Metro-2033. Дмитрий Глуховский

Читать онлайн книгу.

Metro-2033 - Дмитрий Глуховский


Скачать книгу
stansiyasına çatmağıma baxmyaraq hələ bizim xətt üzərindəydim, bir də nə görsəm, yaxşıdı: Stansiyanın bizim tərəfdə qalan hissəsi “Hanza” İttifaqının nəzarəti altında, bu hissə sanki onlara verilmişdi. Xoşbəxtlikdən, o qədər də ciddi nəzarət yoxdu. Balaca bir bazar vardı, bir də kiçik ticarət bölgəsi. “Hanza” İttifaqında necə olduğunu siz də yaxşı bilirsiz… Ətraf xətt üzərindəki stansiyaları evləri kimi istifadə edirdilər. Sərhədin hansısa yerində, ətraf stansiyaların üst keçidlərində ulduzlu xətlərə uzanan sərhəddə gömrük, pasport nəzarəti və digər işlər, demək olar, qaydasındaydı.

      Andrey:

      – Hamısını bilirik?– deyə, onun sözünü kəsdi, – Konfransdakı kimi çıxış etməyi dayandır, əsas mövzudan danış.

      – Pasport qeydiyyatı və digər işlər… – Pyotr Andreyeviç üzünü turşudub, donquldanaraq təkrar etdi və hirsli şəkildə, – Ulduzlu xətlərin üzərindəki stansiyalarda da səyyar ticarət və bazarlar vardı, ora xarici vətəndaşlar da girə bilərdilər. Lakin sərhəddə hər şey tamamlanmışdı. Dediyim kimi, yanımda azı yarım kiloya qədər çayla, “Prospekt Mira”ya gəldim. Silahım üçün patrona ehtiyacım vardı, çayla dəyişəcəkdim. Amma ordakılar mü-haribə vəziyyətindəydilər, gəlmələrə silah-sursat satmırdılar. Bir nəfərdən soruşdum, sonra başqa birindən, amma hər dəfə soruşduqda başlarını sallayıb, sanki mənimlə işləri yoxmuş kimi üzr istədilər. Sadəcə biri mənə “Nə patronbazlıqdır, axmaq, tez burdan rədd ol, yoxsa səni bir dəqiqəyə məhv edərlər!” – dedi.

      Təşəkkür etdim və sakitcə tunelə tərəf qayıtdım. Tunelin çıxışına çatmışdım ki, stansiyanın o tərəfindən fit səsi eşitdim, bir nəfərin mənə tərəf qaçaraq gəldiyini gördüm:

      – Zəhmət olmasa, pasportunuzu tədqim edin! – Üzərində bizim stansiyanın simvolu olan pasportumu təqdim etdim. Diqqətlə baxdıqdan sonra məndən soruşdular: “Bəs keçmək üçün sənədləriniz, onlar hardadır? Mən də heyrətlə soruşdum: “Necə keçid sənədi?” daha sonra anladım ki, keçiş sənədi olmadan stansiyaya daxil olmaq olmaz. Tunelin sonunda kiçik bir stol qoyublar, keçmək üçün icazə sənədini ordan almaq lazımdır. Əvvəlcə ordan qeydiyyatdan keçirsən, əgər hər şey qaydasındadırsa və sənədlərlə bağlı problem yoxdursa, icazə sənədi verirlər.

      Buna bürokratiyanın ən tipik göstəricisi də deyə bilərik…

      Stolu necə olub ki, görməmişəm… Bu axmaqlar məni niyə həbs etmədilər, anlamadım! Amma məsələni necə izah edim, bilmirdim. Üzü səliqəylə qırxılmış, hərbi geyimli, qısa saçlı bu axmaq qarşımda durub danışır:

      – Sakitcə sivişmisən, bura soxulmusan! – dedi. Sonra pasportumun səhifələrini çevirməyə davam etdi, ən axır səhifədə “Sokolniki” simvolunu gördü. Simvolu görən kimi gözləri bərəldi. Çiynindən “Kalaşnikov”u çıxarıb dəli dana kimi böyürdü: “Əllərini başının arxasına qoy, axmağın biri axmaq!”

      Çox pis təhsil alması danışığından hiss olunurdu. Məni yaxamdan tutaraq stansiyanın üst keçid hissəsində olan növbə rəisinin yanındakı nəzarət otağına apardı. Sonra “Burda gözlə!” deyib növbə rəisinə şifrəli sözlərlə sakit tərzdə nəsə dedi: “Rəisin icazəsini alacam, sonra da gülləylə şəklini çəkəcəm, ay səni, sən guya agentlik edirsən, məlumat ötürürsən və elə bilirsən, cəzasız qalacaqsan?!”

