Kopenhagen trilogiyası. Тове Дитлевсен
Читать онлайн книгу.üçün və ya əgər sən əlini Allahın şumladığı əraziyə qoysan, onda geriyə çevrilib baxma.” Sonuncu əlbəttə ki, dəfn mərasimində oxunacaq bir himn deyildi amma nənəmlə mən həmin nəğmənin çox böyük pərəstişkarı idik və mən onu ziyarət etdiyimdə biz tez-tez məhz onu oxuyardıq. Mənim tərəfdən eyni zamanda bu nəğməyə bir qədər kin də qatılmışdı. Atam bu himnə bu misrasına görə başqa himnlərdən daha çox nifrət edirdi: “Əgər hönkürtülər səsi boğursa, o zaman qızıl məhsul haqqında düşün. Onun fikrincə bu kilsə tərəfdən işçi sinfin alçaldılması demək idi.
Elə istəyirdim ki, nənəm üçün özüm bir himn yazam, amma bacarmırdım. Bir neçə dəfə sınamışdım, amma onların hamısı köhnə himn kimi səslənirdi və belədə kədərlənib bu işin başını buraxmalı oldum. Milad bayramının ikinci günündən sonra dəhşətli bir şey baş verdi. Üç bacı nənəmin çarpayısının aşağısında oturmuşdular, Peter əmim də otaqda idi, qəfildən qapının zəngi çalındı, xalam uşaqlarından biri qapını açdı və “içi boş ayaq” xəstə yatdığı çarpayıya yaxınlaşdı. Rozalia xalam əllərini üzünə apardı və hönkürtü ilə ağladı. “İçi boş ayaq” isə yerində çevrilib onun üstünə çımxırdı: “Ya bu dəqiqə ulamağını dayandırırsan, ya da lənətə gələsən, sənin bütün sümüklərini indi sındıracağam. Peter əmim qabağa keçib içkili kişinin qolundan yapışdı, sonra biz uşaqların üstünə qışqırıb otaqdan çıxartdılar. Otaqdan dəhşətli bağırtı, qadınların çığırtılarının səsi gəlirdi və bütün bunların ortasında nənənin sakit, hökmran səsi onun xarakterinin qalan tərbiyəli yönünü göstərməyə səy edirdi. Sonra qəfildən ortaya sakitlik çökdü və biz sonradan öyrəndik ki, Peter əmim onu sürükləyib çölə tullayıbmış. Onu daha öncə həmin evə heç zaman buraxmazdılar. Bizim küçəmizdəki evdə də eyni şey idi. Kişilər ya içirdi, ya da içən kişilərə çox dərin və hiddətli bir nifrət duyurdu. Nənəmin durumu pisləşəndə və həkim deyəndə ki, çox güman bu böhranı arxada qoya bilməyəcək, mənə daha onu ziyarət etməyə icazə vermədilər. Anam gecə-gündüz onun yanında idi və evə qızarmış gözlərlə və ruhdan salan xəbərlərlə gəlirdi. Nənəm öləndə də heç mənə onu görməyə icazə vermədilər, amma Edvinə verdilər. O dedi ki, öləndən sonra da nənəm sağ vaxtlarındakı kimi görünürmüş. Amma dəfn mərasimində iştirak etdim. Mən bazar günü kilsədə anamın və Rozalia xalamın yanında əyləşdim və artıq mərasim başladığında məni gic gülmək tutdu. Bu elə dəhşətli idi ki, cib dəsmalımı üzümə, burnuma tutdum ki, bəlkə mənim də sadəcə başqaları kimi ağladığımı düşünələr. Xoşbəxtlikdən mənim də yanağımdan yaşlar axırdı. Onun ölümü münasibəti ilə heç bir şey duymadığıma görə dəhşətə gəlmişdim. Mən nənəmi həqiqətən də sevirdim. Və bizim onun üçün birlikdə oxuduğumuz nəğmələr onun üçün oxundu. O zaman niyə yas saxlaya bilmirdim ona görə? Dəfn mərasimindən uzun zaman sonra mənim yorğanımı nənəmin yorğanı ilə əvəz etdilər. Anama miras qalan yeganə şey bu idi. Axşam vaxtı, yorğanı üzərimə çəkdiyimdə nənəmə məxsus xüsusi təmiz döşəkağının iyini içimə çəkdim. Onda ilk dəfə ağladım və ilk dəfə nəyin baş verdiyini başa düşdüm. Ah, nənə, sən bir daha mənim necə oxuduğumu eşitməyəcək-sən. Sən bir daha heç zaman mənim çörəyimin üzərinə kərə yağı çəkməyəcəksən. Və həyatın haqqında mənə danışmağı unutduqlarını heç zaman bir daha aşkar edə bilməyəcəksən. Uzun müddət yatmazdan öncə xeyli ağlayırdım, çünki nənəmin iyi yorğana hopmuşdu və hələ də gəlirdi.
