Brilyant məsələsi. Cəmşid Əmirov
Читать онлайн книгу.etmədi. Deyəsən, onu doğrudan da buraxacaqdılar. Ancaq məhkəmə sədri də, prokuror da Rantikin heç bir ictimai-faydalı əməklə məşğul olmamasını ona irad tutdular. Məhkəmə sədri dedi: “Nalbandyan, ayıb deyilmi? Şəhərimizdə hamı çalışır, xalqımız dinc quruculuq əməyi ilə məşğul olur. Sən və sənin kimi avara tüfeylilər isə camaatın əl-ayağına dolaşır, işimizə
mane olursunuz? Belə həyatın axırı yoxdur. Bu həyat gec-tez səni məhkəməyə gətirib çıxaracaq. O zaman biz sənə aman verməyəcəyik, tüfeyli həyatdan əl çək, adam ol, işləməyən dişləməz. İşə gir, sənət sahibi ol. Oxu, həm xalqa xeyir ver, həm də öz həyatını qur. Özün işə düzələ
bilməsən bizim yanımıza gəl. Biz sənə iş taparıq.
Məhkəmə sədrinin bütün bu sözlərini qulaqardına vuran Rantik “baş üstə” deyib, yerində əyləşdi. Yarım sa-at sonra məhkəmənin hökmü ilə Rantik Nalbandyan bəraət qazandı. Rantik elə düşünürdü ki, onu elə buradaca azad edəcəklər. Ancaq bu belə olmadı. Nalbaldyanı təzədən Bayıl həbsxanasına apardılar. Bir neçə saat burada saxlayıb, müxtəlif sənədləri tərtib etdikdən sonra buraxdılar.
Rantik köhnə paltarlarını dustaq yoldaşlarına bağışlayıb, kameranı tərk etdi. Həbsxananın qapıları onun ardınca bağlanan kimi dərindən nəfəs aldı. Bir papiros yan-21
dırıb ətrafına göz gəzdirdi. Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı. Qızın şabalıd rən-gində qıvrım, saçı ağ, girdə üzünə yaraşmayan uzun burnu vardı. Əlində sarı çanta tutmuşdu. Qız Rantikə baxıb gülürdü. Rantik qızı tanıdı. O, məhkəmədə lap arxadakı skamyada, küncdə əyləşmişdi. “Yəqin Klaradır” – deyə
öz-özlüyündə fikirləşən Rantik qıza yaxınlaşıb ədəblə salam verdi. Qız əlini uzadıb dedi:
– Tanış olaq, Klara mənəm.
– Siz ermənisiniz?
– Xeyir, azərbaycanlı.
– Bəs adınız nə üçün Klaradır?
– A…a… Gülarədir də. Padruqalarım məni belə çağırır.
– Çox şadam, Klaracan. Məni beş illik bir əziyyətdən qurtardınız. Mən sizdən yerdən-göyə qədər razıyam. Mən sizin kim və nəçi olduğunuzu bilmirəm. Bu məni qətiyyən maraqlandırmır. Bircə onu deyə bilərəm ki, siz mənim bütün qohumlarımdan, tanış və dostlarımdan qeyrət-li çıxdınız. Heç bilmirəm ki, sizin bu yaxşılığınızın əvəzini nə ilə çıxacağam. Əmr edin, qulluğunuzda olum. Sizə hər nə lazımdırsa edim. Canımı sizə qurban verim.
Klara şıltaqlıqla soruşdu:
– Sən mənim üçün hər nə istəsəm edə bilərsən?
– Lap göydən ulduzu da qopararam. Lazım gəlsə yo-lunuzda qurban kəsərəm.
– Qurbanın qoyun olsun, Rantik. Mənə heç nə lazım deyil. Bil ki, mən də səni tanımıram. Ala gözlərinə də aşiq olmamışam. Bircə onu bilirəm ki, sən cibgirsən. Özü də
bilməlisən ki, bu yaxşılığı sənə mən etməmişəm. Sənin ala gözlərinə başqa bir adam aşiq olub. Ona görə də səni azad 22
etməyi mənə tapşırıbdır. Mən də bu tapşırığı yerinə yetirmişəm, vəssalam. Daha bu barədə danışmaq lazım deyil.
Gedək, bizi gözləyirlər.
– Kim gözləyir? Mənə kim aşiq olub?
– Tələsmə. Yerimizə gəlib çıxanda özün də o adamla tanış olarsan. Səni həbsxanadan o qurtarıb.
