Ləpirçi. Джеймс Фенимор Купер
Читать онлайн книгу.bu avarı, Casper, – deyə Ləpirçi təmkinlə dilləndi. Onun qəmgin olduğu sezilirdi. – Bizim ardımızca üzüb gələrsən. Yola çıxmağımız məsləhətdir.
– Bəs İlan?
– İndi İlan, özünün dediyi kimi, Qadir Ruhun ixtiyarındadır. Bilmirik sağmı qalacaq, ya öləcək.
O biri sahildən qışqırtı səsi gəldi. Kap soruşdu:
– Cənab Ləpirçi, bu nədir? Sanki şeytan qışqırır.
– Bu qələbəni xəbər verən şadlıq bağırtısıdır. Böyük İlanın ya ölüsü, ya dirisi irokezlərin əlinə keçib. Biz buradan mümkün qədər tez uzaqlaşmalıyıq.
Yeddinci fəsil
Qayıq çayın iti axan yerinə çatdı. Çayın axarı ilə gedən qayıqlar qaranlığa qərq olmuşdu. Elə zənn etmək olardı ki, onları kimsə görə bilməz. Lakin təhlükədən xilas olduqlarına hələ əmin deyildilər.
Meybl həyatının ən qorxulu dəqiqələrini keçirirdi. Hər iki qayıq yan-yana gedəndə Casper yavaş səslə dedi:
– Meybl, qorxmursunuz ki?
– Casper Vestern, mən əsgər qızıyam. Buna görə də qorxduğumu boynuma almaq mənim üçün ayıb olardı.
– Mənə və bizim hamımıza arxayın olun.
– Sizə inanıram, Casper. Ancaq məni o qədər də aciz bilməyin. Söz verirəm ki, əbəs yerə qorxmaqla sizə mane olmaram.
– Serjantın qızı haqlıdır. Tom Dunham kimi igid atanın qızı olmağa layiqdir. Bilirsiniz, atanızla birlikdə, belə qaranlıq gecələrdə düşməni ürküdüb çox acıqlandırmışıq. Siz onu görəndə o, çayı necə üzüb keçdiyimizi və öz skalpını necə qoruduğunu sizə danışar, – Ləpirçi dedi.
– Atam mənə göndərdiyi bir məktubda bu hadisəni təsvir etmişdi.
… Hər iki qayıq qərb sahilində çayın iti axan yerinə girdi. Aşırımlarda su dəhşətli sürətlə axırdı. Casper güman edirdi ki, onlar bu sürətlə iki saata çayın ağzına çatarlar.
Çayın ətrafını bürümüş qalın meşələri yalnız min bir dildə danışan təbiətin səsləri pozurdu. Birdən Ləpirçi uzaqdan canavar ulamasını eşitdi. Anlaşılmaz və tez kəsilən bir səs idi. Həssas qulağı sınan quru budaqların səsini eşitdi. Səs çayın qərb sahilindən gəlirdi. Ləpirçi Casperə dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.