Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Читать онлайн книгу.bir stereotip də vardır ki, o, “topoqrafik” funksiyanı böyük dəqiqliklə təyin etməyə imkan verir və çox vaxt sorğu materiallarında keçirilir. O, antisemit fikirlərində “saxta rasional” elementi “yəhudi problemi” haqda müzakirələrə nisbətən daha dəqiq aparır – biz yəhudilərin geniş yayılmış iki-pis və yaxşı qruplara bölünməsini nəzərdə tuturuq. O, ən çox “ağ yəhudilərlə” “tacirlərin” üz-üzə qoyulmağında özünü göstərir. Etiraz etmək olar ki, bu bölünmə obyektiv olaraq yəhudilərin cəmiyyətlə fərqli dərəcədə qaynaşması ilə əsaslandırılmışdır və buna görə də subyektiv münasibətin əlaməti kimi görülə bilməz.
Biz etirazin obyektiv olmadığını və əsasən onun istiqamətləndiyi azlıqlar qrupundan asılı olmayan məsələnin olmadığını göstərə bilərik.
Daha əvvəl təyin olunmuşdur ki, xurafatlarla fikirləşən fərd üçün özü və yad qruplar arasında dəyişməz düşüncə xarakterikdir. Hal-hazırda nəzərdən keçirdiyimiz şablon fikirlər dixotomiya17 olub, yad qruplara yaxud əlacsız halda müəyyən qrupa aid edilir. Çox güman ki, bu tendensiya “hər şeyi iki yerə bölmək” xüsusiyyəti olan ağ-qara düşüncənin avtomatlaşdırılması ilə bağlıdır. Lakin bu həm də düşmənçilik münasibətlərində obyektivlik görünüşünü saxlamaq arzusu ilə, düşüncələr obrazına tam olaraq tabe olmaq istəməyən gizli fikirlərə malik insanın iftiraları ilə bağlıdır.
Bu “iki tip” fərdin fikirlərinə xas stereotipini düşmən tendensiyalar arasındakı kompromis kimi görmək olar. Bu həmin fərqi anlayan fərdlərin öz fikirlərində ekstremal həddə nadir halda çatmalarını təxmin etməyə əsas verir. Bizim “oriyentasiya nəzəriyyəmiz” tərəfindən baxanda “iki tip” haqda təsəvvürün ümumi stereotiplik və şəxsi təcrübə arasında uçurumu dəf etmək üçün son üsul olduğunu gözləmək olardı. Bu vəziyyətdə yad qrupda olan “yaxşı” nümayəndələr subyektin şəxsən tanıdıqlarıdır, “pislərə” isə, əksinə, onun sosial plan üzrə uzaq münasibətdə olduğu nümayəndələr aiddir. Yəni söhbət yadların qrupların assimilyasiya olunmuş və assimilyasiya olunmamış hissələri arasında fərqlərdən gedir. Və bu məlum səviyyəyə qədər təsdiqlənir, baxmayaraq ki, “iki tip” haqda təsəvvürün bir çox hallarda belə qeyri-müəyyən və abstrakt xarakter daşıması görünür və hətta tanışların və yadların bölünməsinə uyğun gəlmir. Bu təsəvvür stereotipliyin dəf edilməsi üçün vasitə ola bilməz, belə ki, o, özü-özlüyündə tam olaraq stereotipdir.
Bütün şkalalar üzrə yuxarı bal yığmış 5007 nömrəli dindirilən belə qeyd edir: tanıdığım yəhudilər ağdərili idilər və çox yaxşı adamlar olublar. Yəhudilər aqressivdirlər, əlbirdirlər, bütün ətraflarını zəbt edirlər və yalnız maliyyə məsələləri ilə maraqlanırlar. Hər halda bu dediklərim “ağ yəhudilərə” aid deyil. Mənim bu məsələdə iki cür təcrübəm olub. Bəzi yəhudilər tanıdığım yəhudilər kimi çox xoşagələn və savadlı adamlardır. Amma, onlarla münasibət təcrübəm az təsəlli verir. Ümumiyyətlə, mənə elə gəlir ki, azad peşələrdə yəhudilər öz yerlərindədirlər, amma həyatın işgüzar sferasında mənim onlara qarşı bir çox etirazım var.
Buradan yəhudilərin “yəhudilərin xoşagəlməz xüsusiyyətləri” siyahısı ilə nişanlanmış universal stereotipliyin bu vəziyyətdə daha insaflı olan dixotomiya ilə necə konfliktə girdiyi aydın olur.
Qərəzli fərdlər tanınmışla tanınmamışı müqayisə edir, ancaq bu iş ikinci fərqin azad peşə tutan yəhudilər (güman ki, daha yüksək təhsil və mənəvi dəyərləri olan) və maliyyə-biznes sferasında dələduzluqla məşğul olan ticarətçilər arasında fərqin köməyi ilə çətinləşir.
