Bəla. Cəfərzadə Əzizə
Читать онлайн книгу.sonun nəyə varacağını göz-ləyirdi. Birdən sanki daxili bir ağrıyla dilləndi. Bu ağrı onun üzündə, əlləriylə sığalladığı saqqalında, bu əllərin zamanın kotan sürüb şırımlar açdığı qədim qoca bir palı-dın budaqları təki burum-burum olmuş əllərində, təkəm-bir ağ tüklərlə kol-kol olmuş qaşlarında belə görünür, duyulurdu. Millətin tayfa-tayfa, parça-parça olmuş his-sələrini bir yerə yığmaq, bir ananın bəd çıxmış övladları-nın acısını çəkə-çəkə, hər birini, sonra hamısını qucaqlayıb toplamaq, baş bir yaxadan çıxarmaq onun ən böyük dilə-yiydi. Qoca deyirdi:
– Övladlarım, hamınız bircə-bircə bir qətrə sudan, bir qaranlıq məkanda, zülmət yerdə nüftə bağlamış, yaran-mısız. Xudavəndi-aləm sizə yaxşılığı görməkçün göz, yaxşılıq eşitməkçün qulaq, fərəhə, xeyirə açılmaqçün dil-ağız, əl-ayaq verib. Birdən düşdüz bu işıqlı dünyaya. Gə-lən kimi ağzınız ana bətnində aldığınız qidadan məhrum olan kimi ağlayıb, balaca yumruqlarızı düyüb qışqırmağa başladız. Elə ki, yuyundurub ana döşünü verdilər, yalnız və yalnız ana döşündən süd – dünya tamı dadan kimi səsizi kəsdiz. Yumruqlarınız açıldı. Göz açıb dünyaya qə-dəm qoyduz… Və ulu Yaradanın qədər qoyduğu ömürdən sonra fani dünyadan baqiyə – yenə qaranlıq dünyaya köçəcəksiniz. Qaranlıq yerdə bir qətrəsa! Deyin görüm, hansı biriz bu dairədən, bu İLAHİ qanundan kənara bir qədəm qoya bilər? Ya qoyur? Hamınızı bir surətdə, bir canda, bir ovuc qan, bir dəri, ət və sümükdən ibarət ya-radana nə cavab verəcəksiniz? Niyə bir-birinizi bu mü-vəqqəti, fani dünyanın şirinliklərindən ötrü didirsiniz? Haqqı qoyub, nahaqqı danışırsınız? Düzün danışın da! Böyük Xəyyam rübailərindən birində deyir:
Tus şəhri bürcündə gördüm ki, bir quş,
Keykavusun kəlləsini önünə qoymuş.
Deyirdi kəlləyə: əfsus, əfsus…
O vur-çatlasının axırı buymuş?
Bəli! O zamankı zəng və təbil səsləri deyil, “cəngi-məğlubə”dən xəbər verən səslər… Bəs bugünkü vur-çatla-sının axırı nədi? Son ucu ölümlü dünyanın nəyindən ötəri bugünkü həngamələri çıxarırsınız? Deyin, mən də anla-yım.
Ya Xəyyamın bu rübaisini yada salın:
Dərgəhinə şahların ub qoyduğu
Uca qəsrin qübbəsində bir qumru
Qanadını toplayaraq, çalaraq
Dayanmadan gördüm deyir: ku-ku, kuu
Kimdisə, narazılıqla pıçıldadı:
– Biz bura şeir oxumağa yığılmamışıq.
Yavaş dedi, amma məclisdə elə bir sükut hökm sü-rürdü ki, milçək uçsa, qanadının səsi eşidilərdi və bu pı-çıltı da eşidildi. Qocaya xüsusi hörmət bəsləyən qızılbaş əmirlərindən biri dişlərini bir-birinə qısıb, – “sussss!”, – dedi. Qoca isə etiraza əhəmiyyət vermədən danışırdı:
– Elə bizimçün yazıblar. Bu günümüzçün, gələcəyi-mizçün. Mən də ona görə yadınıza salıram ki, “Sözü at yerə, sahibi götürər”. Yerində olar ki, həməsrimiz Osman-lı ermişlərindən birinin şeirini də eşidək. Çünki o da biz türklərin hamısı üçün yazıb:
Kim umar səndən vəfayi
Əgər şahu, əgər bəndə,
Yalan dünya degilmisən?
