Bəla. Cəfərzadə Əzizə

Читать онлайн книгу.

Bəla - Cəfərzadə Əzizə


Скачать книгу
oman

      ÖN SÖZ

      Tələbələrim məndən soruşublar: “Bəşər tarixi nədən ibarətdir?” “Hakimiyyət uğrunda çarpışmalardan”, – demişəm.

      XVI yüzillik! Şah İsmayıl Xətai böyük bir ərazidə Azərbaycan yaradıb, dağınıq tayfaları birləşdirib, sonra da köç karvanını çəkib getmiş, dünyasını dəyişmişdi. VƏ-TƏN QOYUB getmişdi. Doğma ANAM DİLİ qoyub get-mişdi ki, ölkələr, diplomatlar dilinə bərabərləşdirirdi. QEYRƏT QOYUB getmişdi. Dosta HAY verən, yağıya QIY vuran oğullar – vətəndaşlar qoyub getmişdi. Beləydi Şah İsmayıl, beləydi ŞAH babamız. Bəs ondan sonra?..

      Bundan sonra hadisələrin – tarixin bir səhifəsini aç-dım qarşıma, oxucum! Bu səhifədə sən 37 rəqəminə tez-tez rast gələcəksən. Dilim “çaşıb” bəzən tayfa, bəzən partiya deyəcəyəm. Adətkərdə olmuşam, əfv et!

      Elə bilmə ki, bu da o tanıdığımız qanlı 37-ci ildi, yooox! Sadəcə dübbədüz 37 idi. Onda da, indi də. Onda tayfa, indi partiya! İndi LİDER, onda TAYFA BAŞÇISI, qızılbaş əmiri. Vallah, inan mənim sözümə, oxucum! İnanmırsansa, mən deyim adlarını, sən say! Ustaclu, zül-qədər, şamlu, təkəlü, qacar, əfşar, səfəvi, rumlu, türkman, bayat, varsaq, ərəb-girli, ağqoyunlu, qaraqoyunlu, qaraman, cəyirli, şirvan-şahlı, qaradağlı, udullu… yenə deyim? Ya yenə sayım? Qorxulu xırda-mırdasıyla o başımıza bəla, milləti parça-layan bölgülər 37-ni də keçir. Lap indiki kimi. Faciəli, qa-ragünlü, qarasoraqlı, sinəmizə dağlar çəkən, millətin üzü-nün qaymağını yığıb, başını kəsən 37-ni demirəm. O, YAĞI İŞİYDİ… Bu, ÖZCÜYƏZİMİZİN.

      Elə indiki kimi qan qardaşımız, can qardaşımız, dili bir, qanı bir, milləti bir tayfalarımız, qəbilələrimizdi.

      Sadəcə, düşmən yaxşı tanıyırdı bu qəbilələrin, tayfa-ların başçılarını (elə indiki kimi). Onların həsəd, vəzifə ehtirası, hakimiyyətə can atmaq həvəsi, başçılara yaxın ol-maq, dövlət hakimiyyətinə, idarə işlərinə əl uzatmaq xis-lətini yaxşı bilirdi düşmən. Elə bundan da istifadə edirdi. ONDA DA, İNDİ DƏ.

      Hərəsini bir cür üsulla: kimini mal-mülk, kimini baş olmaq vəd edə-edə. Elə ONDA da, İNDİ də… Bizim tayfa-lara, partiyalara yağı, qılınc, tüfəng lazım deyil. Qoşun çə-kib Krımdan bura gəlmək, Adil Gəray kimi məğlub ol-maq, əsir düşmək, osmanlıların bəzi sərkərdələri kimi “daban əllaltı” nəyi varsa, töküb getmək, öz adamını da qırğına vermək lazım deyildi. Eləcə tayfa başçılarını qı-dıqlayıb qızışdırmaq bəs edərdi. Bir-birinin qanına susa-yacaq, bir-birini qırıb tökəcəkdilər.

      Sənə təqdim etdiyim bu əsərdə iki mühüm məsələ bu günümüzlə səsləşdiyindən, mənim (məncə, elə sənin də) diqqətimi çəkmişdi. Biri dediyim kimi, millətimizə bəla kəsilmiş tayfabazlıq-partiyabazlıq… Və… Bir də qanı, canı, dili, məmləkət ərazisi bir olan millətin, eyni Allaha, eyni “Quran”a, eyni Rəsuli-xuda peyğəmbərə itaət edən, tapı-nan adamların sünni-şiə deyə ikiyə parçalanması.

      Vaxtilə kəlmeyi-şəhadətə, Şah Xətaiyə yarınmaq istə-yənlər bir “İsmayıl Vəliyullah” əvəz etmiş, sonra bunu “Əliyyən Vəliyullah”a çevirmişdilər. Parçalamışdılar bu milləti. Onda da… XVI yüzillikdə; indi – XXI əsrin astana-sında da… Halbuki, onda da, indi də sadə el arasında deyilir: “Quran”da sünni-şiyə yazılmeyib. A başuva dö-nüm, cənab peyğəmbərdən ssora kim irəhbər olubsa, kim baş keçibsə, o çıxardıb bunu”…

      Baaax, məni düşündürən bu iki məsələydi. Yəqindi ki, səni də…

      KİM?

