Cins və xarakter. Отто Вейнингер
Читать онлайн книгу.nisbəti aşağıdakı kimi olmalıdır:
¼ Kq (və ¾ Q).
Artıq elə bu formullardan adi baxışlarla müqayisədə nəzəriyyənin daha çox ümumiliyə malik olmasının dəyəri aşkar olur. Yəni kişi və qadın cinsiyyət tipləri olaraq bir-birilərini cəlb edirlər.
Hər kəs müəyyən cinsi zövqün mövcudluğu faktı ilə razılaşır, lakin zövq qanunları məsələsinin qanuniliyi, cin-si seçiciliklə ayrıca bir varlığın digər fiziki və psixi xüsu-siyyətləri arasındakı funksional əlaqə artıq bununla təsdiq olunmur. Burada gətirilmiş qanun öz-özlüyündə elə də inanılmaz deyil: nə gündəlik, nə də elmi təcrübə zərrə qə-dər də olsun ona zidd deyil. Əlbəttə, o nə isə “öz-özünə anlaşılan bir şey” də ola bilməz. Təcrübədən çıxarılmadığı, əqli nəticələr yolu ilə yaradıldığı üçün onu aşağıdakı kimi təsvir etmək olar:
Kk – Kq = const
Yəni K məzmununun cəmi deyil, fərqi sabit kəmiy-yətdir. O zaman ən kişixislət kişi K və Q arasındakı məsa-fənin düz ortasında yerləşmiş tamamlayıcısından (yarısın-dan) bu halda qadınlığın son həddində olan qadınxislət kişinin öz tamamlayıcından olduğu eyni uzaqlıqda olardı. Dediyimiz kimi, bu gerçəklikdə deyil, ancaq düşüncədə həyata keçirilə biləndir. Əgər biz elmdə təvazökar olmaq-la bağlı məsləhətə əməl edərək qarşımızda empirik qanun olduğunu dərk ediriksə, onda qabaqcadan iki fərdi iki oyuncaq rəqqas kimi bir-birinə doğru itələyən gücdən bəhs etməyəcək, bu qanuna yalnız hər bir güclü cinsi cazi-bədə eyni formada müşahidə olunan münasibətlərin ifa-dəsi kimi yanaşacağıq. O, baxılan halda bir-birinə cəzb olunan hər iki varlıqda kişiliyin və ya qadınlığın daim ey-ni miqdarda olduğunu göstərə bilər.
Bu zaman “etik” məqama – gözəllik məqamına diq-qət yetirmək lazım deyil. Çox vaxt elə olur ki, bir insan hansısa bir qadına qarşı heyranlıq duyur, onun “qeyri-adi”, “fü-sunkar” gözəlliyindən az qala ağlını itirir, eyni zamanda başqa biri isə onda heyran olmalı heç nə tapa bilmir; deməli, o, bunun cinsi tamamlayıcısı deyildir. Burada normativ estetika nöqteyi-nəzərində durmadan və belə qiymətləndirmə əsasında misallar toplamadan da demək olar ki, vurğunlar bəzən nəinki estetik nöqteyi-nəzərdən əhəmiyyətsiz olanı, hətta tamamilə çirkin olanı gözəl gö-rürlər, həm də “xalis estetik” dedikdə mütləq gözəl deyil, sadəcə gözəl olan, yəni estetik cəhətdən bütün cinsi apper-sepsiyalardan daha çox xoşa gələn şey başa düşülür.
Qanun özü yüzlərlə faktla (ən azından) təsdiq olunur və onun yol verdiyi bütün istisnalar görünəndir. Küçədə rastlaşdığın hər sevən cüt onu bir daha yenidən sübut edir. İstisnalar başqa qanunların izlərini gücləndirib onların tədqiqinə maraq yaratsaydı, daha da ibrətamiz olardı. Bu-nunla belə, mən özüm aşağıda göstərəcəyim şəkildə çoxlu təcrübələr aparmışam: əlimdə qüsursuz xalis gözəl estetik hər birində müəyyən nisbətdə Q olan qadınların fotoşəkil-lərindən ibarət kolleksiya vardı və onları bir sıra tanışları-ma göstərərək onlardan dediyim kimi “ən gözəlini” gös-tərmələrini rica etdim.
Aldığım cavab tamamilə dəyişməz olaraq elə gözlədi-yim cavabın özü idi. Bunu mənim nədən ötrü etdiyimi bi-lənlərdən isə xahiş etdim ki, məni belə sınasınlar: portret-ləri mənə göstərsinlər və mən hansı qadından daha çox xoşlandıqlarını onlara deyim. Bunu mən hər dəfə düz de-yirdim. Üçüncü qrupdan olanlara isə həqiqətə yaxın də-qiqliklə öncədən, hətta onlardan qeyri-ixtiyari göstərişlər almadan onların əks cinsdən olan ideallarını təsvir edir-dim və çox vaxt da bunu onların edə biləcəyindən daha dəqiq təsvir edirdim. İnsanlar bəzən ilk öncə xoşlamadıq-larına diqqət yetirirlər, yalnız mən bunu onlara göstərdik-dən sonra, ümumiyyətlə, isə insan daha əvvəl onu cəlb edən şeyi yox, xoşlamadığını tanıyır.
