Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Читать онлайн книгу.

Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу
Azərbaycanlılardan Xacə Qiyasəddin nəqqaş, Kəmali rəssam ilə Mirzə Əlinin isimləri də tanılır. İlxanlılar dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan naxış və təsvir sonradan azərbaycanlı türklərin əlində qalmışdır.25

Başda Seyrəfi26 olmaq üzrə, Doğunun tanınmış bir çox xəttatları Azərbaycanda yetişmişlər. Bunlardan Teymurun münşiliyini (yazı işlərini, katibliyini) yapmış bulunan Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (gözəl xətlə düzgün yazılmış bəlgələr) Misirdə dövlət muzeyində mühafizə edilməkdədir. Yenə bunlardan, Baysunqurun kitabxana müdirliyini yapmış bulunan Cəfər Təbrizinin yazıları Heratın tarixi binalarını süslədiyi kimi, Hindistanda da tanınmışdır.27 Nizami «Xəmsə»sinin 1431-ci ilə aid əski əlyazmalarından Leninqradda «Ermitaj» muzeyində mühafizə edilən nəfis nüsxə bu Cəfərin əlindən çıxmışdır.28

Baburlulardan Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq anıtlarını süsləyən rəssamlar arasında da təbrizlilər vardır.29

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda vücuda gətirilən memari abidələrdə dəxi, azərbaycanlı türk sənətkarlarının əsərlərini bulmaq mümkündür.30 Məsələn, Bursadakı məşhur Yaşıl caminin çinilərindən çox mühüm bir qismini təbrizli ustalar yapmışlar.31

Mücərrəd bilgilərlə maddi sənətlər alanını keçdikdən sonra azərbaycanlıların təsəvvüf, fəlsəfə və ələlümum fikir həyatında Doğu İslam Kültürünə son dərəcədə önəmli yararlıqları toxunmuşdur.

Sufiliyin şəxsiyyəti mübhəmliklər (gizlinlər, sirlər) və mistik lejanlarla halələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı bulunan Şəms32 təbrizlidir. Eyni okulun klassik sirlərini anladan məşhur «Gülşən-i raz» sahibi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur.33 Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur qurucusu Şah Fəzlullah Nəimi34 də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən Şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuşdur və orada gömülüdür.

İranın moralist şairi məşhur Sədi öz «Bustan»ında Bakılı Baba Kuhidən35 iqtibas etməkdədir.

Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümamdan36 dəxi, feyz almışdır.

Səlcuqlular və onlardan sonra İlxanlılar zamanında Azərbaycanın türlü şəhərlərində islam elminin hər bölümündə böyük bilginlər yetişmişdir. İlxanlılar zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa xüsuslarda millətlərarası bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz «Azərbaycan» məqaləsində təfsilatla qeyd olunmuşdur.

Ədəbiyyat alanına gəlincə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.37 Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.

Başda Gəncəli Nizami olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur isimlər vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilirik.

Bunlar XII yüzilin şairləridir. Onlardan əvvəl XI yüzildə də şair və həkim Təbrizli Qətran bulunmaqdadır ki, ozamankı Azərbaycan hökmdarlarının həyat və icraatını nəzm etmişdir.

Bu dövrlərdə farsca müsəlman Doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da, əsərlərini bu dildə yazarlardı.

Fəqət, sadə, bu dövrlərdə deyil, daha sonrakı yüzillərə aid İran şairləri arasında da Əhməd ibni Məhəmməd Təbrizi [XIV yüzil]38, Qasım Ənvar [XV yüzil]39, Sadıq Əfşar [XVI yüzil]40 və Saib Təbrizi [XVII yüzil] kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğu ilə bilxassə öyünən Saib41 fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi deyə tanınmaqdadır.

Çağdaş İran ədəbiyyatında dəxi, əslində Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan «Kitab-i Əhməd»in sahibi Əbdürrəhim Talıbzadə, «Səyahətname-i İbrahim bəy»in müəllifi Marağalı Hacı Zeynalabdin və «Əxtər» qəzeti yazan Məhəmməd Tahir kimi simaları zikr edə bilirik.

4. TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI

XVIII yüzildə fransız olmayan avropalı yazarlar dəxi, əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə bu dil o çağlarda Avropanın böyük bir bölgəsi için genəl idarə, bilgi və ədəbiyyat dili olmuşdur.

İslam Doğusunda biz, bu olayın bir bənzərini bulmaqdayıq: Miladi X yüzil ilə XIII yüzil arasında İslam Doğusu için farsca genəl bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı – yəni fars olmayan müəlliflər belə, elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu gərəyinə bilxassə, türk aydınları uymuşlar. Bu surətlə onlardan qalan əsərlər təbiidir ki, yazdıqları dilə görə, İran və fars ədəbiyyatının xəzinəsinə mal olmuşdur.

«Encyclopedie de L’İslam»da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri dəstəkləyərək bu mütaliədə bulunmaqdadır:

«İç Asiyanın siyasi gəlişimi yeni İran dilini, yəni farscanı danışma dilləri farsca olmayan millətlər və qövmlər için ədəbi dil halına qoymuşdur. Farsca bu millətlər için XVIII yüzil Avropasındakı fransızca kimi, idarəedən yüksək sinif dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını sözün geniş mənası ilə sadə, fars ədəbiyyatı deyə almaq doğru olamaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır».

Görülür ki, İran, ərəb istilasından sadə, siyasətcə qurtulmaq için deyil, kültürcə dirilmək və yüksəlmək için dəxi, türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.

Fars ədəbiyyatı yalnız türk saraylarında işlənmək və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən şairlər tərəfindən də yaradılmışdır.

Tarixin bizə qəribə görünən bu olayı İslam Doğusunun mədəni gəlişimini haqqı ilə anlamaq baxımından üzərində önəmlə durulacaq bir konudur.

