Cenni Herhardt. Теодор Драйзер

Читать онлайн книгу.

Cenni Herhardt - Теодор Драйзер


Скачать книгу

      1880-ci ilin bir payız səhərində ortayaşlı bir qadm on səkkiz yaşlı bir qızın müşayiəti ilə Kolumbus şəhərinin (Ohayo ştatı) baş otelinə daxil oldu, kontor xidmətçisinə yanaşaraq, burada onun üçün bir iş olub-olmadığını soruşdu. O, dolu bir qadın idi. Lakin bədəncə möhkəm deyildi. Özünü təvazökar və sadə tuturdu. Açıq üzündəki iri gözləri səbirlə və fəqiranə baxırdı. Bu gözlərdə yalnız dərddən, qüssədən sarsılmış aciz, köməksiz bir yoxsulun üzünə mərhəmətlə baxanların anlaya biləcəyi kədər kölgəsi gizlənmişdi. İndi onun qızını anasının arxasında durmağa və süni laqeydliklə ətrafa baxmağa məcbur edən cəsarətsizlik və utancaqlığın haradan gəldiyini anlamaq çətin deyildi. Bu qızın təbiətində anasından irs qalmış xəyalpərvərlik, təbii həssaslıq, hələ təkmilləşməmiş, lakin şairanə ağlın tez mütəəssir olmaq qabiliyyəti, atasının ciddiyyət və təmkinliyi ilə birləşmişdi. Bu qadınları ehtiyac buraya gətirmişdi. Onlar namuslu yoxsulluğu elə təsirli təcəssüm etdirirdilər ki, hətta kontor xidmətçisində belə rəğbət oyadırdılar.

      O soruşdu: – Siz nə cür iş axtarırsınız? Ana qorxa-qorxa cavab verdi: – Bəlkə siz bir yeri süpürtmək, yaxud təmizlətdirmək istəyirsiniz. Mən döşəmə yumağı da bacarıram.

      Qızı bu sözləri eşidərkən büzüşdü – ona görə yox ki, işləmək istəmirdi, ona görə ki, böyük bir ehtiyac üzündən çirkli işə girişməyə məcbur olduqlarının başqaları tərəfindən anlaşılacağı ona ağır gəlirdi. Kontor xidmətçisi, bir kişi kimi, bu gözəl qızın kədərindən mütəəssir olmuşdu. Əlbəttə, qızın sadəlövhlüyü və acizliyi onların nəsibini daha ağır göstərirdi.

      Kontor xidmətçisi:

      – Bir dəqiqə gözləyin, – dedi və kontora keçərək baş qulluqçunu çağırdı.

      Oteldə iş, doğrudan da, tapıldı. Daimi döşəməyuyan hesabını aldığı üçün baş pilləkən və vestibül təmizlənmirdi.

      Baş qulluqçu uzaqdan qadınlara nəzər salaraq:

      – Bu onun qızıdır? – deyə soruşdu.

      – Görünür, qızıdır.

      – Nə deyim, qoy elə bu gündən işə başlasınlar. Qız yəqin ki, kömək edəcəkdir. Kontor xidmətçisi öz yerinə qayıdaraq mehribanlıqla:

      – Baş qulluqçu ilə danışın, – dedi. O, yaxında olan qapını göstərdi:

      – Bax, oraya keçin. Orada danışarsınız.

      Bu səhnəni, şüşəüfürən Uilyam Herhardtın və onun ailəsinin illər boyu məruz qaldığı bir çox bədbəxtçilik və müvəffəqiyyətsizliklərin facianə nəticəsi adlandırmaq olar. Bu adam işini itirmişdi – taleyin bu cür səbatsızlığı yoxsul əməkçilərə yaxşı tanışdır. O indi hər bir səhəri yeni günün ona, arvadına və altı uşağına nə gətirəcəyini bilmədən ürək çırpıntısı ilə qarşılayırdı, çünki onların bir tikə çörəyi təsadüflərin şıltaqlıqlarından asılı idi. Herhardtın özü xəstələnib yatağa düşmüşdü. Onun böyük oğlu Sebastyan, yaxud dostlarının adlandırdıqları kimi Bass, yerli vaqonqayırma emalatxanasında usta əlaltısı işləyirdi, həftədə vur-tut dörd dollar alırdı. Böyük qızı Cenevyevanın on səkkiz yaşı tamam olmuşdu, lakin indiyədək ona heç bir sənət öyrətməmişdilər. Herhardtın başqa uşaqları da var idi: on dörd yaşlı Core, on iki yaşlı Marta, on yaşlı Uilyam və səkkiz yaşlı Veronika. Bunlar işləmək üçün hələ çox balaca idilər, bunların hamısını saxlamaq lazım idi. Ailənin yeganə sərvət və istinadgahı Herhardta mənsub olan ev idi, ancaq o da altı yüz dollara girov qoyulmuşdu. Herhardt ev almaq üçün qənaət edib yığdığı pulları xərclədikdən sonra ailənin gen-bol yaşaması üçün evin yanında üç otaq və eyvan tikdirmək istədiyi zaman bu cür borca düşmüşdü. Girov vaxtının tamam olmasına hələ bir neçə il qalmışdı, lakin elə günlər gəlib çatmışdı ki, əsas borcu vermək üçün qorunub-saxlanmış az miqdar pulu da, illik faiz hesabına verilməli pulu da xərcləməyə məcbur olmuşdular. İndi Herhardt tamam başını itirmişdi, o anlayırdı ki, vəziyyəti ümidsizdir, dəhşətlidir: onun çox təmiz adam olmasına arxalanaraq son imkana qədər ona borc verən qəssab və çörəkçiyə borcu bir yana, hələ həkimin ödənilməmiş haqqı, girov faizləri – bütün bunlar onu əzir və əzab verir, xəstəliklə mübarizə etməyə mane olurdu.

