Kopenhagen trilogiyası. Тове Дитлевсен
Читать онлайн книгу.Hər iki qız şaqqanaq çəkib güldü. – “Bu lənətə gəlmiş yalandır”, – Minna dedi, – “o, belə davranmaq üçün həddindən artıq müqəddəsdir.” – “Əgər yalandırsa, lənətə gəlim!”, – Rut gülərək sözünün üstündə durdu. Gülüşündə bədxahlıq yox idi. Onun kim olduğunu da bilirəm. O, qıvrımsaç Çarlzdır. “Oh, ha ha!” Onlar gülüş səslərini ikiqat artırdı və aralarında ən hündürdən gülən elə mən oldum. Bunu ona görə etdim ki, Rut sadəcə olaraq bizi əyləndirmək istəyirdi və mənə elə gəlirdi ki, burada gülməli, əylənməli heç nə yoxdur.
Qerda küçə boyu başını aşağı əyib yırğalana-yırğalana gedir, gülüş səsləri dayanır. Əlindəki toxuma səbətdə bir-birinə dəyib cingildəyən pivələr qalaqlanıb. Qısa saçı əvvəlkindən daha qaradır və üzündə qəhvəyi ləkələr əmələ gəlib. Cəld arzu edirəm ki, normal düşüncəli, gözəl, balaca uşağı olsun. Ona qız arzulayıram, qızıl saçı olsun, arxadan da hörükləri sallansın. Bəlkə də Qerda Tin Snouta aşiq idi, çünki heç kim qadının qəlbini bilə bilməzdi. Bəlkə də o, özü gündüz hər nə qədər deyib-gülsə, şənlənsə də, hər gün yatmaq üçün ağlayırmış. Zibil yeşiyi küncündə durduğunda və 14 yaşında olarkən başına nə iş gələcəyini qışqırarkən də! Mən bu ənənəni davam etdirmək istəmirəm. Mən bunu sevdiyim kişi ilə görüşənə kimi etmək istəmirəm. Amma hələ nə bir kişi, nə bir oğlan mənim tərəfə baxıb. Mən cibi pulla oynayan, işdən çıxan kimi evə gələn, “içki içməyən” sevgili istəmirəm. Mən yaşlı ev sahibəsi olmaq istəyirəm, atam-anam tədricən məhz bu yolu gedir. Atam hər zaman mənim məktəbi bitirdikdən sonra “təqaüdü olacaq sabit bir işə” sahib olmağımdan danışır. Amma bu söhbət də mənə bacarıqlı fəhlənin söhbəti kimi dəhşətli gəlir. Nə zaman ki, gələcəyim barədə düşünürəm, elə məqam olmur ki, divara dirənim. Buna görə də mən uşaqlığımı bacardığım qədər çox uzatmaq istəyirəm. Mən uşaqlığımdan kənarda özümə bir həyat düşünə bilmirəm və anam məni pəncərədən çağırdı. Bu zaman qiymətli küncümü-zibil qablarının yanını tərk edib qalxıram yuxarı. – “Hə, çox gözəl, apardın çatdırdın?”, – o soruşur. – “Hə”, – mən deyirəm. O gülür, sanki onun mənə verdiyi ağır bir tapşırığı yerinə yetirmişdim.
XV BÖLÜM
Hərçənd imtahanlarda 30 illik müharibənin nə qədər davam etdiyini bilmirəm, amma yenə də xanım Matiasen mənə deyir ki, evdə ali məktəbə getməyim üçün icazə alım. Mən heç zaman belə zarafatları başa düşə bilməyəcəyəm. Xanım Matiasen bildirir ki, mən intelligentəm və təhsilimə davam etməliyəm. Elə mən də bunu etmək istəyirəm, amma bilirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Çox da ümid etmədən hər halda atama deyirəm və o, əsəbi, qəribə tərzdə, nifrətlə cavab verir ki, qadınların oxumağı həm iyrənc, həm də uğursuz olur. Bir dəfə o, mənə Florens Naytinqeyl haqqında inşa yazmağa yardım edirdi. Ancaq onun haqqında yalnız böyük ayaqlarının və pis nəfəsinin oluğunu söyləyə bildi. Belə olduqda atamın yerinə gedib xanım Mollerupdan soruşdum. Bunu saymasaq atam mənim yazı işlərimin çoxunu yazmışdı və xanım Matiasendən xeyli yaxşı qiymət almışdı. Aşkara çıxmayacaqdı, ancaq bir gün atam Amerika haqqında inşasını belə bitirdi:
– Amerika azadlıq ölkəsi adlandırılıb. Əvvəllər azad olmaq özün olmaq demək idi. İndi isə yemək almağa pulun yoxdursa və acından ölürsənsə, bu azadlıqdır. – “Bu cəfəngiyyatla nə demək istəyirsən?”, – mənim sinif rəhbərim dedi. Biz bütün səylərimizə rəğmən yalnız “B” ala bildik. Mən təhsilimi davam etdirə bilmirəm və yalnız qısa bir müddət də uşaq qala bilərəm. Məktəbi bitirməli, konfirmasiya olmalı və çox işi olan bir evdə işə düzəlməli idim. Gələcək bədheybətdir, üzərimə yıxılacaq bu nəhəng bədheybət məni altında əzəcək. Parça-parça olmuş uşaqlığım ətrafımda dövr edir. Elə bir yerdə yırtığı yamayıram ki, dərhal başqa bir yerdən cırılır. Bu durum məni zəif və qıcıqlı edir. Anamla danışıram, udquna-udquna deyir: Yaxşı, yaxşı. Gözlə gör yad adamların arasına düşəndə necə olacaqsan. Onların böyük dərd-kədəri Edvindir. Valideynlərimizlə kəllə-kəlləyə gələndən sonra onunla çox yaxınlaşmışıq. Onun haqqında heç bir dərin, ağrılı hissim yoxdur, bu səbəbdən hansı mövzuda istəsə qorxusuz-hürküsüz mənə ürəyini aça bilər. Amma atam hər zaman onun nəsə böyük bir şey olacağına inanırdı, çünki uşaq vaxtı çox böyük istedad sahibi idi. O gitarada çala, oxuya bilirdi, bundan əlavə sinifdəki tamaşalarda hər zaman şahzadə o olardı. Məktəbimizdəki, sinfimizdəki qızların ondan ötrü ürəyi gedirdi və onunla eyni məktəbə getdiyimizdən müəllimlər hər zaman heyranlıqla mənə deyərdi: O gözəl, ağıllı oğlan sənin qardaşındır? Eyni zamanda onun işçi sinfinin Danimarka gənclər təşkilatına üzv olması, canını və qanını partiya yolunda əsirgəməməsi atama fəxarət hissi verirdi. Atam hər zaman deyirdi ki, əlinə bel götürməyən heç bir hökümət nazirinə hörmət etmir. Ona görə kim bilir o, Edvin üçün hansı gələcəyi düşünmüşdü? İndi bütün bu xəyallar məhv olmuşdu. Edvin həmin qızıl günü gözləyir ki, müdir özü olsun və yanına gələnləri özü istədiyi kimi buynuzlasın. Eyni zamanda o, 18 yaşının tamam olmasını gözləyir, çünki məhz bu yaşdan sonra evdən ayrıla, ayrıca ev kirayə götürə və rahatca istədiklərini orada edə bilər. Elə bir yerdə yaşamaq istəyir ki, qızlarını rahat ziyarətə çağıra bilsin, çünki anam bu məsələlərdə həddən artıq barışmaz mövqe tutur. Onun gözlərində bütün cavan qızlar yalnız evlənmək niyyətində olan, bacarıqlı işçi tərəfindən dəstək görmək istəyən, başqasının hesabına həyat sürmək istəyən düşmənlər idi. – “Və indi, o, pul qazanmağa hazırlaşanda”, – o, acı-acı atama deyir, – “və pulun bir hissəsini geri qaytarmaq iqtidarında olanda evdən qaçır, əlbəttə ki qaçır. Yüz faiz hansısa qızdır bu fikri onun beyninə yeridən.” O, belə şeyləri ancaq yatağa girəndən, mənim yatdığımı düşünəndən sonra edir. Edvini tamamilə və yaxşı başa düşürəm, çünki bu yaşanılası ev deyil. Və mən də 18 yaşıma çatdığımda evdən köçməyə hazırlaşıram. Amma eyni zamanda başa düşürəm ki, atam məyus olub. Təzəlikcə, atamla Edvin dalaşdığında Edvin dedi ki, Stauninq içki içir və evə qızlar gətirir. Atamın üzü qıpqırmızı oldu və ona möhkəm bir şapalaq ilişdirdi, qardaşım tappıltı ilə döşəməyə sərildi. Daha öncə heç zaman atamın Edvini vurduğunu görməmişdim. O, məni də heç zaman vurmayıb. Bir dəfə axşam valideynlərim uzanıb nəyisə yerlərində müzakirə etdiklərində atam dedi ki, gərək Edvinə qız dostunu evə dəvət etməyə icazə versinlər. – “Onun qız dostu yoxdur, daimi olan biri yoxdur”, – anam qısa və quru cavab verdi. – “Yox varıdı, atam cavab verdi. Yoxsa hər axşam evdən çıxıb harasa getməzdi. Bu yolla sən özün onu evdən didərgin salırsan.” Hər zaman olduğu kimi çox nadir hallarda atam nəyəsə belə israr edirdi və anam belə hallarda hər zaman təslim olurdu. Beləliklə Edvinə dedilər ki, Sulvayqı növbəti axşam evə qəhvə içməyə dəvət etsin. Mən Sulvayq haqqında çox bilirəm, amma heç zaman onunla görüşməmişəm. Bilirəm ki, onunla qardaşım bir-birini sevir və qardaşımın 18 yaşı olanda, müstəqil işə sahib olanda evlənməyə hazırlaşırlar. Həm də bilirəm ki, qardaşım onun evini ziyarət edir və onun valideynləri qardaşımı çox sevir. O, qardaşımla Folkets Hüsdə rəqs gecəsində tanış olub. O, Enqhavevayda yaşayır