Cenni Herhardt. Теодор Драйзер

Читать онлайн книгу.

Cenni Herhardt - Теодор Драйзер


Скачать книгу
ağcaqanadların necə?

      Cenni özü belə buna çox da inanmayaraq:

      – Hə, – dedi, – qulaq asın!

      – Oho! – deyə Corc etinasızlıqla səsləndi: – Mən onların evlərini görmək istəyirəm – o necə evdir?

      – Qulaq asın! – deyə Cenni ciddi surətdə, inadla təkrar etdi və sakitliyi bərpa etmək üçün əlini yuxarı qaldırdı.

      Kilsədən yüksələn zəng səsinin sönən gün üzərində xeyir-dua kimi səsləndiyi sakit bir vaxt idi. Uzaqdan gəldiyi üçün zəifləşən səslər axşam havasında asta-asta üzür, sanki təbiətin özü də susaraq Cenni ilə birlikdə bu səsi dinləyirdi. Ondan bir neçə addımlıqda qırmızı sinəli moruq quşu atılıb-düşürdü. Arı vızıldayır, harada isə zınqırov səslənir, budaqlardakı şübhəli şıqqıltılar gizli-gizli qoz axtaran dələnin yaxında olduğunu bildirirdi. Əlini aşağı salmağı unutmuş Cenni, uzun zəng səsi havada donana qədər və ürəyi tamam dolana qədər dinlədi. Sonra ayağa qalxdı.

      – O! – deyə qızdan bir səs qopdu və o, şairanə həyəcanın təsirilə əllərini bərk sıxdı. Onun gözləri yaşarmışdı. Onu həyəcanlandıran hissin gözəl dənizi sahili döyürdü. Cenninin qəlbi belə idi.

      III FƏSİL

      Senator Corc Silvestr Brender adi adamlardan deyildi. Onda siyasi işbazın diribaşlığı ilə xalq nümayəndəsinin həssaslığı birləşmişdi. O, Cənubi Ohayoda doğulmuş, orada böyümüş, Nyu-Yorkda Kolumb darülfünununda hüquq elmi ilə məşğul olduğu iki il nəzərə alınmazsa, təhsilini də orada almışdı. Mülki və cinayət hüququnu o, yəqin ki, öz ştatında heç kəsdən pis bilmirdi. Lakin heç bir zaman vəkillik sahəsində görkəmli müvəffəqiyyətlər əldə etmək üçün zəruri olan canfəşanlıqla məşğul olmamışdı. O, pis qazanmırdı, vicdanını itirməkdən qorxmasaydı, müqayisə edilməyəcək dərəcədə artıq qazana bilərdi, buna çox yaxşı imkanlar vardı. Ancaq o bunu bacarmazdı. Hər halda təmizliyinə və satılmazlığına baxmayaraq, o bəzən öz dostlarının xahişləri qarşısında dura bilmirdi. Elə bu yaxınlarda, son prezident seçkilərində, hökumət üzvlüyü üçün zəruri keyfiyyətlərə heç də malik olmayan (Brender bunu yaxşı bilirdi) bir adamın namizədliyini müdafiə etmişdi.

      Həmçinin, o, bir məsələdə də müqəssir idi ki, bir neçə dəfə şübhəli adamlara, iki, yaxud üç dəfə isə açıqdan-açığa yaramaz adamlara dövlət vəzifələri tapşırmışdı. Vicdan əzabı onu sıxmağa başladıqda o çox sevdiyi: "Həyatda azmı şey olur" – məsəli ilə özünə təsəlli verirdi. Bəzən o, kədərli xəyallara dalaraq, kreslosunda uzun müddət tənha oturur, sonra yerindən qalxaraq günahkarcasına bir təbəssümlə bu sözləri təkrar edirdi. Onun vicdanı heç də susmurdu, ürəyi isə hər halda çox həssas idi, hər şeyi tez və dərindən duyurdu. Tərkibinə Kolumbusun daxil olduğu okruqdan üç dəfə ştatın konqresinə və iki dəfə Birləşmiş Ştatlar senatına seçilmiş bu adam heç vaxt evlənməmişdi. O, gəncliyində ciddi sevmişdi. Lakin bu sevginin nikahla bitməməsində onun günahı olmamışdı. Ailə saxlamaq üçün vəziyyətini düzəltməyə xeyli vaxt lazım idi, ürəyini çalmış qadın isə onu gözləmək istəməmişdi.

