Qədim türklər. Лев Гумилев

Читать онлайн книгу.

Qədim türklər - Лев Гумилев


Скачать книгу
məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi. Həmin xarici siyasətlə biz yenə üzləşəcəyik. Toqonun hətta şəhərlər yerləşən (aydın məsələdir ki, söhbət möhkəmləndirilmiş yaşayış məskənlərindən gedir) böyük ərazi tutmasına və çox güman ki, tobalılardan götürülmüş mütəşəkkil idarə sisteminə malik olmasına baxmayaraq, o, güclü dövlət deyildi. Silah gücünə itaətə gətirilmiş Tibet tayfaları azadlıq və intiqam haqqında düşünürdülər, iqtisadiyyat ekstensiv heyvandarlıq təsərrüfatı əsasında qurulmuşdu; mədəniyyətin səviyyəsi aşağı idi, xanların özbaşınalığı daim sui- qəsdlərin, xəyanətlərin və cəza tədbirlərinin rəvasına imkan yaradır və beləliklə də, elə bil, alovun üstünə yağ tökürdü. Bütün bunlar öz növbəsində Toqonun imkanlarını məhdudlaşdırırdı və sonralar onun şərəfsiz aqibətinə səbəb oldu.

      Jujanlar və teleutlar. Jujan xalqının mənşəyi ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, özünün qəti həllini tapmayıb. Güman ki, burada problemin qoyuluşu düzgün deyil, çünki həmin xalqın mənşəyi deyil, formalaşması haqqında danışmaq lazımdır. Bir xalq kimi jujanların vahid etnik kökü yox idi. Onun mənşəyi bir qədər özünəməxsus xarakter daşıyırdı. Qarışıq dövrlərdə həmişə yəhərdən salınan və nüfuzlarını itirən çoxlu adamlara təsadüf edilir. VI əsrin ortalarında da belələri az deyildi. Toba xanının düşərgəsində, yaxud hun şanyuyunun paytaxtında qala bilməyənlərin hamısı çölə qaçırdı. Qullar amansız ağalardan, başıpozuqlar – ordudan müflisləşmiş kəndlilər xaraba kəndlərdən çölə üz tuturdular. Onların mənşəyi, dili, dini deyil, hamısını dilənçi həyatına məhkum etmiş taleləri eyni idi. Elə həmin tale də onları birləşməyə məcbur edirdi.

      IV əsrin 50-ci illərində əvvəllər Syanbi süvarisində xidmət etmiş Yuqyulyuy adlı keçmiş qul edama məhkum olunmuşdu. Lakin o, dağlara qaça bildi, tezliklə başına yüzə yaxın özü kimi qaçqın topladı. Qaçqınlar yaxınlıqdakı köçərilərlə dil tapdılar və onlarla birlikdə yaşamağa başladılar.

      Yuqyulyuyun xələfi Qyulyuxoy Toba xanları ilə əlaqə yaratdı. Qyulyuxoy hər il onlara at, samur və dələ xəzindən ibarət xərac verirdi. Onun ordası Jujan adlanırdı. Jujanlar Xalxudan Xinqana qədər köç edirdilər, xanın düşərgəsi isə Xanqay yaxınlığında idi. Jujanların məişəti və təşkili həm son dərəcə primitiv, həm də tayfa quruluşundan çox uzaq idi. Min nəfərlik alay, döyüş və inzibati vahid sayılırdı. Alay xanın təyin etdiyi başçıya tabe idi. Alayda ətrafına yüz adam toplaşan on bayraq vardı. Hər bayrağın da öz başçısı olurdu. Jujanlarda yazı yerli- dibli yox idi, hesab aparmaq üçün qoyun qığından, yaxud üzərində kəsiklər çərtilən ağac parçalarından istifadə olunurdu. Qanunlar müharibə və soyğunçuluğun tələblərinə müvafiq idi: qənimətin çox hissəsini cəsurlara verir, qorxaqları isə kötəkləyirdilər. 200 illik mövcudluğu ərzində Jujan ordasında tərəqqidən heç bir əsər-əlamət görünməmişdi, onların bütün qüvvələri qonşular üzərinə soyğunçu basqınlara sərf edilirdi.

