Qədim türklər. Лев Гумилев

Читать онлайн книгу.

Qədim türklər - Лев Гумилев


Скачать книгу
gəlir ki, Tibetdə, Çində, Altayda və böyük Sibir çöllərində yaşayam türklərin dini dünyagörüşü arasında böyük fərqlər vardır.

      VII əsrim ortalarından başlayaraq qədim türk xaqamlıqlarının zəifləyib parçalanmalara məruz qalması onun süqutunu daha da sürətləndirdi. Türk xaqanlığı süquta uğrasa da, bu heç də türk xalqının məhv olması demək deyildi. Türklərin yenidən əsarət altına düşməsi, ayrı-ayrı vaxtlarda Çin sərhəd qoşunlarına qarşı üsyana qalxmaları onlarım kütləvi surətdə qırılmasına gətirib çıxartdı. Türklər artıq möhtəşəm bir xalq kimi deyil, ölüm pəncəsindən qurtulmaq üçün hara gəldi başını götürüb qaçmış bir köçəri zəif tayfa kimi Sibirin, Tibetin, Altayın düzəngahlarına səpələnməyə başladılar.

      Yenidən başqa xalqlara qaynayıb-qarışmaq, içlərində ərimək təhlükəsi yaramdı. Lakim artıq bu elə bir dövr idi ki, tarix meydanına yeni dövlətlər çıxmışdı. Onların güclü axınları qarşısında dayanmaq üçün isə nə türklərin, nə də qonşu dövlətlərin lazımi qüvvələri var idi. Ərəb xilafətinin qoşunları müsəlmanlığı yaymaq üçün hər tərəfə güclü axınlar təşkil etmişdilər. Orta Asiyada, Sibir və Altayətrafı regionlarda köçəri tayfalarla qarşılaşan ərəblər bu xalqların mübarizliyini, döyüş meydanında göstərdikləri şücaəti görüb valeh olurdular. Onlar türklərin qəhrəman xalq olduğunu yüksək qiymətləndirirdilər. Elə buna görə də bütün köçəri tayfalara türk adı verərək, daha doğrusu bu tayfaların türk olduğunu bilərək onların şücaət və qəhrəmanlıqlarını vəsf edirdilər. Beləliklə, vaxtilə türk xaqanlığına daxil olmayan bir çox köçəri tayfalar həmin vaxtdan etibarən türk adı ilə tarixdə tanınmağa başlandı.

      Görkəmli türkoloq, tarixçi alim Lev Qumilyov bu məsələləri öz qiymətli tədqiqatında elə bir incəliklə araşdırır və fikir yürüdür ki, onun elmi, ensiklopedik təfəkkürünə heyran qalmamaq olmur. Bu kitabı oxuyam hər bir şəxs türk xalqının böyüklüyünü, həm də onun özü qədər tarixdə ikinci başı bəlalı bir xalqın olmadığını aydın görür.

      Lakin tarix, həyat mübarizə meydanıdır. Təbiətin amansız qanunları cəmiyyət həyatında da özünü göstərir. Hansı xalq bu qanunların mahiyyətini dərk edib dünya meydanında həmin qanunlara qarşı öz qarşılıqlı tədbirini görürsə, onun məhv edilməsindən ötrü min cür fitnə-fəsadlara, soyqırğınına qarşı çıxırsa, mübarizə aparırsa o xalq ölməzdir, əbədidir.

      Müxtəlif dövrlərdə bir xalq kimi başının üstümü ölüm, yox olmaq təhlükəsi almış türklər sanki silkinib qəflət yuxusundan oyanaraq ağlayıb-sızlamaqdan, yadelli xalqların kəramətinə, insanpərvərliyinə bel bağlamaqdan bezikərək ayağa qalxmış və türkün əzəmətli adını və bayrağını göylərə qaldırmış, öz azadlığını, müstəqilliyini böyük itkilər hesabına olsa da təmin etmişdir.

      Bir neçə əsr sonra türklər yenidən dirçələcək, əsarətdə olduqları xalqların pəncəsindən qurtulub yeni türk imperiyasını yaradacaq və bütün dünyada türk adını əbədi yaşadam tarixi işlər görəcəklər.

VƏLİ HƏBİBOĞLU Fəlsəfə elmləri namizədi

      GİRİŞ

      Mövzu və onun əhəmiyyəti. Bəşəriyyətin tarixi son dərəcə qeyri-bərabər öyrənilib. Avropa və Yaxın Şərqdə hadisələrin ardıcıllığı və ictimai formasiyaların bir-birini əvəz etməsi hələ XIX əsrin sonlarında ümumun başa düşdüyü əsrlərdə öz əksini tapdığı, Çin və Hindistanın isə XX əsrin əvvəllərində təsvir edildiyi halda, Avrasiya çöllərinin böyük bir ərazisi hələ də öz tədqiqatçısını gözləməkdədir. Bu, xüsusən Çingiz xanın tarix səhnəsinə gəlməsindən əvvəlki dövrə aiddir. Həmin dövrdə Mərkəzi Asiya çölündə iki diqqətəlayiq xalq – hunlar və qədim türklər, habelə adlarını şöhrətləndirməyə imkan tapmayan bir sıra digər xalqlar yaranmış və məhv olmuşlar.

