Metro-2033. Дмитрий Глуховский

Читать онлайн книгу.

Metro-2033 - Дмитрий Глуховский


Скачать книгу
aralanmışdı, içinə girmişdilər. Bu dəfə stansiyadakıların da kefləri pozulmuşdu. Bir həftə içində iki nəzarətçi dəstə birdən yoxa çıxıbsa, hardasa böyük səhvlərin edildiyi, işlərin düzgün getmədiyi deməkdi. Bir tədbir görülməliydi. Ciddi, təcili tədbirlər… Beləliklə, 300-cü metrdə bir sədd çəkildi. İstehkam qurma sənətinin qaydalarına görə, qum torbalarını sürükləyərək gətirib üst-üstə yığdılar, bir avtomat, bir projektor yerləşdirdilər. “Beqovaya”ya kuryer göndərdilər. “Beqovaya” və “1905-ci il” stansiyaları konfederasiya yaratmışdılar. Daha əvvələr “Oktyabrskaya” da onlarla birlikdəydi, amma sonra nəsə baş vermişdi, kimsə dəqiq bilmir. Bir qəza, ya da nəsə… Ora artıq yaşamaq mümkün olmayan vəziyyətə düşdüyünə görə, dağılışdılar. Amma indi bunun əhəmiyyəti yoxdur. “Beqovaya” stansiyasına bir nəfər göndərdilər, xəbərdarlıq parollarısa beləydi: “kolluqlarda bir şey var, ehtiyac duyulduqda kömək edə bilərsizmi?”

      İlk qasid ünvana təzə çatmışdı, “Beqovaya”dakılar hələ verəcəkləri cavabı düşünürdülər. Aradan bir gün keçməmişdi ki, ikinci qasid də qan-tər içində özünü çatdırdı: Onların gücləndirilmiş müdafiəsi tamam məhv olub. Heç atəş də aça bilməmişdilər. Hamısı doğram-doğram olmuşdu. Onları sanki yuxuda qırmışdılar. Bax, ən qorxulusu budur!

      Yaxşı, aldıqları göstəriş və əmrləri bir yana qoyaq, bəs bu qədər hadisədən sonra necə yuxuya getmişdilər? “Beqovaya”lılar özləri də başa düşürdülər ki, əgər tədbir görməsələr, axırları çatacaq. Beləliklə, döyüşçülərdən hücum dəstəsi yaratdılar, minaatanlardan və silahlarla təchiz edilmiş 100 nəfərdən ibarət dəstə. Təbii ki, bu bir az vaxt aldı, yarım gün qədər… Baş vermiş hadisə çox qəribəydi, çünki ortada cəsəd yoxdui, sadəcə hər yer qana bulanmışdı. Vəziyət beləydi. Bu hadisəni kimin etdiyini ancaq Allah bilirdi. Mən belə bir şeyi insanların edə biləcəyinə inana bilmirəm.

      Artyom yavaş səslə soruşdu.

      – Axı “Beqovaya” stansiyasında nə baş vermişdi?

      – Heç nə olmadı. Bütün bu fəlakəti gördükdən sonra, Poleşayevskayaya gedən tuneli partlatdılar. İndi eşitdiyimə görə, tunelin 40 metrdən çoxu torpaqla örtülüb, texnikasız keçmək mümkün deyil. Bəs texnikanı haradan alacaqsan? 15 ildir, paslanıb qalıb!

      Pyotr Andreyeviç susdu və gözlərini tonqala yönəltdi.

      Artyom sakitcə öskürdü və etiraf etdi:

      – Bəli. Gərək atəş açaydım. Mən nə axmaq adamam!

      Stansiyanın cənub istiqamətindən birinin özlərinə tərəf səsləndiyini eşitdilər:

      – Ey, 250-dəkilər! Sizdə hər şey qaydasındadırmı?”

      Pyotr Andreyeviç şeypur çalırmış kimi əllərini ağzına qoyaraq səsləndi:

      – Bir az yaxın gəlin! Bir məsələ var!

      Tunelin içindən, stansiyaya tərəf olan yolu cib fənəriylə işıqlandıran üç kölgə onlara tərəf yaxınlaşdı; 150-ci metrdəki növbətçilərdi. Tonqalın yanına gəldiklərində fənərlərini söndü-rərək yanlarına oturdular.

      – Pyotr, sənsən? Mən də bu gün kimi o biri dünyaya göndərdiniz deyə, öz-özümə soruşurdum, – üç nəfərdən ən yüksək rütbəlisi, adı Andrey olan dedi. Gülümsəyərək əlindəki paketi sıxıb siqaret çıxardı.

      – Qulaq as, Andryuşa! Bizim oğlan burda birini gördü, amma vura bilmədi. Həmin məxluq qaçıb tunelin içində gizləndi. Bizimki deyir, o heç insana da oxşamırdı.

