Oseola-seminolların başçısı. Джеймс Фенимор Купер
Читать онлайн книгу.ki, onun adına qəzetlərdə tez-tez rast gəlinirdi. O, köçürmənin qızğın əleyhdarlarından idi. Biz – Uest-Poynt kadetləri bu gənc oğlana valeh olmuşduq. Qəhrəmana xas olan bütün keyfiyyətləri ona aid etmək olardı. Deyilənə görə, onun nəcib görkəmi vardı, cəsur, yaraşıqlı, ağıllı biri idi…
Ağların qarşısına çıxa biləcək hindu qəhrəmanı məhz bu gənc başçı oldu. Onun adı Oseola idi.
Sərhəddə ədalət məhkəməsi
Gəlişimdən bir neçə gün sonra mən Kinq fortuna12 yollanmaq barədə əmr aldım. Seminolların işləri üzrə idarə və Florida ordusunun baş qərargahı burada yerləşirdi. Ordunun komandanı general Klinç idi və məni onun qərargahına ezam etmişdilər.
Ailəmdən ayrılıb getmək mənim üçün çətin olsa da, getməliydim. Getməsəydim, məni satqın və qorxaq kimi ləkələyərdilər. Evdən könülsüz ayrılmağımın digər səbəbini izah etməyə ehtiyac yoxdur. Qayıtdığım zamandan bəri ecazkar yaşıl adadan gözümü çəkə bilmirdim. Mən Mayumini unutmamışdım…
Anam və bacımla vidalaşaraq yola düşdüm. Kinq fortuna birgünlük yol vardı. Məni Qara Cek müşayiət edirdi.
Mən Mayuminin yaşadığı yerə getmək istəyəndə Cek dedi:
– Massa13 Corc, sizə nə olub? Axı biz tamam başqa yolla gedirik.
– Bilirəm, Cek. Ancaq mən bir anlığa xanım Pauelə baş çəkmək istəyirdim.
– Aman Tanrı! Massa Corc, siz, doğrudanmı, heç nə eşitməmisiniz?
– Nə haqda?
– Artıq iki ildir ki, Pauellər burada yaşamır.
– Bəs onlar hara gediblər?
– Heç kim bilmir.
– Bəs indi burada kim olur?
– Heç kim. Ev boşdur.
– Axı xanım Pauel buradan niyə gedib?
– Uzun əhvalatdır… Massa Corc, siz, doğrudanmı, heç nə eşitməmisiniz?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.