Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Читать онлайн книгу.və irq təəssübü güdmədən yaratdıqları bir dəyər olduğu kimi ərəb elmi də eynilə müsəlman toplumunda birləşmiş şərqlilərin ələ gətirdikləri bir sərvətdir.
Tarixin müəyyən qanunauyğun inkişafından kənara çıxan bu hadisəni elmi şəkildə anlatmaq istəsək, fikrimizi bu cür xülasə edə bilərik:
Ümmət dövründə milliyyət və irq ayrılığına əhəmiyyət verilmədiyi üçün çox da axtarılmayan “mədəniyyətdə ortaqlıq payı” milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və irfanında öz yetişdirdiyi şəxsiyyətlərin xidmətlərini müəyyənləşdirməkdən bir zövq duymuşdur.
III
ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU
Müəyyən millət və xalqdan olanların islam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı əhəmiyyətini göstərmək isə daha qədimdir.
Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi bir Şərq islam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə önəmli bir rolu vardır.
Türkcədən başqa əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild olar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifədən artıqdır6. Təkcə bunu qeyd etmək qeyd etmək yetər ki, islamdan əvvəlki qədim dövrlərə aid məşhurlarla7 Qərbin təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən8 başqa təkcə Nizami və çağdaşları üzərinə gerçək təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.
Bunlardan bir neçə önəmlisini burada qeyd etmək istərdik. Beləliklə, Şərq İslam mədəniyyətinin hər sahəsində Azərbaycanın tutmuş olduğu yerlə bağlı ümumi bir təsəvvür yaranar.
Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) doğulmuş Xətib Təbrizi9 ərəb ədibləri və dilçiləri arasında çox önəmli bir mövqe sahibidir. O, ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.
Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbülhəsən Bəhmənyar “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. O, ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir10.
Hicri VI əsr münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin məhsulu olan astronomik təqvimləri ilə məşhurdur11.
VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır12.
Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazdığı əsərləri və etdiyi yeni ixtiraları ilə tanınmışdır.
IX əsrin tanınmış təbiblərindən Şirvanlı Şükrüllah öz ixtisası ilə yanaşı başqa elmlərə aid əsərləri ilə də məşhurdur13.
Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani14 də azərbaycanlıdır.
Memarlıq, kaşı sənəti, nəqqaşlıq və gözəl yazı (xəttatlıq-kalliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların yüksək səviyyəli əsərlərinə Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda indi də rast gələ bilirik.
Təbrizdəki Göy məscidin15 kaşıkarlıq sənəti baxımından qazandığı şöhrət uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi16 yüksək səviyyəli bir sənət abidəsidir. Azərbaycan memarlarından S.Ə.Dadaşov və M.Ə.Hüseynovun “Bakı akropolu” dedikləri Şirvanşahlar zamanından qalma “Şaşal”17 üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu ilə zövq və sənət əhlini heyran qoymaqdadır18.
XIV əsr şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axarmış. İstər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə, gerçəkdən, heyrətləndiyini bildirir19.
İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs ilxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından ilgilənən Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır20. Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur nəqqaşlıq məktəbinin yaradılmasında rolu olmuşdur21. Həmin məktəbin bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərləri ilə bəzəyən məşhur miniatürçülərdən Ağa Mirək də təbrizlidir22. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir23. Sultan Üveys Cəlari ilə oğlu Sultan Əhməd öz dövrlərinin sayılıb-seçilən rəssamlarından olmuşlar24. Təbrizli Əbdülhəy rəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə aparılmışdır. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar Kəmali və Mirzə Əlinin adları da tanınır. İlxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir25.
Başda Seyrəfi26 olmaqla Şərqin bir çox tanınmış xəttatları Azərbaycanda yetişiblər. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (münşəat – yazılar, məktublar, sənədlər və s. – Ə.Q.) Misirdə dövlət muzeyində qorunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır27. Nizami “Xəmsə”sinin 1431-ci ilə aid köhnə əlyazmalarından Leninqradda (indiki Sankt-Peterburq – Ə.Q.) “Ermitaj” muzeyində saxlanılan nəfis nüsxə bu Cəfərin qələmindən çıxmışdır28.
Baburilərdən (Moğollardan – R.Ə.) Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar