Cins və xarakter. Отто Вейнингер

Читать онлайн книгу.

Cins və xarakter - Отто Вейнингер


Скачать книгу
olunmayıb: cinsi cazibəni tropizmlərə aid etmək lazımdırmı? Hətta əgər cinsi duyğu üçün bu möhkəm müəyyən olunmuş olsa belə, erotikaya münasi-bətdə bu həll süni olardı. Sevgi halının başqa bir şərhə də ehtiyacı var və onun üçün bu şərh ikinci hissədə verilə-cəkdir. Bununla yanaşı, insanların ehtiraslı meylinin for-maları ilə xemotropizm arasında şəksiz analogiyalar möv-cuddur. Mən yenə də Götenin Die Wahlverwandtschaf-ten” əsərində Eduardla Ottiliya arasındakı münasibətlərə müraciət edəcəyəm.

      Nikah problemi ilə bağlı edilmiş bir neçə qeyd artıq bu romanın adı ilə əlaqələndirilmişdir. Bu fəsilin nəzəri his-səsində çıxarılmış bəzi zəruri praktiki nəticələr də həmçi-nin göstərilmiş problemlə bağlıdır. Göstərilmiş cinsi cazibə qanunu və göründüyü kimi ona oxşar bəzi digər qanunlar öyrədir ki, sonsuz sayda aralıq cinsi formalar mövcud ol-duğu üçün bir-birinə ən yaxşı uyan iki belə fərd ola bilər. Bu bioloji nöqteyi-nəzərdən yanaşdıqda nikaha haqq qa-zandırmaq, “azad məhəbbəti” isə inkar etmək lazım gəlir. Doğrudur, monoqamiya haqqında məsələ yenə də digər münasibətlərlə də, məsələn, dövrilik kimi (onun barəsində bir az sonra söhbət açacağıq) həmçinin, yetkinlik ölçüsü üzrə zövqün artıq göstərilmiş tədqiqi ilə mürəkkəbləşir. Beləliklə, bu məsələnin həllinin sadəliyi yenə də azalır.

      Heterostiliyanı, xüsusilə “qeyri-qanuni mayalanma-dan” demək olar ki, müstəsna olaraq inkişaf qabiliyyəti az olan rüşeymlərin doğulması faktını xatırladıqda başqa nə-ticə alınacaq. Bu onu güman etməyə məcbur edir ki, digər varlıqlarda ən möhkəm və sağlam nəsil ən güclü qarşılıqlı cinsi həvəs müşahidə olunan əlaqələrdən yaranır. Xalq lap qədimlərdən “sevgi övladları”nı qeyd etmişdir. O dü-şünür ki, daha gözəl və yaraşıqlı insanlar onlardan çıxır. Bu mənada hətta özünü bəşərin nəsil artıranı hesab etmə-yən bir şəxs belə ən azı gigiyenik mülahizələrə görə götür-qoyla bağlanmış nikahdan xeyli fərqlənən sırf pula görə nikaha rəğbət bəsləyə bilməz.

      Cinsi meyil qanunlarının öyrənilməsi ev heyvanları-nın çoxaldılmasına nəzərəçarpacaq təsir göstərə bilərdi. İkinci dərəcəli cinsi əlamətlərə və hər iki cütləşən heyvan-da onların inkişaf dərəcəsinə indiyə qədər edildiyindən daha böyük diqqət yetirilməlidir. Dişini xoşlamadığı hal-da erkəklə cütləşdirmək üçün tətbiq edilən hərəkət örnək-ləri, əlbəttə ki, məqsədinə nail olur, lakin, ümumiyyətlə, onlar həmişə pis nəticələrlə müşayiət olunur. Çağdaş gənc-lər kimi brom və dərmanlarla bəslənən saxta madyanlar-dan, ayğırlardan alınmış ağlagəlməz əsəbilik son hesabda yəqin ki, bu qanuna ziddir. Eynilə bunun kimi müasir yəhudiliyin fiziki degenerasiyasında heç də sonuncu olma-yan rolu o cəhət oynamışdır ki, nikahlar yəhudilərdə dün-yanın hər hansı bir yerində olduğundan daha çox sevgiyə görə deyil, araçılar vasitəsilə bağlanılır.

      Darvinin geniş təcrübə və müşahidələr yolu ilə özü-nün fundamental əsərlərində müəyyən etdiyi, indi isə ha-mı tərəfindən qəbul olunan budur ki, həm qohum fərdlər, həm də öz növ əlamətlərinə görə öz aralarında heç oxşar-lığı olmayanlar “cüzi fərqlənən” fərdlərə nisbətən bir-bir-lərini daha az cəlb edirlər və əgər iş hər halda mayalan-maya aid olursa, onda toxum ya inkişafın elə ilk mərhələ-lərində məhv olur, ya da zəif, əksər hallarda çoxalma qa-biliyyəti olmayan fərdə çevrilir. Heterostil bitkilərdə də olduğu kimi “qanuni mayalanma” digər kombinasiyalarla müqayisədə sayca daha çox və daha yaxşı toxumlar gətirir.