      Ucaboylu, qamətli, enlikürək bu adam təkcə öz xarici görkəmi ilə adamda özünə ehtiram hissi oyadırdı. O, həyatda az şey itirməmiş, taleyin zərbələrini dadmışdı. Elə buna görə, onda, canlı təsəvvürlü adamlarda hüsnrəğbət doğuran nə isə bir şey var idi. O, xeyirxahlığı və iltifatlığı ilə tanınmışdı, senat yoldaşları isə hesab edirdilər ki, onu bir elə şişirtməyə dəyməz, amma çox gözəl adamdır.

      Senator Brenderin o zaman Kolumbusa gəlməsi, laxlayan siyasi nüfuzunu möhkəmlətmək zəruriyyətindən doğmuşdu. Konqresə son seçkilərdə onun partiyasının işi düz gətirməmişdi. O özü kifayət qədər səs almışdı, yenidən seçilə bilərdi, lakin bu seçiciləri özü tərəfində saxlamaq üçün xeyli siyasi diribaşlıq lazım idi. Axı ondan başqa da şöhrətpərəstlər vardır! İstənilən qədər namizəd tapılar və onların hər biri Brenderin yerini tutmağa şad olar. İndi ondan məhz nə tələb olunduğunu o çox yaxşı başa düşürdü. Rəqibləri ona o qədər də asanlıqla qalib gələ bilməyəcəkdilər, ancaq o fikirləşirdi ki, əgər iş belə bir vəziyyətə düşsə, əlbəttə, prezident ona xaricdə bir diplomatik vəzifə tapşırmaqdan imtina etməz. Bəli, senator Brenderi tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, o, həyatında nəyinsə çatmadığını hiss edirdi. O hələ istədiklərinin hamısını etməmişdi. Budur, onun əlli iki yaşı var, o, hörmətli, izzətli, görkəmli xadim kimi, ləkələnməmiş şan-şöhrət sahibidir, lakin təkdir, heç kəsi yoxdur. O bilaixtiyar tez-tez düşünürdü ki, yanında onu əzizləyəcək bir kəs yoxdur. Öz otağı hərdən ona qəribə, boş görünürdü və o öz-özünə nifrət hissi duyurdu.

      O tez-tez düşünürdü: "Əlli yaşım var! Özüm də tək-tənha…"

      Bu şənbə axşamı, otağında oturduğu zaman qapı yavaşca döyüldü. Bu vaxt o, dünyada hər şeyin – həyatın da, şöhrətin də necə fani olduğu və bu nöqteyi-nəzərdən öz siyasi fəaliyyətinin nə qədər səmərəsiz olduğu haqqında düşünürdü.

      "Biz hər hansı mövqe qazanmaq üçün nə qədər çalışırıq, – deyə o fikirləşirdi, – lakin bir neçə il keçdikdən sonra bunlar mənim üçün nə qədər əhəmiyyətsiz olacaqdır!"

      O, yerindən qalxdı, qapını açdı və Cennini gördü. Cenni anasına təklif etmişdi ki, senatoru işin tez görülməsilə heyrətləndirmək üçün, bazar ertəsini gözləməyib paltarları elə bu gün qaytarsınlar.

      Brender:

      – Buyurun, – dedi və birinci dəfə olduğu kimi onu nəzakətlə qabağa buraxdı.

      Cenni, işin öhdəsindən tez gəldikləri üçün senatorun onları tərifləyəcəyini gözləyərək, içəri keçdi, lakin senator bunu heç hiss etmədi.

      – Hə, qəşəng qız, sizin kefiniz necədir? – deyə Brender soruşdu.

      – Lap yaxşıdır, – deyə Cenni cavab verdi. – Anamla belə qərara gəldik ki, bazar ertəsini gözləməyib, paltarları sizə bu gün gətirək.

      Brender laqeyd cavab verdi:

      – Bunun heç fərqi yoxdur. Oraya, stulun üstünə qoyun.

      Cenni, hələ əmək haqqını almadığını düşünmədən getməyə hazırlaşdı, lakin senator onu saxladı.

      – Ananız necədir? – deyə gülər üzlə soruşdu.

      – Yaxşıdır, – deyə Cenni qısa cavab verdi.

      – Bacınız necə? Halı yaxşılaşdımı?

      – Həkim deyir ki, yaxşıdır. Senator sözünə davam edərək:

      – Əyləşin! – dedi. – Mən sizinlə söhbət etmək istəyirəm. Cenni yanındakı stulda əyləşdi. Senator yüngülcə öskürdükdən sonra davam etdi:

      – Bacınızın xəstəliyi nədir?

      – O, qızılca tutmuşdur, – deyə Cenni izah etdi. – Bir vaxt biz hətta fikirləşirdik ki, o daha sağalmayacaqdır.

      Senator qızı dinləyərək diqqətlə onun üzünə baxırdı, bu üz ona çox təsirli görünürdü.


Скачать книгу