Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Читать онлайн книгу.

Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу
ədəbiyyatının bir baxımdan bəlkə də ən böyük simasını təşkil edən Nizaminin əsərlərini ən gözəl bir farsca ilə yazması bizi bu tələqqimizdən alı qoymaz və Nizamini xüsusi görüş nöqtəsindən incələmək həvəsindən ayıramazdı. Çünki onun zamanında farscanın Yaxın Doğu ilə Orta Asiya için millətlərarası bir ədəbiyyat dili olduğunu bilirdik və İran ədəbiyyatının tanınmış ustadları arasında farslar qədər türklərin dəxi, mühüm bir yer tutduqlarına vaqifdik.

Konuları araşdırılınca Nizaminin fars nasionalizmindən uzaq, türk sevgisilə dolğun, Qafqaz mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərat və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir.

Nizami mühitinin onu anlamadığından bəhs etdiyi bir yerdə «türkcəsinin» [torkiyəmpa – mənim türklüyümü] anlaşılmadığından şikayət edir. «Türkcəni» burada məcaz olaraq yüksək söz mənasına qullanan həkimin (bilgin, bilici, filosof) danışma dilinin həqiqətdə türkcə olmadığını kimsə isbat edəməz. Şairin o zaman Azərbaycanda artıq böyük kütlələr halında bulunan türklər arasından yetişmiş olduğunu bilirik. Bunun izlərini əsərlərində gördüyümüz «türklük»dən də sezməkdəyik.67 68 69Təkrar edirik: əsərlərini farsca yazmış olmasına rəğmən, Nizaminin qeyd etdiyimiz kimi, konu və duyğu baxımından azərbaycanlı bir türk zehniyyəti daşıdığını oxucularımız bu səhifələri çevirdikcə bizzat görəcəklər.

8. NİZAMİNİN YARADICILIĞI

Nizami sadə, klassik İran ədəbiyyatında deyil, bütün cahan ədəbiyyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm özü yaratdığı yeni şəkil – eşq əfsanəsi, həm bu şəkil ilə tam bir ahəngdə bulunan məna – ruhi təhlil, həm özünəməxsus kəskin bir ifadə rəmzlərin dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş fantaziya – parlaq təşbeh, həm də təsadüfə yer vermədən hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdaniyyətçi görüşlə, eni-boyu ölçüləməyən üstün bir əsərdir.

Bu əsərdə bizi özünə çəkən şey şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə yürüyən həkim Nizamidir. Şairə böyük Götenin də təqdir etmiş olduğu dərinlik, hüzur və sakitliyini təmin edən onun bu həkim eşi, öz təbirilə, «ekdeşi»dir.

Nizaməddin ləqəbini daşıyan Nizamidə Doğunun başqa heç bir şairinə bəlkə də nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, daha qullanışlı təbirlə bu mənzumə, incəliklərinə varıncaya qədər ahəngli bir ideoloji və dünyəvi görüş sistemindən ibarətdir. Elə bir sistem ki, bundan 800 il əvvəl düşünülmüş olmasına rəğmən, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzədir.

Araşdırmamızın sonuncu bölümü bu sistemin ana cizgilərini bəlirtməyə ayrılmışdır. Orada xülasə edilmiş bulunan fikir mənzuməsi oxucuların görəcəkləri kimi, bugünkü insanlığın susadığı «nizam-i aləm» [dünya düzəni] baxımından belə, yeni və hərdaim yaşar ümdələri içinə almaqdadır.

İnsanlığın şərəfini bilgisevərlikdə, təkin səadətini topluluq için çalışmaqda görən və parçanın faydasını bütünün salamatında arayan şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq deyə tanıyır.

Millətlər və ya dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun görüşüncə, «millətlərin dillərini vasitəsiz anlamaq surətilə ancaq təmin edilə bilir».