      Qurultay başlanmışdı. Bütün tayfaların başçıları, gör-kəmli sərkərdələr, hörmətli ağsaqqallar toplanmışdı bu qurultaya. II Şah İsmayıldan sonra hakimiyyətə kim keçməliydi? Şahzadə bolluğunda iki gün öncə hərənin ağzından bir avaz gəlirdi: Kim? Hər tayfa “öz şahzadə-sini” görmək istəyirdi İranın “Cəmşid cəlallı taxt”ında. Axırda mübahisələrə, boğazlaşmalara ağsaqqallar – tayfa başçılarının ata-babaları son qoydu:

      – Qurultay çağırılsın, – dedilər, – çağırın, görün ellik hansı şahzadəni məsləhət bilir… Ellik…

      Bax, bu elə həmin qurultaydı ki, indi qur-qur qurul-dayırdı. Əslində, qurultay, demək olar ki, gizli çağırıl-mışdı. Gizli gələcəkdilər…

      Buna baxmayaraq tacik-fars, gürcü, talış, çərkəz, kürd, qıpçaq kimi xırda toplumlar nəsə duymuşdular; həyəcan içində özlərinə daha yaxın olan tayfa başçılarının bu qurultaydan qələbəylə çıxmasını gözləyirdilər. Biri-biriylə həm öz aralarında, həm də Türkman və təkəli tayfalarına qarşı əks mövqe tutmalarına, düşmən münasibət bəsləyib, daha yağlı tikə qoparmağa can atmalarına baxmayaraq, qurultayda zahiri də olsa, birgə çıxış edir, bir mövqedən danışırdılar. Qurultayda ən görkəmli sərkərdə və əmir-lərdən Sədrəddin Səfəvi, Həsənəli bəy Zülqədər, şahın yaxın qohumu İmamqulu bəy Mosullu, Müseyyib xan Şahsevən, Qulu bəy Əfşar, İmamqulu xan Qacar, Vəli bəy Şamlu, Məhəmməd xan Ustaclu, Əmir xan Türkman və başqaları iştirak edirdi. Xırda-xuruşu, azlıq millətləri nəzərə almasaq, düz indiki kimi rəsmən 37 əmir, 37 tayfa (partiya deməyə dilim gəlmir, amma gərək gələydi) işti-rak edirdi.

      Bir-bir şahzadələrin adlarını çəkməyə başladılar. Hər tayfa bir özünə münasib, öz təsiri altında saxlaya biləcəyi şahzadəni məsləhət bilirdi:

      – Heydər Mirzə…

      – Əməziyin biridi. Dava, düşman…

      – Süleyman Mirzə!

      – Cavandı, özü də hakimiyyətə keçməyi xoşlayan de-yil.

      – Mahmud Mirzə!

      – Ondan keçin, Həsən Mirzə ondan babatdı.

      – Mahmud Mirzə, ya da İbrahim Mirzə…

      – Əli Mirzə…

      – Əhməd Mirzə…

      – Həmzə Mirzə, ya da Abbas Mirzə!

      – Kiçikdilər…

      Əbutalib, Təhmas Mirzə…

      Hətta ölən II Şah İsmayılın südəmər oğlunun belə adını çəkən oldu.

      – Şahşüca Mirzə…

      Hamı gülüşdü. Vəziyyətin ciddiliyinə baxmayaraq, təmkinli ağsaqqalların belə, bığaltı dodaqları qaçdı.

      – Bala, Abbas Mirzəyə balaca dediz…

      – Yox bir, bəlkə, ana bətnində olan da var…

      – Südəmər körpə, şah oğlu şahzadə olsa da…

      – Əgər namizədliyə başqası olmasaydı, onda çarə yoxdu; körpəni elan edib, hökmdarlığı qəyyuma tapşır-maq olardı. İndi ki, Allaha şükür, şahzadə əlindən tərpən-mək olmur. Maşallah, şahlarımız da, şahzadələrimiz də əkib-biçməkdə karrı olublar…

      Kimsə dedi:

      – Pərixan xanım…

      – Hə… Elə bircə arvad kölgəsinə sığınmağımız qalıb…

      – Mərd arvaddı, bacarıqlıdı…

      – Neynək; qərar qoyulana kömək eləyər, olar ikiqat xeyirli.

      Mətləb uzanırdı. Narahatlıq, inciklik arta bilərdi. Ağ-saqqal əmirlər bir-birilə gözləşir, çarə axtarırdılar. Bir fik-rə gələ bilmirdilər. Təkrara ehtiyac yoxdur, oxucum! Bu qədər tayfadan sənə gəlib çıxan partiyalar kimi… Bir rəyə gələ bilmirdilər. Elə bil, Mirzə Ələkbər Sabirin laaaap… XVI yüzillikdə yazılmışdı bu misraları:

      Tapmazsan iki müttəfiqürrəy müsəlman Qafqazda olan bir neçə milyan arasında.

      Şamaxıda, Bakıda demişdi. Bizim danışdığımız dövr-də isə Səfəvilərin paytaxtı Qəzvində türk tayfalarının əmirləri özünü hamıdan ağıllı, tədbirli, bacarıqlı, igid he-sab edir, o biri tayfaları bəyənmirdilər. Hər birinin də öz müsəlləh dəstəsi vardı. Laaap indiki kimi.

      Bayırda axşam düşürdü. Xırda tayfaların, xırda milli toplumların və hadisəni haradansa eşidən, qurultayın keçirilməsindən


Скачать книгу