Rantik daha danışmadı. Onlar gəzə-gəzə Krasin küçəsinə gəldilər. Klara küçədən keçən ilk taksini saxlatdırdı. Onlar dal oturacaqda əyləşdilər. Yolda Rantik bir dəfə
Klaranın əlini tutub tumarlamaq istədi. Ancaq qız onu itələdi. Rantik araya çökən sakitliyi pozmaq üçün zarafat edib, bir-iki lətifə söylədi. Klara isə onun söhbətini cavabsız buraxdı.
Az sonra taksi onları Sovet Ordusu parkının yanına gətirib çıxartdı. Klara taksinin pulunu verib. Göy məscidə
tərəf yollandı. Rantikə də ardınca gəlməsini tapşırdı. Qız məscidin yanındakı birmərtəbəli evlərdən birinə girdi.
Rantiki boş otaqda qoyub bayıra çıxdı. Rantik hara və nə
üçün gəldiyini dərk etməmiş dal qapı açıldı. Bir kişi otağa girdi. Bu, Yədulla idi.
Yədullanın at sifətinə bənzər üzü sərt idi. Çənəsində-ki bıçaq yarası tünd-qəhvəyi rəngə çalırdı. Başına sarı Bu-xara dərisindən papaq qoymuşdu. Yədulla həmsöh-bəti-nin üzünə baxmırdı. O, şüşə kimi hərəkətsiz dayanmış
gözlərini Rantikin başı üstündən divara zilləmişdi. Sanki o, arxada kimin və nəyin olduğunu müəyyən etmək istəyirdi. Sonra Yədulla Rantiki yuxarıdan aşağı diqqətlə nəzərdən keçirdi. Onun üzündə iyrənc bir təbəssüm oyandı.
O, yaxın gəlib kürsüdə əyləşdi. Sağ ayağını sol qıçının üstünə aşıraraq gülə-gülə dedi:
23
– Xoş gəlmisən, cibgir ağa. Necə deyərlər: var o, gül ol, bülbül ol, ancaq qəfəsdə olma.
Rantik həbsxanada ləzzətli xörəklər üçün, məhkəmədə şahidlərin öz ifadələrini dəyişdirmələri üçün kimə
minnətdar olduğunu dərhal başa düşdü. Buna görə də başını itaətlə əyərək dedi:
– Xoş gününüz olsun. Çox sağ olun, mən sizdən çox razıyam.
– İndi ki, razısan, onda əyləş söhbət edək. Mənim adım Yədulladır, ləqəbim “tapança”. Kim və nəçi olduğumu sonra başa düşərsən…
O gündən başlayaraq Rantik sözün əsl mənasında Yədullanın qulu oldu, onun bir sözünü iki eləmədi. Həmişə itaətində durdu.
Artıq iki il idi ki, Yədulla ilə Rantik dostluq edirdilər.
Həbsxanadan azad olunması nəzərə alınmazsa, bu iki il ərzində Rantik Yədulladan heç bir yaxşılıq görməmişdi. O
daima Yədullanın qarşısında alçalmış, onun bütün cina-yətlərinin fəal iştirakçılarından biri olmuşdur. Əgər Yədullanın əvəzinə başqa bir adam ona bu qədər pislik etsəydi, Rantik həmin adamla çoxdan əlaqəsini kəsərdi. Yədulla ilə isə əlaqəni kəsmək mümkün deyildi. Çünki Rantik bütün varlığı ilə Yədullaya bağlı idi. Bu da səbəbsiz deyildi. Çünki o, Yədulladan bərk qorxurdu. Rantik yaxşı bilirdi ki, Yədulla istədiyi adamı yerin deşiyindən axtarıb tapmaq və intiqam almaq iqtidarına malikdir. Adam öldürmək Yədulla üçün toyuq başı kəsmək kimi asan bir şey olmuşdu. Rantik Yədulla ilə ikiillik əlaqəsində “tapança”nın sözünə baxmayan və özlərini şübhəli aparan, yəni cinayətkarlarla əlaqəni birdəfəlik kəsib, namuslu həyata qayıtmaq istəyənlərin aqibətlərinin necə olduğunu 24
öz gözləri ilə görmüşdü. Onlar Yədullanın intiqamı nəticəsində həlak olurdular. Həmin adamlar ya dənizdə bo-ğulur, ya avtomobil altında qalır, ya qayadan yıxılıb həlak olur, ya da sadəcə naməlum şəxslər tərəfindən bıçaqlanıb