      Onların hamısının bir-birini təkrar etdiklərini düşünmək səhv olardı. Doğrudur, bu xalqların istehsal üsulu – köçəri heyvandarlıq, həqiqətən də heç bir təkmilləşdirməyə uyuşmayan ən sabit təsərrüfat formasıdır. Lakin məişət xüsusiyyətləri, təsisatlar, siyasət və dünya tarixində yerləri baxımından hunlar və qədim türklər tamamilə fərqlənirdilər. Onların taleləri də eyni dərəcədə fərqli olmuşdu.

      Dünya tarixi fonunda qədim türk xalqının və onun yaratdığı dövlətin tarixi belə bir sual doğurur: türklər necə meydana gəlmişdilər və adlarını əslində onların varisləri olmayan bir sıra xalqlara verərək necə yoxa çıxdılar? Bu problemi yalnız siyasi tarixin təhlili, yaxud ictimai münasibətlərin araşdırılması yolu ilə həll etməyə dəfələrlə təşəbbüs göstərilib, lakin həmin təşəbbüslər heç bir bəhrə verməyib. Bəşər tarixindəki cahanşümul əhəmiyyətlərinə baxmayaraq, qədim türklər azsaylı xalq idilər, Çin və İranla yaxın qonşuluq onların daxili işlərində əz əksini tapmaya bilməzdi. Başqa sözlə desək, bu ölkələrin ictimai və siyasi tarixi bir-biri ilə sıx çulğalaşmışdı və hadisələrin gedişini bərpa etmək üçün biz həm bu, həm də digər tərəfi diqqətdən qaçırmamalıyıq. İqtisadi konyukturanın dəyişməsi, xüsusən də Çin mallarının daşınmasının yüksək, yaxud aşağı səviyyədə olması, habelə İran hökumətinin maneçilik xarakterli tədbirləri də burada az rol oynamamışdır.

      Türk xaqanlığının sərhədləri VI əsrin sonlarında qərbdə Bizans, cənubda İran və hətta Hindistanla, şərqdə isə Çinlə kəsişdiyinə görə bu ölkələrin tarixindəki gözlənilməz dəyişikliklər nəzərdən keçirilən dövrdə türk dövlətinin taleyi ilə bağlı idi. Həmin dövlətin yaranması müəyyən mənada bəşər tarixində dönüş nöqtəsi oldu. Çünki o vaxta qədər bir-birinin mövcudluğundan xəbərdar olsalar da, Aralıq dənizi və Uzaq Şərq mədəniyyətləri əslində ayrı düşmüşdülər. Ucsuz-bucaqsız çöllər və dağ silsilələri Şərqlə Qərbin əlaqələrinə mane olurdu. Yalnız çox qoşqularının kəşfi karvanlara dağ zirvələrini və sonralar metal üzəngilərin və arabanı əvəz edən yük düzənləri nisbətən asan keçməyə imkan yaratdı. Buna görə də VI əsrdən etibarən çinlilər Konstantinopol bazarlarındakı qiymətlə hesablaşmağa, bizanslılar isə Çin imperatoru nizəçilərinin sayını öyrənməyə məcbur oldular.

      Belə bir vəziyyətdə türklər nəinki vasitəçi rolunu oynayır, həm də Çin, Hindistan, İran, Bizans mədəniyyətləri ilə qarşı-qarşıya qoymağa layiq bildikləri spesifik mədəniyyətlərini yaradırdılar. Bu özünəməxsus çöl mədəniyyətinin qədim ənənələri və dərin kökləri vardı, lakin oturaq xalqların mədəniyyəti ilə müqayisədə o, bizə çox cüzi məlumdur. Bunun səbəbi türklərin və digər köçəri tayfaların qonşularla müqayisədə az istedadlı olmasında deyildi; səbəb onların maddi mədəniyyət qalıqlarının keçə, dəri, ağac və xəzin daşa nisbətən pis qorunub saxlanmasındadır; elə buna görə də Qərbi Avropa alimləri arasında belə bir səhv fikir yaranmışdır ki, köçərilər «bəşəriyyətin eşşək arılarıdır» (Violle de-Lyuk). Cənubi Sibirdə, Monqolustanda, Orta Asiyadakı arxeoloji qazıntılar bu fikri təkzib edir və tezliklə elə vaxt gələcək ki, biz qədim türklərin mədəniyyəti, incəsənəti haqqında danışmaq imkanına malik olacağıq. Lakin tədqiqatını maddi mədəniyyətdən daha


Скачать книгу