Ləpirçi. Джеймс Фенимор Купер
Читать онлайн книгу.ov edər, xoş günlər keçirərdik.
Birdən onların qulaqlarına uğultu səsi gəldi. Ləpirçi Kapın diqqət kəsildiyini görüb dedi:
– Bu səs buradan yarım mil uzaqda çayın qayalardan aşıb keçməsindən əmələ gəlir.
– Deməli, bu çayda şəlalə var, eləmi? – deyə Meybl soruşdu. Uğultu səsi qızı qorxutmuşdu.
– Olmaya siz, doğrudan da, bu qoz qabığı ilə şəlaləni keçmək fikrindəsiniz? – Kap təəccüblə soruşdu.
– Sizə niyə qəribə gəlir? Yolumuz şəlalədən keçir, – Ləpirçi dönüb Casperə göz vurdu. – Amma biz sizin köməyinizə bel bağlayırdıq, dənizçi dostum. Siz ki dənizlərə alışmışsınız.
Kap çətinə düşmüşdü. Qayığı şəlalədən keçirmək üçün sərnişinlərdən dördü sahilə düşməli idi. Kap yoldaşlarının əsla qorxmadıqlarını gördü və qayığı tərk etməyə mənliyi yol vermədi.
– Bəs Maqnini nə edək? – deyə soruşdu. – Birdən hindular yaxınlıqda olsalar?
Ləpirçi izah etdi ki, sahil açıqlıqdır, hindular belə yerdə olmurlar. Onlar qalın meşələrdə hiylə işlədib qəfildən hücum etməyi xoşlayırlar. Bu vaxt Casper lazımi yerə çatdıqlarını görüb qayığı sahilə yaxınlaşdırdı. İki hindu, İyun Şehi və Meybl sahilə düşdülər. Qayıqda Ləpirçi ilə iki dənizçi qaldı. Sahildəkilər bu üç adamın qayığı şəlalədən necə məharətlə keçirdiklərinə maraqla baxırdılar.
Qayıq şəlalədən ustalıqla keçirilib axmaza çıxdıqda Kap keyiyib qalmışdı. Ləpirçinin səsi eşidildi:
– Qayığa on dörd qaşıq su dolmuşdur, Şirin Su!
– Mister Kap özünü çayın axarına qarşı elə qüvvətlə əyirdi ki, qayığı çətinliklə idarə edə bilirdim.
– Bunu mən də gördüm. Çünki sən əvvəllər qayığa ən çox onca qaşıq su doldururdun…
Bu vaxt Kap bərkdən öskürdü, dönüb geriyə baxdı. Onun qorxuya düşməsi əbəs deyilmiş. Çayın, demək olar, bütün eni ilə su on – iyirmi fut10 yüksəklikdən tökülürdü. Qayıq bu təhlükəli enişdən, qayaların arasından suyun ovduğu yerlərdən sivişib keçmişdi. Qayığı sürənlərin ağlagəlməz cürətinə heyran qalsa da, Kap özünü o yerə qoymur, bunu adi bir iş hesab etdiyini deyirdi. Onlar Casperin öz qayığını kolların arasında gizlətdiyi yerə gəlib çatdılar. Kap, Casper və Meybl üçü bir qayığa, Ləpirçi, Arouhed və onun arvadı o biri qayığa mindilər. Mogikan isə çayın kənarı ilə gedir, əsl hindu kimi çox ehtiyatla ətrafa göz gəzdirir, bu yerlərdə düşməndən bir əlamət olub-olmadığına fikir verirdi.
Meybl gənc matrosun qayığı məharətlə idarə etməsinə valeh olmuşdu. Onlar Stanuiks qalasından çıxandan bəri o, ilk dəfə məhz bu kiçik qayıqda əmin-amanlıq tapmışdı.
O biri qayıq Meyblin mindiyi qayıqla yanaşı gedirdi. Yol uzunu yalnız Ləpirçi arabir söhbət edirdi. Casper az danışırdı. Ləpirçi üzünü Kapa tutub deyirdi:
– Serjantın qızını şəlalədən keçirmək fikrində deyildik. Lakin bunu qorxusuz bir şey hesab edən qadınlara bu diyarda çox rast gəlmişəm, – deyə Ləpirçi gülümsəyib Meyblə baxdı. – Xanım qız, bizim qayıq cıdırı haqqında öz fikrinizi demədiniz.