      Jujanlar öz aralarında hansı dildə danışırdılar? Çin mənbələri bu barədə tamamilə fərqli məlumatlar verirlər: «Veyşu» jujanların dunxu qoluna mənsubluğunu bildirir. «Sunşu», «Lyanşu» və «Nanşu» onları hunlara qohum tayfa sayır, nəhayət, Bey-şi (?) Yuqulyuyun qaoqyuy mənşəli olduğunu göstərir. Cənubi Çin tarixçilərinin məlumatları dolayısı mənbələrdən götürülmüşdür, Yuqyulyuyun mənşəyinin isə burada heç bir əhəmiyyəti yoxdur. Aydın məsələdir ki, onun başına toplaşanlar həmtayfaları deyildilər. Çox ola bilsin ki, jujanlar syanbi ləhcəsində, yəni monqol dilinin dialektlərindən birində danışırdılar, çünki jujan xanlarının titularını Çin dilinə tərcümə edən Çin tarixçisi həmin titulların orijinalda – «Vey dövlətinin dilində», yəni syanbi ləhcəsində necə səsləndiyini də göstərir. Jujanlar özlərini tobalılarla eyni kökdən sayırdılar, lakin jujan xalqının müxtəlif tayfalardan ibarət olduğunu nəzərə alsaq, düşünmək lazımdır ki, bu cür qənaət üçün əsası onların dumanlı şəcərəsi deyil, dillərinin bənzərliyi verirdi.

      Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular.

      Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular.

      Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.

      Hər iki xalqın siyasi sistemləri də bu meyllərə uyğun surətdə formalaşmışdı: jujanlar hərbi güc sayəsində qonşuların hesabına yaşamaq üçün ordularda birləşirdilər; teleslər isə tayfaların zəif əlaqələndirilmiş konfederasiyası kimi qalmaqda davam edir, lakin bütün qüvvə və bacarıqları ilə müstəqilliklərini qoruyurdular.

      Teleslər jujanlarla qonşuluqda yaşayır, lakin heç bir cəhətdən onlara bənzəmirdilər. Onlar öz patriarxal quruluş və köçəri məişətlərini saxlamaqla Xunnu imperiyasının tərkibindən erkən çıxmışdılar. Çinliləşdirmə uzaq çöllərdə yaşayan sadə köçərilərə toxunmamışdı. Çinlilərin özlərini də həmin çöllərdə cəlb edən elə bir şey yox idi. Teleslərin ümumi təşkilati strukturu mövcud deyildi. 12 nəslin hər biri başçı – ağsaqqal tərəfindən idarə olunurdu, həm də «qohumlar sülh və sakitlik şəraitində yaşayırdılar».6

      Teleslər hündür təkərli arabalarla çöldə bir yerdən o biri yerə köçürdülər. Onlar təbiətcə döyüşkən və azadlıqsevər adamlar idilər, heç bir mütəşəkkilliyə meyl göstərmirdilər. Onlar özlərini «tele» adlandırırdılar, bu ad «telsut» şəklində indiyə qədər Altay etnonimində yaşamaqdadır. Teleslərin nəsilləri yakutlar, telenqutlar, uyğurlar və başqalarıdır. Onlardan çoxu dövrümüzə qədər gəlib çatmamışlar.

      Jujan xanlığı. V əsrin əvvəllərində Xinqandan tutmuş Altaya qədər bütün çöllərdə jujanların xanı, Deuday – «at çapa-çapa ox atan» ləqəbli Şelun təkbaşına hökmranlıq edirdi. O tele köçlərini özünə tabe edib İl çayı boyunca məskən salmış Orta Asiya hunları ilə qarşılaşdı. Hunların başçısı Jibaeqi adlı bir nəfər idi. Onqin çayı üzərindəki inadlı vuruşda Jibaeqi Şelunun qoşunlarını darmadağın etdi, lakin buna baxmayaraq jujan dövləti ilə bacarmadı və «tabe olmaqla sülh qazandı.»Скачать книгу


<p>6</p>

Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 215.