Sözlərin tarixi. Айзек Азимов

Читать онлайн книгу.

Sözlərin tarixi - Айзек Азимов


Скачать книгу
ildə həyat yoldaşının dünyasını dəyişməsi ilə Məhəmməd ciddi problemlərlə üzləşdi. Çünki həmin qadın ətrafdakılara müsbət təsir göstərirdi. Onun ölümü ilə vəziyyət dəyişdi və 622-ci il iyulunun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən və yeni salınmasına baxmayaraq artıq böyük nüfuz qazanmış Mədinə şəhərində sığınacaq tapdı. Onun tərəfdarlarından bir çoxu özündən əvvəl bu şəhərə gəlmişdi və əgər Məhəmməd məhz həmin gün bura qaçıb gəlməsəydi, çox güman, Məkkədə öldürüləcəkdi.

      Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi.

      Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb yüz il ərzində Qərbi Asiya və Şimali Afrikanı tamamilə istila etdilər və əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular.

      639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı.

      İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir.

      İmperiya

      Əvvəllər latın dilində istənilən hərbi birləşmənin komandiri “imperator” adlanırdı. Tədricən bu söz baş komandan mənasında işlənməyə başladı.

      E.ə. 31-ci ildən Oktavian Sezar Romanın mütləq hakimi oldu. O, əvvəllər ayrı-ayrı adamların rəhbərlik etdiyi bir çox dövlət idarələrinin başına keçdi. O həmçinin özünü Avqust adlandırmağa başladı (bax: “Avqust”). Ancaq bir çox titul və vəzifələrdən ən əhəmiyyətlisi “imperator” sayılırdı. Oktavian Sezar Roma ordusunun baş komandanı idi və məhz bu onun özünü qüdrətli, hakimiyyətini isə sarsılmaz edirdi. Bu səbəbdən də Avqustun tətbiq etdiyi idarəçilik üsulu imperiya adını aldı.

      Əslində, “imperiya” anlayışı təkcə Roma imperiyasına şamil edilməli idi. 476-cı ildə imperiyanın qərb hissəsi dağılsa da, şərq hissəsi hələ də mövcud idi. Konstantinopolda özünü Roma imperatoru adlandıran padşahlar 1453-cü ilədək hökmranlıq etdilər. Qərbdə bu titulu 800-cü ilədək – Roma papası Böyük Karlı imperator elan edənədək tanımadılar.

      Həmin qərb imperatorları (“Müqəddəs Roma imperiyası”nın imperatorlarından söhbət gedir. İmperiya özü isə papa tərəfindən müqəddəs elan edildiyi üçün belə adlanırdı) 1806-cı ilədək hökmranlıqlarını davam etdirdilər. Bu, Napoleonun özünü Fransa imperatoru elan etdiyi illər idi. O dövrdə ürəyi istəyən hər bir padşah özünü imperator adlandıra bilərdi. Yaşadığımız dövrdə isə biz yalnız Yaponiya imperatorundan danışa bilərik.

      Romalılar bir çox qeyri-Roma xalqlarını idarə etdiklərindən indi tərkibinə əhalisi ayrı dildə danışan və ayrı mədəniyyətə mənsub olan bir neçə ölkənin daxil olduğu dövlət imperiya hesab olunur (keçmiş Britaniya imperiyası kimi)13. Başqa dildə danışan və başqa mədəniyyətə aid olan ölkələri idarə etmək üçün əlindən gələni edən dövlətin siyasəti isə imperialist siyasət, ya da sadəcə, imperializm adlandırılmağa başlandı.

      İyul

      Roma imperiyası zamanı təqvim Ayın Yer kürəsi ətrafındakı hərəkətinin dövriliyinə əsaslanırdı. Hər yeni təqvim ayı Ay hilal olanda başlayır, yeni ilin ilk günü isə martın 1-i sayılırdı. Bu çox narahat təqvim idi. Üstəlik də, kahinlər ona yaxşı nəzarət edə bilmədiklərindən e.ə. I əsrdə dolaşıq bir vəziyyət yaranmışdı.

      Misirdə isə əksinə, təqvim ayının göydəki Ayla heç bir bağlılığı yox idi. Hər ay 30 gündən, il 12 aydan ibarət idi. Artıq 5 gün isə ilin axırına əlavə edildiyindən il 365 gün davam edirdi. Yunan astronomları ildə 365, üstəgəl dörddə bir gün olduğunu bilirdilər. Buna görə də Misir təqvimi bir az qeyri-dəqiq olsa da, bu vəziyyətdə belə romalılarınkından qat-qat yaxşı idi.

      E.ə. 48-ci ildə Yuli Sezarın gəmiləri Misirin paytaxtı İsgəndəriyyə limanında lövbər saldı (bu vaxt Romada vətəndaş müharibəsi gedirdi).

      Misirdə bir il qaldığından Sezarın yerli təqvimlə diqqətlə tanış olmağa və onun Roma təqvimindən üstün cəhətlərini öyrənməyə kifayət qədər vaxtı var idi. O, yunan astronomu Sosigenin yardımından istifadə etdi və Romaya qayıdan kimi yeni təqvimin tətbiq edilməsinə əmr verdi. Yeni təqvimə görə ildə 12 ay var idi. 5 artıq gün isə bir yox, bir neçə aya əlavə olunduğundan bəzi aylar 30, bəziləri isə 31 gündən ibarət idi. (Fevral uğursuz ay sayıldığından ondan bir neçə gün çıxarıldı.)

      Artıq qalan dörddə bir günü də unutmadılar. Hər dörd ildən bir bunlardan tam gün yaranır və ilə əlavə olunurdu. Beləliklə də, hər dörd ildən bir 366 gündən ibarət uzun il olurdu. Bundan əlavə, ilin başlanğıcı martın 1-dən yanvarın 1-nə keçirildi.

      Yuli Sezarın bu əməyini qiymətləndirmək üçün doğulduğu kvisetili ayı onun şərəfinə iyul oldu. İndiyədək biz bu ayı belə adlandırırıq.

      Kannibal

      İnsanın müəyyən şəraitlərdə bir-birini yeməsinə icazə verən mədəniyyətlər mövcud olub və olmaqdadır. Bəzi hallarda bu, dini motivlərdən irəli gəlib, digər hallarda isə özü kimisini yeyən bunu qurbanına xas olan xüsusiyyətlərə sahib olmaq məqsədilə edib.

      Mədəni cəmiyyətlərdə isə, hansısa fövqəladə vəziyyətlər istisna olmaqla, belə bir təcrübə mövcud deyil. Buna görə də adamyeyənlik barədə xəbərlər insanlarda ikrah və dəhşət hislərindən başqa heç nə oyada bilməz. Öz əsatirlərində adamyeyənlər haqda əfsanələr yaradan yunanlar belələrini antropofaq adlandırırdılar. Hərfi tərcüməsi elə adamyeyən deməkdir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Avqurlar rəsmi dövlət falabaxmasını həyata


Скачать книгу

<p>13</p>

Biz isə buna misal kimi keçmiş Rusiya imperiyasını və ya SSRİ-ni göstərə bilərik.