Düşünürəm ki, oxucu bir az məşq etməklə tez bir vaxtda həmin mükəmməlliyi əldə edə bilər. Burada təq-dim olunan ideyalara maraq göstərən elmi çevrəmdəki yaxın dostlardan bəziləri qısa bir müddətdə buna nail ol-muşlar. Əlbəttə, bunun üçün cinsi cazibənin digər qanun-larını da bilmək arzu olunandır. Ayrı-ayrı sabit kəmiyyət-lərin çoxluğu cinsi əlavələr arasında əlaqə olduğunu gös-tərir. Zarafatla iki sevənin saçlarının uzunluqları cəminin sabit kəmiyyət olması haqda təbiət qanununu ifadə etmək olar. Bundan başqa, artıq ikinci fəsildə tapılmış əsaslardan alınır ki, bu heç də həmişə belə olmur, çünki eyni bir insan varlığının heç də bütün orqanları eyni ölçüdə kişixislət yaxud qadınxislət deyillər. Bundan başqa bu qaydalar tez-liklə arta və bunun ardınca da müstəvi itilik dərəcəsinə enə bilər, ona görə də mən burada onları xatırlamaqdan əl çək-mək istəyirəm.
Mən bunu özümdən gizləmək istəmirəm ki, burada bu qanunu kəşf üsulum bir qədər ehkamçıdır və dəqiq əsas-landırmalar yoxdursa, bu onun üçün xüsusilə pisdir. Lakin burada da məni ən az maraqlandıran onlara nail olmaq üsulunu göstərmək yox, hazır nəticələrlə çıxış etməkdir. Üstəlik göstərilmiş prinsipi təbii-elmi metodla dəqiq yox-lamaq üçün əlimdə olan vasitələr çox məhdud idi. Beləlik-lə, təfərrüatlarda çoxlu qeyri-müəyyənlik qalıbsa, o zaman mən indiyə qədər müşahidə olunmamış qəribə analogiya-ları göstərməklə hər halda gələcəkdə öz aramızda elm binasının dirəklərini bərkitməyə ümid edirəm: bu “əks tə-sirli istehkamlar” olmadan, çox güman ki, hətta analitik mexanika prinsipləri də ötüşə bilməz.
Kəşf olunmuş qanun bitkilər aləmindən götürülmüş, bu zamana qədər tamamilə əlahiddə baxılan və buna görə də xüsusilə nadir bir şey hesab olunan faktlar sayəsində nəzərə çarpan təsdiqini tapır.
Hər bir botanik başa düşür ki, mən Personun kəşf et-diyi, ilk dəfə Darvinin təsvir etdiyi və Gilderbrandın müx-təlif pestiklik və heterostiliya adlandırdığı hallardan bəhs edirəm. Onun mahiyyəti belədir: ikiləpəli (və bəzi birləpə-li) bitkilərin əksər növləri, məsələn, primulaceae, gerania-ceae, xüsusilə də rubiaceae növlərinin çoxu çiçəklərində həm çiçək tozunun, həm də lüləyin (dişicik ağzının), ancaq yalnız başqa çiçəklərin məhsulları üçün işlədiyi bitkilərdir. Deməli, onlar morfoloji anlamda androgin (hermafrodit), fizioloji anlamda isə birləpəlidirlər. Onların hamısında be-lə bir xüsusiyyət var ki, lüləkləri və tozluqları müxtəlif fərdlərdə müxtəlif yüksəkliyə qədər inkişaf edir. Bir nüsxə-də yalnız uzun dişicikli, yüksək lüləkli və alçaq tozluqlu çiçəklər əmələ gəlir. Mənim fikrimcə bu qadın nüsxəsidir. Digəri isə, əksinə yalnız alçaq lüləkli və yüksək tozcuqlu (uzun erkəkcik telləri sayəsində) çiçəklər əmələ gətirir; bu kişi nüsxəsidir. Bu “dimorf” növlərlə yanaşı bir də “tri-morflar” var. Məsələn, müxtəlif uzunluqda üç cinsiyyət or-qanı olan Lythrum salicaria. Uzun və qısa dişicikli çiçəklə-rə malik formalardan başqa, burada bir də “lizostil”, yəni orta dişicikli çiçəklərə rast gəlinir. Lakin çox böyük rənga-rənglik olmasına baxmayaraq, adətən, dərsliklərdə yalnız dimorf və trimorf heterostillər yerləşdirilir. Darvin qeyd edir ki, “əgər ən kiçik fərqləri diqqətə alsaq, onda kişi or-qanlarının beş müxtəlif vəziyyətini fərqləndirməliyik”. Burada da, şübhəsiz, mövcud olan fasiləsizlik, kişilik və qadınlığın müxtəlif dərəcələrinin ayrı-ayrı mərtəbələrə bö-lünməsi