      – İnsana oxşamırdı? Bəs nəyə oxşayırdı? – Andrey dərhal Artyoma sarı dönüb soruşdu.

      – Nə olduğunu görmədim. Parolu soruşmaq istəyəndə, ani olaraq şimala tərəf uzaqlaşdı. Amma ayaq səsləri insanın ayaq səslərinə heç oxşamırdı, çox yüngül, sürətliydi, sanki iki yox, dörd ayağı varıydı.

      Qorxmuş ifadəylə gözlərini qırpan Andrey:

      – Və ya üç, – deyə, cavab verdi.

      Artyomu birdən öskürək tutdu, çünki “Filyovskaya” xəttindəki1 üçayaqlı insanların hekayələri yadına düşdü. Orada stansiyaların bir hissəsi torpağın üzərində, səthi hissəsində qalırdı. Tunel də orda daha dayazdı, demək olar, şüalara qarşı qorunmurdu. Bu xətdən, üç ayaqlı, ikibaşlı, buna oxşar bir yığın qəribə varlıqlar metro şəbəkəsinə daxil olurdu.

      Andrey siqaretindən bir nəfəs çəkərək yanındakı adamlarına:

      – Yaxşı uşaqlar hazır buraya gəlmişkən nə üçün bir neçə gün qalmayaq? Həm yenə üç ayaqlılar gəlsələr, bunlara kömək də edərik. Artyom, çaydanınız var? – dedi.

      Pyotr Andreyeviç ayağa durdu, balondan paslanmış bir qaba su tökərək ocağın üstündən asdı. Bir neçə dəqiqədən sonra çaydan buxar çıxarmağa, su qaynamağa başladı, vərdiş etdiyi bu səs Artyomu az da olsa sakitləşdirdi. Ocağa toplaşan insanları bir-bir nəzərdən keçirdi. Hamısı da güclü, qüvvətli adamlardı, ağır həyat şərtlərinə öyrəşmişdilər. İnsan çox əminliklə özünü onlara tapşıra bilərdi. Onların stansiyası öz əmin-amanlığıyla məşhurdu. Çünki stansiyanın adamları da etibarlı, mehribandılar, bir-birlərilə, az qala qardaş kimi dərin, möhkəm dostluq əlaqələri qurmuşdular.

      Artyomun yaşı iyirmini keçmişdi. Amma o, yuxarıda dünyaya gəlmişdi. Bu səbəbdən də metroda dünyaya gələn, sadəcə radiasiyadan deyil, yer altında nə qədər canlı varsa, hamısını yox edən günəşin yandırıcı gücündən qorxan insanlar kimi cılız, solğun bənizli deyildi. Onsuz da Artyom sadəcə bir dəfə o da bir dəqiqəyə qədər yuxarıda olmuşdu – arxa plandakı radiasiya o dərəcədə yüksəkdi ki, oranı görməyə çox maraqlı olanlar, yerüstü dünyanın möcüzələrini kifayət qədər seyretməyə imkan tapmadan, bir neçə saat içində yanıb kül olmuşdular.

      Artyom atasını xatırlayırdı.

      Anasını hələ “Timiryaşevskaya”da yaşadıqları zaman, beş yaşında itirmişdi. Vəziyyətləri yaxşıydı, xoşbəxt yaşayırdılar. Həyat bu şəkildə davam edirdi; ta ki, siçanların stansiyaya hücum etdikləri o günə qədər.

      Bir gün hansısa xəbərdarlıq edilmədən, zil qaranlıqdakı yan tunellərdən birinin içindən boz rəngli, böyük siçovullar dalğalar şəklində gəlmişdilər. Bu tunel, şimala gedən əsas xəttin görünməyən bir hissəsindən aşağıya, dərinlərə enir, yüzlərcə dəhlizin dəhşətli, soyuq və iyrənc qoxulu labirintlərində itirdi. Tunel ən cəsur qəhrəmanların belə ayaq basmağa cəsarət edə bilmədikləri yerə, siçanların hökmdarlığına qədər uzanırdı. Tunel və yol xəritəsini səhv oxuyan sərnişin, yolunu itirib bu yeraltı dünyanın sərhədinə qədər gəldikdə, ordan sızan qara təhlükəni intuisiyasıyla hiss edir, girişə açılan dəlikdə vəba xəstəliyinə tutulmuş şəhərin qapısındaymış kimi dəhşətə gəlirdi.

      Siçovulları heç kim ürkütməmişdi. Heç kim onların imperiyasına enməmişdi. Kimsə də onların sərhədlərini pozmağa cəsarət etməzdi.

      Özləri gəlmişdi bura.

      O günə qədər heç kimin görmədiyi böyüklükdə olan siçovullar sərhəddəki sədlərin üzərindən


Скачать книгу