağından keçəndə çox vaxt içəridən qışqırırdılar: “Abasso gli ufficiali!”1 Bəzən bizimlə birlikdə hospitaldan qayıdan beşinci adamın isə üzü qara ipək yaylıqla örtülü idi: onun burnu yox idi, üzündə də əməliyyatlar aparırdılar. Cəbhəyə birbaşa hərbi akademiyadan yollanmış və atəş xəttinə çatandan bir saat sonra yaralanmışdı. Üzünü qaydaya saldılar, amma o, qədim bir nəslin nümayəndəsi olduğundan burnunun da bərpa edilməsini istəyirdi. Bununla belə, düz-əməlli bərpa edə bilmədilər. O, Cənubi Amerikaya gedib orada bankda işləməyə başladı. Amma bu, sonralar baş verdi, o vaxt isə hələ heç birimiz başımıza nələrin gələcəyini bilmirdik. Bildiyimiz bircə bu idi ki, müharibə hələ davam edir, amma bizim üçün o artıq bitib.

      Üzündə qara ipək yaylıq olan gəncdən başqa, hamımızın eyni ordenləri var idi. O, orden almaq üçün cəbhədə çox az olmuşdu. Vəkil olmağa hazırlaşan solğunbənizli, hündürboy gənc isə Arditti alayının leytenantı idi. Bizim hərəmizdə bir dənə olan ordendən onda üçü var idi. O, dəfələrlə ölümlə üz-üzə dayanmışdı və hamıdan kənar gəzirdi. Əslində, hamı hamıdan kənar gəzirdi və hospitaldakı gündəlik görüşlərdən başqa, bizi bir-birimizə heç nə bağlamırdı. Buna baxmayaraq biz şəhərin ən təhlükəli hissəsi ilə “Kova” kafesinə gedəndə də (pəncərələrindən işıq süzülən və mahnı sədaları eşidilən yeməkxanaların yanından ötürdük), itələşə-itələşə qaranlıq küçələrdən keçəndə də (səkilərdə toplaşıb dayanan adamları yarıb özümüzə yol açmalı oldurduq) hiss edirdik ki, beşimizi də elə yaşantılar birləşdirir ki, bizə nifrət edən bu adamlar heç vaxt onları anlaya bilməyəcəklər.

      “Kova” kafesinə gəldikdə isə hər şey aydın idi. Bura isti və yaraşıqlı, amma alaqaranlıq bir yer idi. Axşamlar içəri səsli-küylü olur, siqaret tüstüsündən adamın gözü acışırdı. Masaların arxasında həmişə qızlar, divarlarda isə qarmaqlardan asılmış şəkilli jurnallar olurdu. “Kova” kafesinin qadın müştəriləri olduqca vətənpərvər idilər. Məncə, o vaxtlar İtaliyanın ən vətənpərvər qadınları məhz “Kova” kafesinə gələnlər idilər. Çox güman ki, onlar elə indinin özündə də vətənpərvərdirlər.

      Tanışlığımızın ilk vaxtları yol yoldaşlarım ehtiramla mənim ordenimlə maraqlanır, onu hansı xidmətlərimə görə aldığımı soruşurdular. Mən onlara üzərində


Скачать книгу

<p>1</p>

“Rədd olsun zabitlər!”