Metro-2033. Дмитрий Глуховский
Читать онлайн книгу.Xoşbəxtlikdən, hələ qaralar buraya gəlməyiblər! Əslində, biz heç onları məğlub da etmədik. Hər halda öz aralarında nəsə hadisə baş verib, məhz bunun üçün hələ səsləri çıxmır. Bilmək olmaz, bəlkə də qüvvə toplayırlar. Bütün hallarda, bu qonşularla əməkdaşlıq etmək bizim üçün xeyirlidir. Hətta deyərdim ki, digər qonşularımızla da… Belə əməkdaşlıqlar hər iki tərəfin xeyrinə olardı.
– Nəticədə hamımız müstəqil, bərabər və qardaş olarıq, – Andrey əsəbi şəkildə və ironiyayla bunları deyərkən, bir tərəfdən də əllərini ölçürdü.
Artyom incik səslə:
– Deyəsən, söhbətim daha sizi maraqlandırmır! – dedi.
– Yox, Artyom, sən davam et! – Andrey dedi, – Pyotrla mən daha sonra davam edərik. Bu ikimizin arasındakı əbədi davadır. Heç vaxt bitməyəcək.
– Yaxşı! Sözdə rəhbər qəbul etdiyimiz, sadəcə bu məsələlərin incəliklərini müzakirə etmək lazımdır. Bu yaxınlarda iclas olacaq. Sonra da referendum.
Andrey ağzını büzüşdürdü:
– Bəli, bəli! Referendum. Xalq “bəli” desə, hər şey qaydasındadır. Demək, əksinə, “yox” qərarı versə, xalq səhv qərar vermiş olacaq. Belə olduğu halda, bu məsələlər üzərində bir daha fikirləşmək lazımdır.
Pyotr Andreyeviç Andreyin fikirlərinə əhəmiyyət vermədən soruşdu:
– Bəs “Rijskaya” stansiyasında, orda nə hadisə baş vermişdi?
– Yaxşı! Bəs bu stansiyanın arxasınca nə gəlir? Prospekt Mira5, “Hanza” İttifaqıyla sərhəddimiz. Atalığım “Hanza” İttifaqında heç nəyin dəyişmədiyini dedi. “Qızıl Ordu” əsgərlərilə bağlanılan sülh hələ qüvvədədir. Müharibəyə artıq heç kim əhəmiyyət vermir.
“Hanza” İttifaqı əvvəllər “Koltsevaya” Xəttindəki Stansiyaların Birliyi adlanırdı. Lakin bu xətt başqa xəttlərin kəsişməsində yerləşdiyinə görə, bütün metronun kommersantları bura toplandı və “Koltsevaya” İttifaqına əhali arasında “Hanza”6 deyilməyə başladı. Tədricən, hətta rəhbərlik tərəfindən də bu ittifaq “Hanza” adlandırılmağa başladı. Bu ad ittifaq üçün daha uğurlu hesab olundu.
İlk vaxtlar bu ittifaq “Koltsevaya” xəttindəki stansiyaların ancaq bir qismini əhatə edirdi. Birləşməsə tədricən həyata keçirilmişdi. Əvvəlcə “Kievskaya”dan “Prospekt Mira” ya qədər uzanan, “Kurskaya”, “Taqanskaya” və “Oktyabrskaya” stansiyalarını da əhatə edən “Şimal Qövsü” yaranmışdı. Daha sonra birliyə “Paveletskaya” və “Dobrınskaya” stansiyaları da əlavə edildi. Beləliklə, ikinci xətt – “Cənub Qövsü” yarandı. Lakin bu “qövs”lərin birləşməsi yolunda əngəl vardı və bu, “Sokolniki “xəttindəydi.
– Əslində, bütün məsələ bundan ibarətdir, – bir dəfə Artyomun atalığı demişdi, – “Sokolniki” xətti həmişə fərqlənib. Plana baxanda bunu birbaşa görmək mümkündü. Birincisi, bu xətt düzxətli oxa bənzəyirdi. Həmçinin, tünd qırmızı rənglə işarələnmiş, üstəlik bütün planlarda stansiya adları özlərinin nə olduqlarını bəlli edirdilər. Misal üçün: “Krasnoselskaya” adlı yerə, 1944-cü ildə faşistlərin işğalından azad edilmiş “Qırmızı kənd” adını vermişdilər. Sonra “Krasnıye vorota”, “Komsomolskaya” stansiyası, “Biblioteka imeni Lenina” və “Leninskiye qorı” olmuşdu.
Görkəmli sosialist keçmişimizə həsrət qalan bəzi insanlar bəlkə, bu adlara görə, yaxud başqa səbəbdən bu xətt üzərində birləşmişdilər. Sovet dövlətini yenidən qurmaq barədə bir-birindən fərqli planlar cızılmağa başlanmışdı.
