Sözlərin tarixi. Айзек Азимов
Читать онлайн книгу.deyə qışqırır. O lazım olan hər şeyi ölçüb-biçdikdən sonra zərgərin, həqiqətən də, dələduzluq etdiyi ortaya çıxır. Zərgəri edam edirlər. Arximed isə e.ə. 211-ci ilə qədər, Sirakuzanın alınması zamanı Roma əsgərləri tərəfindən öldürülənəcən yaşayır.
O vaxtdan “Evrika!” qəflətən ağlına gələn bir fikirlə nəyisə kəşf edən insanın sevinc hayqırtısına çevrildi.
Əlifba
Tarix e.ə. 3000-ci ilə yaxınlaşarkən indi İraq adlandırılan dövlətin ərazisində yaşayan şumerlər yazını kəşf etdilər. Ayrı-ayrı sözlər və anlayışların müvafiq işarələri (simvolları) var idi. Onların sayı bir neçə mini keçirdi. Təbii ki, belə bir yazı dilini öyrənmək həddən artıq çətin idi. Ona görə də bunu yazıb-oxumağı bacaranlara bizim dövrümüzdə universitet professorları kimi yanaşır və hörmət edirdilər.
Lakin e.ə. təxminən 1400-cü ildə bir finikiyalının ağlına dahiyanə fikir gəlir: hər bir səs üçün uyğun bir işarə (simvol) tapmaq, bundan sonra isə səs və onlara müvafiq simvollara əsasən sözlər yaratmaq. Belə olan halda minlərlə, hətta milyonlarla söz yaratmaq üçün cəmi 10–20 işarə kifayət edərdi. Bu fikir bizə çox sadə və adi görünə bilər, amma unutmayaq ki, həmin fikir tarixdə insanın ağlına cəmi bircə dəfə gəlib. Düşünmək olar ki, müəyyən səslərə müvafiq olan digər işarə sistemləri, sadəcə, həmin o finikiyalının ağlına gələn modelin törəmələridir.
Finikiyalılar simvol kimi əvvəllər sözləri işarə etdikləri elementlərdən istifadə edirdilər; məsələn, “Öküz” sözünün (finikiya dilində aleph) mənasını verən işarə finikiya dilində bu sözün əvvəlindəki “ah” səsini ifadə etmək üçün istifadə olunmağa başladı. “Ev” (beth) sözünü ifadə edən simvol “b”, “dəvə” (gimel) sözünün mənasını verən isə “g” oldu. Bu işarələr (simvollar) tədricən indi bizim hamımızın yaxşı tanıdığı hərflərə çevrildi.
Yunanlar finikiyalılardan bu sistemi, azacıq dəyişikliklər edərək hətta hərfləri belə mənimsəmişlər. Ancaq onlar yunan dilində heç bir məna verməyən sözləri təhrif etmişlər. Aleph alfaya (alpha), beth betaya (beta), gimel qammaya (gamma) və s.-yə çevrildi. Romalılar da, öz növbəsində, yunanların bu sistemini götürərək düzəlişlər etmişlər və onların əlifbası elə indi bizim də istifadə etdiyimiz əlifbanın əsasını təşkil edir – a, b, c və s.
Farisey
Makkaveylərin e.ə. II əsrdə yəhudi torpaqlarında Selevkilər imperiyasına qarşı qaldırdıqları üsyanın səbəbi yəhudilərin yunan mədəniyyəti naminə öz dinlərindən əl çəkmək istəməmələri idi. Babilistan köçü zamanı və ondan sonra yəhudi dini mürəkkəb qanunlar, həmçinin qadağalar sistemi yaratmışdı. Bu sistemin ətrafında xeyli sayda köməkçi mərasim və ayinlər əmələ gəlmişdi.
Üsyan müvəffəqiyyətlə başa çatdıqdan sonra əsası qoyulan Makkaveylər çarlığında yəhudilərdən ibarət və qeyd-şərtsiz həmin qaydalara riayət olunmasını tələb edən qruplar yarandı. Onlar özlərini ferişayya (perishayya) adlandırırdılar. Bu söz aramey dilindən “ayrılmış” kimi tərcümə olunur. Yəni onlar özlərini dünyadan ayıraraq həyatlarını Allaha xidmətə həsr edirdilər. Bu söz yunan dilində “pharisaikos”a çevrildi və başqa dillərə keçdi. Biz onları farisey adlandırırıq.
Çox güman, onlar e.ə. təxminən 100-cü ildə cəmiyyətdə vacib rol oynamağa başlayıblar. İsanın yəhudi torpaqlarına gəldiyi vaxt isə sayları artıq mini keçmişdi. Fariseylər yunan mədəniyyətinə münasibətdə güzəştli siyasət aparan yəhudi hökumətinə qarşı müxalifətdə idilər.
Fariseylər mərasimlərin son dərəcə dəqiq yerinə yetirilməsinə böyük önəm verirdilər. Özü də bu zaman mərasimlərin əsl mahiyyəti çox vaxt itirilirdi. İsa bunun bütün fariseylərə və dini kitabları yenidən köçürüb istədikləri kimi yozan ilahiyyatçılara xas olduğunu söyləyirdi.
Fariseylər İsanın nəzəriyyəsinin dini mərasimlərin yerinə yetirilməsinə aid olan hissələrinə qarşı çıxırdılar və “İncil”də İsanın buna görə onları qınadığı bildirilir; məsələn, Matfeyin “İncil”ində (23:13) belə deyilir: “Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!”
Nəticədə, dindarlığın mənasına yox, zahiri tərəfinə daha çox fikir verən, özünə əmin, ikiüzlü, riyakar adama farisey deyilməyə başlandı.
Faşist
Adətən, hakimiyyətdə olan insanlar başqalarından seçilmək üçün hansısa fərqləndirici nişan taxır və ya müəyyən bir paltar geyinirlər. Belə olan halda məmur özü şəxsiyyət kimi nə qədər nəzərə çarpmayan olsa da, insanlar dərhal onu tanıya, təmsil etdiyi hakimiyyət orqanını müəyyənləşdirə bilirlər.
Qədim zamanlarda bu xüsusilə vacib idi. Çünki fotoşəkil, televiziya mövcud olmadığından hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı10 adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.
1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr sırasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.
Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək . O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.
Mussolini hakimiyyətə 1922-ci ildə gəldi, digər ölkələrdə isə bu cür qruplar 20–30-cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.
Getto
Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar.
Xristianların çoxu yəhudilərə o qədər nifrət
10
Qədim Romada ali dövlət vəzifəsi