Hər böyük və həqiqi sənətkar kimi, Nizami dəxi, millilik və məhəllilik damğasını daşımaqla bərabər, yaratdığı ədəbi şəkillərilə təlqin etdiyi fikir alanında milli çərçivə dışına çıxmış, bütün insanlığa şamil duyğularla həyəcanlanmış, millətlərin və məmləkətlərin üstündə olduğu kimi, dövrlərlə əsrlərin dəxi, ötəsinə keçən yüksək və dünyaya şamil bir qayğıya cavab olacaq «söz»ü bulmağa çalışmışdır.

Bizə görə bu «söz», «İskəndərin möcüzəsində» bulunmuşdur.

Bu möcüzə bugünkü insanlıqla birlikdə, bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:

– Millətlərə sadə, mənəvi avtoritet ilə nüfuz etmək və ruhlarını anlayaraq varlıqlarına qarşı hörmətdə bulunmaq!

9. UNUDULMUŞ NİZAMİ

Bir yandan İslam Doğusunun uğradığı genəl gerilikdən hissəsi olan, o biri yandan da çarlıq istilasının vasitəsiz basqısı və etkisi altında öz keçmişini və bu keçmişdəki mədəni dəyərləri unudan Azərbaycan Nizamini dəxi, ihmal (unutmuşdur) etmişdir.

Gəncənin yaxınında yıxıq-tökük bir məzar vardı. Bu məzar qısır qadınların cocuq dilədikləri bir «Şeyx»ə aiddi… Bu «kəramətli türbə»nin bütün Doğunun olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı çox azdı. Bu şairin eyni zamanda böyük Azərbaycan şairi olduğunu isə bilən bəlkə də heç yoxdu.

Milli oyanış dövrünə girən yeni Azərbaycan dəxi, Nizamini haqqı ilə mənimsəyəcək qədər gəlişməmiş, farsca yazmış olduğunu nəzərə alaraq onu düşünməyi milli görəvləri dışında sonrakı işlərdən saymışdır.

[Gərçi obyektiv olaraq bunu da qeyd etmək gərəkdir ki, Nizami, düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti böyük həmşərisini düşünmüş və xarab türbəsini təmir məqsədilə bir risalə nəşr edərək ianə toplamaq təşəbbüsündə bulunmuşdur. Müstəşriq (şərqşünas) A. Krımskinin də qeyd etdiyi70 bu vaqeəyə əlavə olaraq mötəbər gəncəlilərdən duyduğumuza görə bu məqsədlə bir neçə min rublu bulan bir məbləğ dəxi, toplanmışdır.

Milli istiqlal dövründə də Nizaminin düşünüldüyünü və məzarı üstündə əsri bir şəkildə bir anıt projesinin mövcud olduğunu Azərbaycan hökuməti sabiq xariciyyə nazir müavini Adilxan Ziyadxanın bir xatirəsindən öyrənirik.71 Yazıq ki, olaylar bunun yerinə gətirilməsinə imkan verməmişdir].

Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi və səmimi ilgilərlə bağlıdır. Azərbaycan yurdçuluğu kimi, türk milliyyətçiliyinin də şairlə yaxından ilgilənməsi için təbii və həyati səbəblər vardır.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию

Скачать книгу

67

Ozamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu sadə, Nizaminin deyil, çağdaşları digər şairlərin dəxi, farsca əsərlərində qullandıqları türkcə sözlərindən anlayırıq. Məsələn, Xaqaninin bu beytləri:

68
Əvvəle-şəb Aytəkin vuşaq amədim leykAlparslan şodim be payane – sobhqab.

69
Ku şəh – Toğane cud ke mən bəhre – ətməgiPişəş zəban beqoftən – ecən-sən dəravərəm.

70

A.Krımski. «История Персии, её литературы и дервишской теософии».

Axundzadə Mirzə Məhəmməd tərəfindən yayılan bu risalədən V.Bartold da istifadə etmişdir [Z.V.Ot.R.O. Ob. T..XXI.S. 035-036],

71

Adilxan Ziyadxan. «Tayeran-i qələm». Tehran. 1932.