      Beləliklə, o rüşeymlər daha yaxşı inkişaf edir ki, onla-rın valideynləri daha böyük cinsi yaxınlığa malikdirlər. Hamı tərəfindən tətbiq olunan bu qaydadan çıxarılan nə-ticə ədalətlidir: nikah bağlanırsa və uşaqlar doğurulursa, onda sonuncular ən azından aradan qaldırılmış cinsi ey-bəcərliyin bəhrəsi olmamalıdır, çünki uşağın mənəvi və fiziki cəhətdən formalaşmasında bunun əks olunmaması imkansızdır. Əlbəttə, bəhrəsiz nikahların əksər hissəsini sevgisiz nikahlar təşkil edir. Köhnə həyat təcrübəsi də bu sahəyə aiddir. O öyrədir ki, cinsi aktda həyəcan nə qədər yüksəkdirsə, nəsil almaqla bağlı ümidlər də yüksək olur. Əgər bir-birini tamamlayan iki fərdin cinsi meylinin lap başlanğıcdan daha intensiv olduğunu xatırlasaq, bu xüsu-silə anlaşılan olur.

      IV FƏSİL

      HOMOSEKSUALİZM

      VƏ UŞAQBAZLIQ

      Göstərilmiş cinsi cazibə qanununun tərkibinə çoxdan aranan əks cinsi duyğular, yəni təkcə əks cinsə deyil, həm də öz cinsinə meyil nəzəriyyəsi daxildir. Bir fərqi (ondan aşağıda bəhs olunacaq) kənara qoyaraq cəsarətlə söylə-mək olar ki, əks cinsi təmayülə malik olan hər kəsdə digər cinsin şəksiz anatomik əlamətləri özünü göstərir. Xalis “psixi-cinsi” hermafroditlər olur. Öz cinsinə cinsi meyil hiss edən kişilər öz xarici strukturuna görə qadındır. Ey-nilə həssaslığı digər qadınlara yönəlmiş qadınlar da kişiyə xas fiziki əlamətlərə malikdir. Psixi və fiziki hallar arasın-dakı paralellik nöqteyi-nəzərindən bu fikir öz-özlüyündə aydındır, amma onun tətbiqi 2-ci fəsildə xatırlanmış fakt-lara diqqət yetirilməsini tələb edir, yəni bir orqanizmin hissələrinin heç də hamısı K və Q arasında bərabər vəziy-yətdə deyil. Müxtəlif orqanlar eyni dərəcədə kişixislət, ya-xud qadınxislət ola bilər. Bir sözlə, əks cinsi həvəsli fərd-də həmişə digər cinslə bilinən anatomik yaxınlıq vardır. Əks cinsi təmayülə məlum fərd tərəfindən həyatı boyu qazanılan və normal cinsi duyğunu üstələyən xüsusiyyət kimi baxılması fikrini təkzib etmək üçün deyilənlər yetər-lidir. Bununla yanaşı, hətta Şrenk-Notsinq, Krepelin, Fere kimi bəzi belə tanınmış araşdırmaçılar inanırlar ki, o, fər-di həyatın xarici təkanları vasitəsilə qazanılır. Xarici tə-kanlar dedikdə isə, “normal” cinsi ünsiyyətdən və xüsusilə “yol azma”dan imtina nəzərdə tutulur. Onda ilk azğın ne-cə olsun? Yoxsa onu öyrədən Hermafrodit ilhamı olmuş-dur? Belə bir fikir ona oxşayır ki, kimsə tipik kişinin tipik qadına “normal” cinsi təmayülünün süni yolla qazanılmış, cinsi əlaqələrin füsunkarlığını təsadüfən kəşf etmiş yaşca böyük yoldaşların söylədiklərinin bəhrəsi olduğunu sübut etməyə çalışsın. Deyilən halda öz cinsindən olan fərdlər-dən istifadə edən “əks” cinsi təmayüllü şəxslərdə o onların fərdi yaşamı boyu dəyişmədən təsir göstərməkdə davam edən ontogenetik proseslər sayəsində öz-özünə təzahür edir. ”Normal” insanlarda “qadın nədir” şüuru necə tə-zahür edirsə belə, “eybəcər” təmayül də elə o cür təzahür edir. Öz-özlüyündə aydındır ki, həyatda həmişə homosek-sual akta qarşı öz ehtirasını təzahür etdirməyə imkan ve-rən bir hadisə olmalıdır, lakin bu hadisə yalnız o cinsi tə-mayüllərə təsir göstərə bilər ki, onlar az və ya çox dərəcədə fərddə gizlədilib və yalnız izn gözləyir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив


Скачать книгу