      Missis Herhardt heç də aciz deyildi. Müştəri tapa biləndə yumağa paltar götürür, qalan vaxtlarda isə uşaqların paltarlarını yamayır, onları məktəbə yola salır, xörək bişirir, xəstə kişisinə qulluq edir, bəzən ağlayırdı. O çox vaxt evindən getdikcə daha uzaqda olan yeni bir baqqal dükanı tapır və əvvəlcə nağd pul verərək, sonra başqa dükançılar sadəlövh ehsançını xəbərdar edənədək, nisyə ərzaq alırdı. Qarğıdalı hər şeydən ucuz idi. Missis Herhardt bir yekə qazan qarğıdalı bişirirdi, demək olar ki, yeganə və əvəzsiz olan bu yemək düz bir həftə yeyilirdi. Heç nədənsə qarğıdalı xəşili yaxşıdır. Buna bir az süd qatmaq mümkün olanda isə ailə lap bayram kefi çəkirdi. Herhardtlar ailəsində kartof qızartması ən zəngin xörək hesab olunurdu, qəhvə isə nadir hadisə idi. Onlar vedrə və zənbillərlə, yaxındakı dəmiryol deposu yanından keçən yollarda dolaşıb kömür toplayırdılar. Odun da taxta-şalban anbarlarına tərəf bu cür yürüşlər zamanı tapılırdı. Onlar, beləliklə, günü-gün arxasınca yola salır, hər saat ümid edirdilər ki, ataları sağalacaq və şüşə zavodunda işləməyə başlayacaqdır. Lakin qış yaxınlaşır, Herhardt daha böyük ümidsizliyə qapılırdı. Bu inadcıl alman tez-tez:

      – Mən mütləq, mümkün qədər tez bu vəziyyətdən çıxmalıyam, – deyə təkrar edirdi. Onun zəif səsi qəlbini parçalayan təşvişi ifadə etməkdən aciz idi.

      Bütün bu bədbəxtliklər az imiş kimi, balaca Veronika qızılcaya tutuldu, bir neçə gün onun həyatı təhlükə altında oldu. Ana bütün işlərini buraxdı, uşağın yanından çəkilməyib hey dua etdi. Həkim Eluonqer bir rəğbət hissi ilə hər gün xəstəni yoluxurdu. Lüterçi ruhani, pastor Vundt müqəddəs kilsə adından təsəlli verməyə gəlirdi. Onlar hər ikisi evə qara riyakarlıq ruhu gətirirdilər. Onlar ulu qüvvələrin başdan-ayağa qara geymiş elçiləri idilər. Missis Herhardt qızını itirəcəyini düşünür və gecələr gözlərini yummadan hüznlə, kədərlə onun yatağının yanında qalırdı. Üç gündən sonra təhlükə sovuşdu, lakin evdə bir tikə çörək yox idi. Sebastyanın maaşı dərmana getmişdi. Yalnız kömür müftə başa gəlirdi, ancaq uşaqları bir neçə dəfə depodan qovmuşdular. Missis Herhardt iş üçün müraciət edə biləcəyi bütün yerləri xəyalından keçirdi və ümidsiz halda otelə yollandı. Budur, sanki bir möcüzə baş vermiş, onun bəxti gətirmişdir.

      Baş qulluqçu soruşdu:

      – Siz nə qədər istəyirsiniz?

      Missis Herhardt ondan bu barədə bir söz soruşacaqlarını heç ağlına da gətirməmişdi, lakin ehtiyac ona cəsarət verdi.

      – Gündə bir dollar – o qədər çox deyil ki?

      Baş qulluqçu:

      – Olsun, – dedi, həftədə təqribən üçgünlük iş olar. Siz hər gün, günortadan sonra gəlin, vaxtınız lap yaxşı çatar, işin öhdəsindən gələrsiniz.

      Missis Herhardt:

      – Sağ olun, – dedi, – elə bu gündən başlamaq olarmı?

      – Bəli, gedək, mən sizə vedrənin və əskinin yerini göstərim.

      Onların gözlənilmədən gəldikləri bu otel, o zaman üçün, Kolumbus şəhəri üçün çox əlamətdar bir müəssisə idi. Kolumbus – ştatın paytaxtıdır. Burada əlli min adam yaşayır, həm də daima xeyli gəlmə olur. Bunun üçün də burada otel və mehmanxanalar inkişaf etməli idi. Bu vəziyyətdən çox yaxşı istifadə edilirdi. Hər halda şəhər əhalisi bunun belə olduğunu qürurla düşünürdü. Kolumbusun mərkəzi meydanında böyük beşmərtəbəli bina var idi. Ştatın qanunverici məclisi və ən böyük dükanları də bu binada idi. Otelin geniş vestibülü bu yaxınlarda yenidən düzəldilmişdi. Döşəmə və mərmərlə örtülmüş divar təmiz silinir, ağlıqdan parıldayırdı. Yuxarıya qalxmaq üçün məhəccəri qoz ağacından olan gözəl pilləkən vardı. Onun pillələrinə salınmış xalça mis millərlə bərkidilmişdi. Vestibülün bir küncündə qəzet və siqarlar satılan piştaxta görkəmli yer tuturdu. Pilləkənlərin altında kontor xidmətçisinin növbətçilik kontorka və otelin


Скачать книгу