“İki tip” haqda təsəvvürün klassik forması ən çox adı çəkilən, həmçinin ermənilər barədə öz fikirlərini bildirən oğlan ekskursiya qrupunun rəhbəri 5051-in dediklərində də rast gəlinir:
“Məsələn, yəhudiləri götürün. Bürün irqlərdə yaxşılar və pislər var. Bunu biz bilirik və onu da bilirik ki, yəhudilər irq deyillər, onlar dini cəmiyyətdir; məsələ ondadır ki, yəhudilərin iki tipi mövcuddur. Bunlar ağ yəhudilər və “tacirlərdir”. Mənim sevimli nəzəriyyəm ağ yəhudilərin bizim kimi, “tacirlərə” nifrət etmələrindən ibarətdir. Mən hətta mağaza sahibi olan bir yaşlı yəhudi tanıyırdım ki, bir neçə taciri küçəyə qovaraq, onlarla heç bir iş görmək istəmədiyini bildirmişdi”.
Yəhudilər arasında antisemitizm barədə tədqiqatlar çox güman ki, onun bu “sevimli” ideyasını xoşlayardılar. Ən azı uzun müddət Almaniyada yaşamış yəhudilər Şərqdən olan qaçqınları və immiqrantları diskriminasiya ediblər. Təsəlli kimi onlar fikirləşirdilər ki, millətçi-sosialistlərin siyasəti ancaq Şərqdən olan yəhudilərə istiqamətlənib.
Görünür, belə hədd qoyma xoş rasionallaşdırmanın köməyi ilə özününkü olmayanları aradan götürmək üçün yəhudilərin pilləli təqibinə kömək edir (qruplar ardıcıl olaraq dalbadal).
Antisemit təqibin struktur elementi kimi, bu proses əvvəlcə yalnız ayrı-ayrı qruplara bölünür, sonra genişlənir və beləcə davam edir. Bu “yəhudilərin iki tipi” klişesinin18 köməyi ilə öz hədələyici aspektini əldə edən mexanizmdir. “Ağ” yəhudilər və “tacirlər” özü-özlüyündə əsassız və ədalətsiz olub, nəticə etibarilə, həm də gələcəyin “ağlarının”, “tacirlərinin” əleyhinə yönəlib.
M1222t bütün şkalalar üzrə yuxarı ballı matros peşə məktəbinin kursantıdır və onun fikirlərindən görünür, bu fərq obyektlə bağlı deyil. O, yəhudiləri başqa ştatların sakinlərinin qaradərililərə qarşı olan münasibətləri kimi fərqləndirir. Burada görünür, ümumi irqi xurafatları arasında və azad şəxsi münasibət və təcrübə ilə bağlı uçurum yaranır.
–Yəhudi problemi haqda nə düşünürsünüz?
–Qətiyyən gərgin deyil. Mən onlarla ümumi dil tapıram. Cənub yəhudiləri Şimal yəhudilərindən fərqlənirlər. Onlar belə tamahkar deyillər.
–Qızınızın yəhudiyə ərə getməsinə razı olardınız?
–Bəli, problemsiz. Qalvestonda bir çox yəhudi ailəsi yaşayır. Texasda yəhudilərə qarşı xurafatlar yoxdur.
Deyilənlərdə yəhudilər barədə belə şəxsi xarakterli istisnalar aşağıdakı kimi ifadə olunur: məsələn, yüngülcə antisemit meylli radioverilişlər danışanlar yəhudilər barədə heç nə bilmədiyini (“ən yaxşı dostlarımın bəzisi yəhudidir”) deyir. Ola bilsin ki, “ən yaxşı dostlarımın bəzisi” haqqında klişe “insani marağın” xidmətlərini xoş bir formada – güman ki, gizli düşmənçiliyə ciddi surətdə maneçilik törətməyərək, öz mənliyinə itaətlə yanaşan şəxsi təcrübə birləşdirir. Hərdənbir tanışlarla münasibətlərdə güzəştlər mətndə səpələnmiş irqi xarakterli qeydlərlə izah edilir, belə ki, onlar yüngül paranoik çalar alırlar.
Bütün şkalalar üzrə yuxarı bal toplamış qız olan F109-u misal çəkmək olar. Onun atası şotland-irlandiyalı, anası isə ingilis-irland mənşəli idi. O özünü onlarla identifikasiya etmir. “Mənim yəhudilərə qarşı münasibətim elə əvvəldən yaxşı olmayıb, qaradərililərə qarşı bir qədər antipatiyam
17
İki əks şeylər arasında fərq (tərc.)
18
Cliché. Tez-tez istifadə olunan, çox adam tərəfindən qəbul olunan, marağını və orijinallığını itirmiş söz və ifadələr (tərc.)