Yaxın Doğunun ərəb fütuhatı nəticəsində islamlaşdırıldığı və

Скачать книгу

25

Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.

26

Seyrəfi islam xəttatlarından Yaqut Müstəsiminin şagirdi, Seyid Heydər Kündənevisin [kündənevis – qalınyazan] doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilxassə, «Ustad-şagird» adı ilə tanınmış bina onun yazıları ilə süslənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:

Seyrəfi naqed-e cəvaher-e xəttK-əz ney-e kelk gəşt qouhər-riz.Həşt bər hosn-e xətt-e u şahedDər-o-divar-e xətte-ye Təbriz.(Xətt cövhərlərinin bilicisi SeyrəfiKi, qələminin qamışından gövhərlər tökür.Təbriz diyarının daş-divarıOnun xəttinin gözəlliyinə şəhadət verir. – R.Ə.).

M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi, ən eyi xəttatlarının nəsəbləri bütünlüklə Seyrəliyə varmaqdadır.

27

M. Ə. Tərbiyət. «Danişməndan-i Azərbaycan». Tehran, 1314 hicri.

28

Musee de L ’ermitage. Travaux de departement oriental. Tom III. Manuscrit de «Chamseh» de Nizami de 1431. Art. du M. Diakonov. pp. 274-286.

29

F.R.Atay. «Hindistanda iki ay». «Ulus», 29.3.1943.

30

Çaldıran zəfəri üzərinə Sultan Səlimin 3000 qədər elm və sənət adamlarını Azərbaycandan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.

31

Caminin mehrab qismini təşkil edən çinilərdə [əməle ostadane Təbriz – Təbriz ustalarının işi] qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əlinin imzası vardır.

32

Cəlaləddin Ruminin «Şəms-ül həqiqət» adındakı əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş olan Nikolson Şəms Təbrizini yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.

33

Mahmud Şəbüstərinin «Gülşən-i raz»ı h. 829-cu ildə «Şirazi» təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir [«Danişməndan-i Azərbaycan»]. Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsilə bərabər farsca mətni Vyanada basılmışdır.

«Gülşən-i raz» sufiliyin «vəhdət-i vücud», «insan-i kamil» və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da önəmli əsərləri vardır.

34

Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri «Cavidannamə»ni h.796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.

35

Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında yaşadığı için ona Baba Kuhi deyilmişdir. Bakıdan gəlmiş idi. Vəfatı h. 442- ci ildir. Divanı «British museum»dadır, son zamanlarda Şirazda basılmışdır.

36

Şeyx Hümam İlxanlılardan Abaqa xanın vəziri, Sahibdivanın nədimlərindən olmuşdur. Fəsahət (anlatma) və səlasətdə (axıcılıqda) «Azərbaycan Sədisi» deyə məşhurdur. Bir qəzəlinin sonunda təəssürləmi, yoxsa təvazöləmi özü haqqında yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:

Pəyam deh suy-e bolbol ke ba vocud-e homamRəva bovəd ke soxənha-ye eşq pərdazi?!Homam-ra soxən-e delfərib-o şirin-əstVəli çe süd ke biçare nist şirazi?!Hümam varkən söyləyiniz bülbülə,Münasibdür eşqə mahnı söyləsin?!Könül açar dadlı dili HümamınZavallı Şirazlı deyil, neyləsin?!

37

Bu şairlər türk ədəbiyyatının kadrosuna girmiş olmaqla bərabər farsca şeirlər dəxi, yazmışlar.

38

Bu zat İlxanlılar dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadır xan adına yazdığı «Şahənşahnamə» mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər keçən dünya vaqeələrini nəzm etmişdir. Əsərin tam nüsxəsi «British museum»dadır. Əsər Rəşidəddinin təşviqilə yazılmışdır.

39

Qasım Ənvar farsca ilə bərabər türkcə və giləkcə dəxi, şeirlər yazmışdır. Hicri 757-ci ildə Təbriz civarındakı Surxabda doğulmuşdur.

40

Sadıq Əfşar əsərlərini həm farsca, həm də türkcə yazmışdır. Eyni zamanda rəssamlığı da varmış. Bir tablosu Leninqrad müzeyindədir.

41

Saib öz zamanında müsəlman Doğusunun ən tanınmış bir şairi idi. Osmanlı sarayının istəyi üzərinə Səfəvilər tərəfindən Saibin əsərləri İsfahandan İstanbula hədiyyə göndərilirdi [«Encyclopedie de L’İslam»].

«Encyclopedie de L’İslam»da Saibin isfahanlı olduğu yazılıdır ki, bu, yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şeirlər yazmışdır və doğum yeri olan Təbrizlə öyünməkdədir. Aşağıdakı beytlər onundur:

Saeb əz xak-e pak-e Təbriz-əstHəst Sədi gər gel-e Şiraz.(Əgər Sədi Şirazın palçığındandırsaSaib Təbrizin pak torpağındandır. – R.Ə.).

və ya:

Ze hosne təb-e to Saeb ke dər tərəqqi badBolənd-nam şod əz comle şəhrha Təbriz.(Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindənTəbriz bütün şəhərlərdən yüksək ad qazandı. – R. Ə.).

və ya türkcə:

Sabiqən zövq verirdi şüarayə Şirazİndi Şirazı keçib abü-həva-yi Təbriz.

Saibin təbrizli olduğunu ondan sonra gələn verimli şairlərdən Təsir dəxi, aşağıdakı beytilə təyit etməkdədir:

Hazeqe nəbz-e soxən dər həme-ye aləm nistBecoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd.(Təbrizdən olan Saib və Təsirdən başqaBütün dünyada sözün nəbzini duyan yoxdur. – R. Ə.).