Hər kişiyi salan bəndə.
Mühəmmədi-Mustafayi
Kimsə məkan tutmur səndə,
Alan dünya degilmisən?
Viran dünya degilmisən?
İşin-gücün daim yalan,
Çox kişidən arta qalan,
Neçə kərrə boşalaraq –
Dolan dünya degilmisən?
Qoy axırında öz Nəsimimizi də xatırlayaq. Şeir dinlə-mək, dədə ərən nəsihəti dinləməkdir:
Yerü göy gəştidürür, biz anə ləngər düşmüşüz
Gör nə zatız kim, bulunmaz bir dəxi həmta bizə.
Tayı olmayan türkük biz, adını rüsvay etməyək!
Nisbətən cavan əmirlər qocanın sözlərini bir baba nağılı şirinliyilə dinləyir, ölümü heç özlərinə yaxınlaşdır-madan, sözlərin dərin mənasına məhəl qoymadan, əlləri-ni xəncər və qəmələrin mürəssə dəstəsi üstündə gəzdirir, sıxırdılar. Lakin yaşlı nəslə mənsub olan əmirlər özləri də artıq haradasa bir fikrə gəlməyin zərurətini duyur, anlayır və ona görə də qocanın sözlərini razılıqla dinləyirdilər. Elə bu gün, buraya məhz bir fikir söyləmək, bir qərara gəlmək məqsədilə qədəm qoymuş, toplanmışdılar.
Qoca bir qədər susdu. Sanki yığılanlara düşünmək, dediklərini lazımınca dərk etmək imkanı verirdi. Kiminsə gətirib qarşısına qoyduğu büllur qəlyanın qəmişini, lap dağlarda, çöllərdə adət etdiyi bir hərəkətlə cübbəsinin qo-luna sürtdü, dişləmək istədiyi alma kimi. Sonra qalın gümüşü bığlarına, saqqalına təh-tov verib yenidən, aram, təmkinli bir səslə sözə başladı:
– Övladlarım, hamınızın istək və arzularını, həm-vətənlərimizin, İran-zəminin, gündə bir basqına məruz qalan məmləkətimizin səlahını nəzərə alıb sizə bir təklif vermək istəyirəm. Ümidvaram ki, düşünüb-daşınıb bu namizədə “hə” deyəcəksiniz.
Hamı diqqət kəsildi. Qoca deyirdi:
– Bəlkə o, mənim düşündüyüm kimi, sizin mabeyni-nizə barışıq gətirə bildi… Və yalnız ondan sonra siz məm-ləkətin səlahı üçün dörd tərəfdən bizi əhatə edən düşmə-nə cavab verə bildiniz.
Kimsə bu sözlərə gülümsədi. Doğrusuna qalsa, qəbi-lə, tayfalar arasında sülhün bərqərar olacağına əyləşənlə-rin çoxu inanmırdı. Amma düşmənə qarşı… Məgər onla-rın hər biri ayrılıqda, təkə-təkdə bir cəngavər deyildimi? Bir qoşun sındıra bilməzdi bu əmirlərin hər birini?
Qoca sanki onların düşüncələrini, üzlərindən, bir ki-tab vərəqləyib oxuyan kimi oxudu, dedi:
– Bilirəm, hər birinizdə cəngavərlik də, qəhrəmanlıq da vardır. Hər biriniz bir ləşkər başçısı olan təcrübəli sər-kərdələrsiz. İndi baxın, görün bu qüvvət, bu qüdrət birlə-şərsə, millət də, məmləkət də nələr qazanar. Vətənimizdə ağız deyəni qulaq eşidər.
Həmyaşı olan tayfa başçılarından biri müdaxilə etdi:
– Buyuracaqsan, ağam, intizarda qoyma bizi. Kimi salah bilirsən, onu de!
Qoca vaxtın yetişdiyini, məclis əhlinin artıq, doğru-dan da, bir sözə, bir namizədə ehtiyac duyduğunu, bəlkə hamısının da qəbul edəcəyini anladı. Dedi:
– Mən həlimtəbiətli, vaxtını eyş-işrətdə, gününü şərab, qumar və gülbədənlərlə deyil, böyük yaradan Allahın ibadətiylə məşğul edən, Tanrının dediyi, göstərdiyi sirati-müstəqim