Üçatılan. Ильяс Эфендиев

Читать онлайн книгу.

Üçatılan - Ильяс Эфендиев


Скачать книгу
əmi hövsələdən çıxıb soruşdu:

      – Nə olsun?

      – And içib ki, əgər qızı mənə verməyib Hacının oğluna versələr, dayımı da, o oğlanı da öldürüb qaçaq olacağam. Bunu da deyib ki, iki dünya bir olsa, Sərvinaz mənimdir.

      – Qələt eləyib, başını da daşın yekəsinə döyüb! – deyə Eyvaz əmi özündən çıxdı. – O qızı doğrayıb itə ataram, amma Tapdıq kimi axmağın oğluna vermərəm.

      Arvad gördü ki, kişi yaman hirsləndi, ona görə də daha bir söz deməyib, qalxıb damdan çıxdı.

      Doğrudur, Eyvaz əmi vaxtilə obanın igidlərindən hesab olunurdu. Yaxşı at minən, güllə atan, əldən iti bir oğlan idi. Lakin indi o hayı deyildi. Üstəlik, canını çox istəyirdi. Ona görə də fikirləşdi ki, «bu Ərşadın bütün ömrü dağda-daşda keçib, qanmır, qandırmır, beyninə yerləşdi, öldürdü. Ondan sonra nə olacaq?» Belə fikirləşdikdən sonra Eyvaz əminin od tutub alışan qəzəbinin üstünə elə bil bir sənək soyuq su tökdülər. Öz-özünə dedi: «Yox, burada acıqla iş görmək olmaz. Kərbəlayı İbixan babam havayı deməyib ki, həmişə yüz ölç, bir biç. Yaxşısı budur qanmazın başına ağıl qoy, dilə tut onu… Ancaq Hacıgilin bu nişanı geri aparmaqları axı necə işdir? İndi ki belə idi, bəs gətirdikləri digər şeyləri – qəndi, çayı, qız üçün paltarlıq parçaları niyə geri istəmirlər? Yoxsa, daha onları istəməyə üzləri gəlmir?»

      Eyvaz əmi təzə papiros büküb yandıraraq bir-iki nəfəs alandan sonra tamam yumşalıb öz-özünə dedi: «Ərşad binəva Tavadın yadigarıdır, özümüzünküdür. Bərk gündə nə mən onun dalından qaçanam, nə də o mənim. İndi tüfəng götürüb qələt eləməyinə baxma…»

      Eyvaz əmi bundan sonra qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı, ağır addımlarla bayıra çıxaraq obanın ortasına tərəf yeridi. Obanın ortasındakı təpəni qalxıb o biri üzə enəndə bir də gördü ki, Hacı Tanrıverdi çiynində Xorasan kürkü dayanıb lap meydanın ortasında çubuğunu tüstülədir. Eyvaz əmi bir istədi geri qayıtsın, amma fikirləşdi ki, niyə qayıdım? Mənim ki bir günahım yoxdu, getmək lazımdırsa, qoy Hacı getsin.

      Bu dəm Hacı da Eyvaz əminin yavaş-yavaş yaxınlaşdığını görüb özünü elə tutdu ki, elə bil onu görmür. Eyvaz əmi on addımlıqda ayaq saxlayıb soyuq ifadə ilə dedi:

      – Salam, Hacı.

      Hacı başını asta tərpətməklə salamı aldı. Eyvaz əmi cəsarətli adam idi. Boğazını arıtlayıb sözə başladı:

      – Ay Hacı, bir halda ki gecə qoyunları aparmısan, onda zəhmət çək, adam göndər, nişana gələn o biri şeyləri də aparsın. Ya izin ver, biz özümüz göndərək.

      Hacı bu sözləri eşitdikdə Eyvaz əminin üzünə baxmadan sakit səslə dedi:

      – Qoyunları biz aparmamışıq.

      Eyvaz əmi tez cinlənən adam idi, o saat özündən çıxdı:

      – Necə yəni biz aparmamışıq? Qoyunun əli-qolu yoxdu ki, kilidi sındırıb, qapını açıb, birbaşa gəlib girsin sənin ağılına?!

      Hacı, Eyvaz əmiyə təəccüblü bir nəzər salıb təkrar etdi:

      – Qoyunların gəlib ağıla girməyindən bizdə heç kəsin xəbəri yoxdu. Nişanı geri qaytarmaq fikrinə düşmüsənsə, belə kələklər sənə yaraşmaz. Sən Kərbəlayı İbixanın nəvəsisən.

