İdeal. Muğanna İsa

Читать онлайн книгу.

İdeal - Muğanna İsa


Скачать книгу
Sultan əmi də, Səməd özü də, atası da yaxşı bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də axırda Sultan əmi mütləq kövrələrdi: “ İki qardaşın bircə balasısan sən, qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!..” Dədənnən məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o Çax-Çux Xalıqın-filanın dilində bir kəlmə var: “xəzinə”. Bizdədi o xəzinə, bircə bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm. Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına qıfıl vurmalıdı ha, bircə balam, – və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr, nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: – “Varlığımı sənin yolunda qoyacam, bircə balam!”

      Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola bilərdi. Əmma… Əmma… Bu nə idi belə – Sultan əmi yoxa çıxdı! Sultan əmi əvəzində tamam başqa bir adamın yad, yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin dediyi sözlər də yad idi:

      –Meyitin üzünü açma… Xahişimiz bircə budu səndən, açma meyitin üzünü… qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik. Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən…

      Nəyi? Həmin “sağ gicgahında” dərin yaranı?..

      Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın “NKVD Gülənov” dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında nəhəng qarnını irəli verib, qıpqırmızı damarları görünən alma gözləri və dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət yalnız görkəmə görə deyildi, “NKVD Gülənov” açıq-açığına “Əmirlilərə düşmənəm!” – deyən adamın – lopa qara bığlı ikən “ağsaqqal” sayılan Qudalı Rəhimin ən yaxın dostu, deyilənə görə, hətta qohumu idi və üstəlik, Əmirliləri “daprosa” – istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı “dapros” əhvalatı əvvəllər də ordan-burdan qulağına dəysə də, “ərköyün sədr oğlu” buna, demək olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü döndərib getdi.

      Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir mismar işıltısı gördü.

      Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə: “Açma!” deyirdi:

      – Açma, bircə bala, açma…

      Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi də Gülənovun sözlərini təkrar etdi:

      – Qəsd işi yoxdu, – dedi. – Xeyli susub bir də: – Qəsd işi

      yoxdu, – dedi.

      Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi – Lüt Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.

      O tapıntı ata həniri idi.

      Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. “Yetdiyinə yetib, yetmədiyinə bir daş atmağının”, “hoppanmağının”, “qaynamağının” da elə o hənirdən olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı. Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox, Qonaqlıda buna “oxranma” deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb, axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar. Bütün günü “yasli”də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən qoşa əllə yapışıb titrəyən “yasli” uşaqları belə oxranırdılar. Dərd içində tapdığı xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimisə oxrandırdı. Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı, şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.

      Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə, gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə başladı.

      Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.

      Sonra birdən hərəkətə gəldilər.

      Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə belində, Sura Əmirlinin başdaşı aylı-ulduzlu17 qəbri ilə yanaşı qazılmış qəbirin yanında yerə endirdilər.

      Qəlyanlı qocalardan biri – Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar – Çürük Aşıq, Təftiş Abbas, Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə “erməni mollası” ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini qaldırıb, orda – gizlində nə isə vacib iş başladılar.

      Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.

      Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.

      Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “ Prekratite bezobraziye. Stalin”18.

      Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin


Скачать книгу