İlk stansiya kommunizmin ideallarını, sosialist hökumət quruluşunu rəsmi şəkildə qəbul etdiyini elan edən kimi, çox keçmədən yanlarındakı stansiyalar ona qoşulmuşdu. Arxasınca tunelin o başındakı insanlar da onu izləmişdilər. İnqilabın həyəcanına qapılıb öz rəhbərlərini belə devirmişdilər. Artıq onları heç kim saxlaya bilməzdi; həyatda qalan son müharibə ve-teranları, köhnə komsomolçularla partiya işçiləri, təbii ki, bütün proletar, demək olar, hamı inqilabçı stansiyalara qoşulmuşdu.
Metroda yeni inqilabdan, kommunist ideologiyasından məsuliyyət daşıyan komitə yaradıb, adını da Lenini xatırlatması üçün “İnternasional” qoymuşdular.
Bu komitə təcrübəli inqilabçılardan, təbliğatçılardan ibarət qruplar yaratmış, düşmən düşərgələrinə göndərmişdi.
Bütün bunlar qan tökülmədən həyata keçirilimişdi, çünki əlavə istehsal olmadığı üçün “Sokolnitçeskaya Xətti”ndə yaşayan, aclıq çəkən insanlar, təkrar ədalətli quruluşa qovuşmağın həsrətindəydilər. Bunun da ancaq stansiyaları birləşdirilməsilə həyata keçirə biləcəklərinə inanırdılar. Bütün xətdə inqilabın qızıl tonqalları bir anda alovlanmağa başlamışdı. Nəticədə stansiyalar7 əvvəlki adlarını aldılar: “Çistiye Prudı” təkrar “Kirovskaya”, “Lubyanka” yenidən “Dzerjnskaya” və “Oxotnıy Ryad” yolu təkrar “Ploşad Sverdlova” oldu. Neytral adları olan stansiyalara eynən ideoloji adlar verildi: “Sportivnaya” stansiyası “Kommunistiçeskaya” adını aldı, “Sokolniki” oldu “Stalinskaya”. Bütün bu mərəkənin başladığı “Preobrajenskaya ploşad” stansiyasısa “Znamya Revolyutsii”, “İnqilab Bayrağı” adını aldı. Bir vaxtlar “Sokolniçeskaya” adlandırılan, amma moskvalıların “Qızıl xətt” kimi xatırladıqları bu xətt rəsmi olaraq “Qızıl xətt” adlandırılmağa başladı.
Bütün bunlara baxmayaraq hər zaman bu belə olmuşdu. Çünki “Qızıl xətt” tamamlanan kimi digər xətlərə ilk tələblərini çatdırmağa başladı. Amma digər stansiyalar üçün sərhədlər asılı vəziyyətə düşürdü. Çünki “Sovet iqtidarı” sözünün nə mənaya gəldiyini hələ də bir çox insan yaxşı xatırlayırdı; “Təşkilatlar” Metronun hər yanına xəstəlik kimi yayılmışdı. “İnter-nasionalistlərin”nin təbliğatçıları yeraltı qatarlara elektrik gətirməyə söz vermişdilər. Və Sovet iqtidarıyla əməkdaşlıq etməklə, ideal kommunizmin qurulacağını iddia etmişdilər.8 (Leninist şüarlar heç bu dərəcə utanmazcasına populist olmamışdı.) Lakin “Qızıl xətt”ə qoşulmayan stansiyalar bu yalançı vədlərə aldanmadılar. Məhz buna görə də harada “İnternasional” tərəfdarı görürdülər, tutub “Sovet İttifaqı”na geri qaytarırdılar.
Buna görə də “Qızıl Ordu” rəhbərliyi artıq hərəkətə keçmək vaxtının gəldiyinə qərar verdi: metronun digər stansiyalarından hansısa inqilabın şanlı tonqalını özü yandırmaq istəmirsə, “onda bir az köməklik göstərilməliydi”. Getdikcə güclənən kommunist təbliğatından və mitinqlərindən narahat olan digər qonşu stansiyalar da bənzər qərara gəldilər. Tarixdən öyrənilən dərslər açıq şəkildə özünü göstərmişdi: Kommunizm mik-robunun, ideyalarının ən yaxşı göstəricisi süngüydü, bundan daha yaxşı variant mümkün deyildi.
Fırtına başladı.
Onları geri oturtmağın yolu, kommunizmə qarşı olan stansiyalardan ibarət bir koalisiya yaratmaq və “Hanza”nın rəhbərliyi altında vuruşmaqda görüldü. Kommunizm düşmənləri təşkilatlı müqvimətlə