      Əgər Hacı mahalda ən hörmətli adamlardan biri hesab olunurdusa, Eyvaz əminin də bu saat hökumət işində Surxay kimi qardaşı oğlu var idi. Üstəlik, Hacı Tanrıverdidən də köklü nəsildən idi. Elə isə niyə söz altında qalmalı idi ki? Ona görə də qaş-qabağını töküb dedi:

      – Kələk nədi, Hacı, yaxşı danış.

      Hacı bir tükü belə tərpənmədən sakit səslə üçüncü dəfə təkrarladı:

      – Qoyunun bizim ağıla salınmağından nə mənim xəbərim var, nə də qohum-əqrəbamın.

      Eyvaz əmi məzəli əhvalatlardan ləzzət alan adam idi. Odur ki birdən kişini gülmək tutdu.

      – Ay Hacı, bəs bu necə işdi: sən vurmadın, mən yıxılmadım. Bismillah, qapımıza cin-şəyatin gəlməyib ki?

      Eyvaz əminin zarafatını eyninə almayan Hacı yenə daş kimi ağır tövrlə dilləndi:

      – Deməli, nişanı siz qaytarmamısınız?

      – Bizim başımıza hava-zad gəlməyib ki, axşam qızımıza nişan qoyaq, gecə yarısı da qaytaraq geri.

      Hacının üzü birdən-birə canlandı:

      – Onda belə çıxır ki, düşmən işidi.

      – Ayrı nə ola bilər? Səhər tezdən durub görmüşəm ki, tövlənin kilidini sındırıb, nişan qoçlarını aparıblar. Ayrı cür ola bilməz, ya sənin düşməninin işidi, ya mənim… Elə isə, buyur gedək bizə, Hacı. Qoy düşmən görsün, gözü çıxsın.

      Elə bil Hacının da buzu sınmışdı.

      – Yox, – dedi. – Gedək bizə.

      – Nə olar, Hacı, sizə gedək, – deyə Eyvaz əmi dərhal razı oldu.

      Onlar Hacının damına tərəf gələndə qonum-qonşu təəccüblə baxırdı. Yəqin, düşünürdülər ki, nişan qoçlarının qayıtması nədi, bu qol-boyun olmaq nədi?

      Qapıya çatanda Hacı doqqazın ağzında dayanıb onlara baxan on doqquz yaşlı oğlu Fərhada dedi:

      – Erkəkləri çıxar, qat qabağına, apar sal Eyvaz əmingilin tövləsinə.

      Fərhad qaş-qabaqla atasına baxıb sanki təəccüblə soruşdu: «Necə yəni apar? Bəs…»

      Hacı oğlunun ürəyindən keçənləri anlayıb əlavə etdi:

      – Qoyunları Eyvazgil qaytarmayıb, necə deyirəm, o cür də elə.

      Fərhad yenə də heç nə başa düşməyib ağıla tərəf getdi.

      Gülgəz qabağa çıxaraq bu əhvalatdan heç nə başa düşməsə də, yarıyaşmanıb ciddi tövrlə dedi:

      – Xoş gəlmisən, Eyvaz.

      – Xoş günün olsun, Gülgəz.

      Gülgəz əri ilə Eyvazın qabağına təzəcə qalaylanmış iri məcməyi qoydu. Qar kimi ağ yuxa, motal pendiri, bal, qaymaq, yaxşı dəmlənmiş çay gətirdi.

      Hacı əlini süfrəyə uzatmadan, Eyvaz əminin üzünə baxmayaraq öz-özü ilə danışırmış kimi dedi:

      – Bu məsələ düşmən işinə də oxşamır. Əgər qoyunları sənin tövləndən düşmən çıxarmışdısa, elə götürüb gedərdi, daha niyə gətirib ağıla ötürürdü?

      – Elə mən özüm də bunu fikirləşirdim, Hacı.

      – Məəttəl qalmalı işdi.

***

      Haramıda Ərşadgillə Eyvaz əminin komaları da, otaqları da qonşu idi. Eyvaz əminin qoyunu o qədər çox deyildi, qardaşı oğlu Qaraca özlərinin də on beş-iyirmi qoyununu ona qatıb otarırdı.

      Günortaya yaxın Ərşad bir də gördü ki, dayısı oğlu Şamxal həmin


Скачать книгу