XIV BÖLÜM
“Bax, bu büzücünü vaxtında çatdır ha, Allah köməyin olsun!” – anam ağır maşını mənə tərəf tolazlayıb dedi. Ayaq barmaqlarıma düşəcəkdi, güclə hoppanıb yayındım. O, indi çamaşırxanada buxar borusunun yanında dayanıb və mən bilirəm ki, ayın bu günündə o, yarıdəli kimidir. Amma mən dəhşətli vəziyyətdəyəm. O, maşının icarəsini ödəməyim üçün mənə 10 öre pul verdi. Keçən dəfə qiymət 5 öre də qalxmışdı, ona görə söz vermişdim ki, qalan 5 öreni də növbəti dəfə ödəyəcəyəm. Belədə bu dəfə onlara 20 öre verməliydim, mənimsə üstümdə cəmi 10 öre vardı. – “Ana, mən qorxa-qorxa dedim, qiymət qalxırsa, mən nə edə bilərəm?”, – o başını qaldırır və nəm saçlarını geri atır, – “sənə nə deyilir onu elə!” O, hədələyici tonla dedi. Mən çamaşırxanadan küçəyə çıxıram, boz səmaya baxıram, sanki səmadan kömək gözləyirəm. Axşam idi, zibil yeşiklərinin yanında hər zaman orada olan dəstə yenə yığışmışdı. Kaş onlardan biri də mən olardım. Kaş mən də Rut kimi olardım. O, o qədər balacadır ki, izdihamın içində itib-batır. – “Salam Tove”, – o xoşbəxtliklə qışqırır, çünki məni tərk etdiyi haqqında heç bir fikri yoxdur. – “Salam”, – mən cavab verirəm, qəfildən ümid hiss edirəm. Yaxınlaşıb Ruta işarə edirəm ki, arxamca gəlsin. Sonra tapşırığımı ona izah edirəm və o deyir: – “Mən də səninlə gəlirəm. Mən həll edəcəyəm problemsiz. 10 öreni mənə ver, bu heç nədən daha yaxşıdır.” Böyüklərin davranışı üzərində çox baş sındırmayan Rut üçün hər şey birbaşadır. Böyüklərin davranışı heç mənim də vecimə deyil, amma məsələ anam olduqda onun proqnozlaşdırıla bilinməyən şəxsiyyətini mən artıq qəbul etmişəm. Sundevedsqata küçəsinin başında qaçmağa hazır şəkildə bir küncdə gözləyirəm. Həmin ərəfədə Rut mağazaya dürtülür, maşını piştaxtanın üzərinə tullayır sonra mənə tərəf götürülür. Tam Amerikavay küçəsinə kimi qaçırıq, təngnəfəs oluruq. Sonra köhnə günlərdə olduğu kimi bir-birimizə qoşulub gülürük. – “Qancıq arxamca bağırırdı”, – Rut nəfəs almaqda çətinlik çəkərək dedi, – “bunun qiyməti on beş öredir! O arxamca qışqırdı, amma iri qarnı ilə maşının yanından kifayət qədər tez ötüb keçə bilmədi. Aman Allahım, bu necə də gülməli idi.” Şəffaf göz yaşları onun gözəl, balaca üzündə şırnaq izləri buraxırdı və mən özümü xoşbəxt, minnətdar hiss edirdim. Biz evə gedəndə Rut məndən soruşur ki, niyə onların zibil qabının yanına yığışan dostlarına qoşulmaq istəmirəm. – “Onlar elə əyləncəlidirlər ki, o böyük qızlar”, – o deyir. SOnlar çox əntiqə zaman keçirdir. Əgər Rut orada olmaq üçün kifayət qədər böyükdürsə, mən də orada ola bilərəm. Yenidən evə yetişdiyimizdə gördük ki, yalnız Minna və Qrete hələ də zibil yeşikləri olan küncdədirlər. Rut bu Minnada nə tapıb, başa düşə bilmirəm. Qrete ön binada boşanmış ana ilə yaşayır və xalam kimi o da dərzi işləyirdi. O, yeddinci sinifdədir və mən onu heç də yaxşı tanımıram. Əynində sinəsinin iki qabarıq yerini aşkar edən toxunma bluza var, bu qabarıqlar təəssüf ki, məndə çatışmır. Güləndə ağzının əyri olduğunu görmək olur. Künc demək olar qaranlıqdır və zibil qabları üfunət iyi verir. İki böyük qız onların üzərində oturub və Minna qonaqpərvərliklə yanında Ruta yer edir. Mənsə dirək kimi dayanmışam və nə deyəcəyimlə bağlı düşünə bilmirəm. Bu mənim illərdir səbrsizliklə gözlədiyim bir inkişaf idi, amma indi əmin deyiləm, bu böyük işdirmi? – “Qerda tezliklə doğacaq”, – Qreta dabanlarını zibil qablarına döyəcləyərək deyir. – “O da Gözəl Lüdviq kimi gecikmiş olacaq”, – Minna ümidlə dillənir. – “İçkili vəziyyətdə təməli qoyulan uşaqların başına gələn məhz bu olur. Cəhənnəmə ki!”, – Rut deyir. O zaman