– Təhlükəli idi, özlüyündə misilsiz bir qoçaqlıq idi. Arzu edərdim ki, belə fədakarlığa bir daha qol qoymayasınız. Bunu edənlərin hünərinə heyran qaldığımı söyləyə bilərəm, – Meybl dilləndi.
– Bu təhlükəli keçid ancaq xeyrimizədir. Əgər qayığı çiynimizə alıb aparsaydıq, vaxt itirərdik. Minqlərdən yaxa qurtarmaq lazım gəlir…
– Amma indi qorxumuz yoxdur. Qayıq sürətlə gedir. Özünüz deyirdiniz ki, iki saatdan sonra qalada olacağıq.
– İrokezin cürəti çatmaz ki, başınızın bircə tükünə belə toxunsun. Serjanta söz vermişik ki, sizi hər cür təhlükədən qoruyacağıq… Casper, o nədir? Çayın döngəsində, kolluğun dibində?..
– Böyük İlandır, Ləpirçi! İşarə ilə bizə nə isə demək istəyir, amma mən onu başa düşə bilmirəm.
– Doğrudan da, İlandır. İstəyir ki, biz sahilə yan alaq. Görünür, bir əngəl var. İlan kimi ağıllı adam boş yerə hay-küy qaldırmaz…
Dördüncü fəsil
Onlar mogikana yaxınlaşdıqda hindu işarə etdi ki, qayıqları saxlasınlar. Hindu Ləpirçi ilə delavar dilində danışıb məsləhətləşməyə başladı.
– Minqlər meşədədir, – mogikan məlumat verdi.
– Başçının sübutu varmı?
Mogikan daşdan düzəldilmiş tənbəki çubuğunu göstərib onu qarnizona gedən cığırda hələ yanarkən tapdığını dedi. O vaxtlar sərhəd istehkamlarını “qarnizon” adlandırırdılar.
– Yaman yerdə axşamladıq, başçı… Cığır hanı?
Mogikan əli ilə göstərdi. Onların hər ikisi qalxıb oraya gəldi. Cığırı diqqətlə gözdən keçirməyə başladılar. Sonra Ləpirçi geriyə tək qayıtdı. Onun qırmızıdərili dostu isə meşədə yox olmuşdu. Həmişə üzündə arxayınlıq sezilən Ləpirçi bu dəfə həyəcanlı görünürdü.
– Nə olub, mister Ləpirçi? – Kap pıçıltı ilə soruşdu.
– Buradan yüz yard11 o tərəfdə əclaf minqlərin izi var. Ən pisi odur ki, minqlər qarnizona tərəf yollanıblar. İndi kim qalanın dövrəsindəki açıqlığa ayaq bassa, irigözlü minqlər onu dərhal görüb güllələr vıyıldadacaqlar.
– Məgər toplarla atəş açıb düşməni uzaqdan pərən-pərən salmaq mümkün deyil?
– Qarnizonları iri qalalarla müqayisə etmək olmaz. Bunların iki-üç xırda topu çayın ağzına tərəf yönəldilib. Bu toplar meşədə ağacların arxasında gizlənmiş bir dəstə minqə atəş açsa, əbəs yerə barıt sərf edər. İndi bir çarəmiz var. Biz burada gözləyərik, sahil və kolluq bizi giz- lədər. Bizi yalnız çayın o biri sahilindən görə bilərlər. De- məli, burada ləngisək, bizə heç nə olmaz. Amma bir iş var ki, bu qaniçən məlunları çayla başyuxarı getməyə necə məcbur edə bilərik? Aha, tapdım, tapdım! Casper, çayın o tayındakı qollu-budaqlı şabalıd ağacını görürsənmi?
– Yıxılmış şam ağacının yanındakı?
– Özüdür ki var! Çaxmaqdaşı götür, çayın kənarı ilə tez get, orada ocaq qala. Bəlkə, minqlər ocağın tüstüsünə gəldilər. Biz qayıqlara minib bax oraya enərik və başqa bir sığınacaq taparıq. Orada kol çoxdur, gizlənmək asandır.
Casper cəld sahilə tullandı. Ləpirçi gülə-gülə dedi:
– Şirin Su, bu dəfə də yaş budaqları əsirgəmə.
…Casperin ocaq qaladığı yerdən bura aydın görünürdü. Amma hər iş ehtiyatla görüldü. Sonra onlar qayıqları kolların arasından çıxarıb çayın axarı ilə
10
Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi
11
Yard – 81 sm-ə bərabər ingilis uzunluq vahidi