      Bu sözlərinə uyğun taktika seçdim: “Nə agent, nə məlumat ötürən? Mən biznesmenəm! Yanımda VDNX stansiyasından gətirdiyim çay var”. Bu sözüm qarşısında cavabı bir ovuc çayı ağzıma doldurmağı oldu, sonra da yerləşsin deyə, çayı qundaqla içəri soxdu ağzım az qalırdı ki, cırılsın. Özüm də bu sözlərimlə səhv etdiyimi hiss etdim və belə sözlərlə ona heç cür təsir edə bilməzdim; rəisi ona yaşıl işıq verən kimi məni 200-cü metrəyə aparıb başımdan iki deşik açacaqdı. Müharibə qaydalarına görə, buna hüququ çatırdı. Axmaqlıq etdiyimi düşündüm. Nə isə, nəzarət məntəqəsinə çatanda, mənimlə bağlı danışmaq üçün rəisinin yanına getdi. Rəisini görən kimi sanki üzərimə soyuq su tökdülər. Qarşımdakı həqiqətən də Paşka Fedetovdu, sinif yoldaşım! Məktəb illərindən sonra dostluğumuz uzun müddət da-vam etmişdi, sonra bir-birimizi itirmişdik.

      – Ay səni qoca donuz! Məni həqiqətən qorxutdun! Mən də səni öldürəcəklərini düşünmüşdüm! – Andrey rişxəndlə sözə müdaxilə etdi, 450-ci metrdə ocağın ətrafında oturan hər kəs qəhqəhəylə güldü.

      Pyotr Andreyeviç Andreyə əvvəlcə hirsli baxışlarla nəzər saldıqdan sonra o da özünü saxlaya bilməyib güldü. Gülüş səsləri tunel boyunca eşidilirdi. Birdən tunelin dərinliklərində bir yerdə qorxulu, nəyinsə səsinə oxşadılması çətin, qəribə səs eşidildi. Hamı susub qulaq kəsildi.

      Tunelin dərinliklərindən, şimaldan, yenə eyni qorxulu, gurultular eşidildi; xışıltı və müəyyən edilə bilməyən ayaq səsləri.

      Təbii ki, ilk müdaxiləni Andrey etdi, digərinə də susmağı işarə etdi. Sonra avtomatını götürüb səs gələn tərəfə hərəkət etdi. Sakit şəkildə silahını ayağa çəkdi, darağını doldurdu və ocağın başından uzaqlaşdı. Tunelin divarlarına kürəyini dayayaraq tunelin içinə tərəf yavaş-yavaş addım-addım irəlilədi.

      Artyom da yerindən cəld ayağa qalxdı, bundan qabaq əlindən qaçırdığı şeyin nə olduğunu görmək üçün Andreyin arxasınca hərəkət etdi. Andrey arxasına dönüb sakit səslə nəsə dedi.

      Silahı hədəfə tərəf nişan almış şəkildə, qaranlığın get-gedə artdığı nöqtədən durub silahını qarnının üzərinə yerləşdirib səsləndi:

      – Buranı işıqlandırın!

      Adamlardan biri stansiyadakı elektrik şitindən çəkdiyi, avtomobil fanarından quraşdırdığı aparatı işə saldı. Kəskin işıq qaranlığı bir anlıq yoxa çıxardı. Bir saniyədən sonra, qaranlığın içindən bir kölgə çıxdı. Ardından da kiçik görünməyən nəsə geriyə, şimala qaçdı.

      Artyom artıq özünü saxlaya bilməyib var gücüylə qışqıraraq:

      – Niyə atəş açmırsan? Görmürsən qaçır?!

      Nə üçünsə Andrey silahını heç tərpətmədi! Andreyin silahının atəşə hazır vəziyyətə gətirilməsinə baxmayaraq Pyotr cəld yerindən tərpənərək səsləndi:

      – Andryuşa, hələ sağsan?

      Ocağın ətrafındakı insanlar həyəcanla öz aralarında pıçıldaşdılar, hamısının silahı ayağa çəkilmişdi.

      Andrey, nəhayət, fanarın işığında göründü, pencəyini silkələdi.

      – Əlbəttə, hələ yaşayıram! – gülərək cavab verdi.

      – Ortada güləcək nəsə var – deyə, Pyotr Andreyeviç kinayəylə soruşdu.

      – Üç ayaqlı, iki başlı mutantlar! Qaralar gəlib, hamınızı kəsib yeyəcəklər. Atəş aç, yoxsa qaçar. Burada durub boş-boşuna gülürsünüz, nə baş verib heç nə başa düşmədim.

      Andrey ocağa yaxınlaşanda, Andreyeviç qəzəblə soruşdu:

      – Nə üçün atəş açmadın? Yanımdakı oğlanı başa düşürəm,


Скачать книгу