KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Читать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
kimyəvi və ya hər hansı başqa təbii xassələri belə bir ümumi cəhət ola bilməz. Onların cismani xassələri ümumiyyətlə ancaq ona görə nəzərə alınır ki, əmtəələrin faydalılığı həmin xassələrdən asılıdır, yəni bu xassələr əmtəələri istehlak dəyərləri edir. Digər tərəfdən, aşkardır ki, əmtəələrin mübadilə nisbəti məhz onların istehlak dəyərlərindən asılı deyildir. Əmtəələrin mübadilə nisbəti çərçivəsində hər bir məlum istehlak dəyəri, lazımi proporsiyada olarsa, o hər hansı başqa istehlak dəyəri ilə tam bərabər əhəmiyyətə malikdir. Yaxud qoca Barbon demişkən:

      «Əmtəələrin bir çeşidinin mübadilə dəyəri ilə başqa çeşidinin mübadilə dəyəri bərabərdirsə, bunların hər ikisi eyni dərəcədə yaxşıdır. Bərabər mübadilə dəyərləri olan şeylər arasında heç bir fərq və ya təfavüt yoxdur».

      İstehlak dəyərləri olmaq etibarı ilə əmtəələr hər şeydən əvvəl keyfiyyətcə fərqlənir, mübadilə dəyərləri olmaq etibarı ilə onların ancaq miqdar fərqləri ola bilər və, deməli, onlarda bircə atom da istehlak dəyəri yoxdur.

      Əmtəə cisimlərinin istehlak dəyərindən sərf-nəzər edilsə, onlarda bircə xassə qalır, bu da ondan ibarətdir ki, onlar əmək məhsullarıdır. Lakin indi əmək məhsulu özü də tamamilə yeni bir şəkil alır. Doğrudan da, biz onun istehlak dəyərindən sərf-nəzər etdiksə, bununla birlikdə onun əmtəə cisminin tərkib hissələri və formalarından da sərf-nəzər etmiş olduq, onu istehlak dəyəri edən isə məhz bunlardır. İndi bu daha stol, yaxud ev, yaxud iplik, yaxud hər hansı başqa bir faydalı şey deyildir. Onun hiss ilə qavranılan bütün xassələri sönüb getdi. Habelə o indi daha bir xarrat, yaxud dülgər, yaxud əyirici əməyinin, ya da ümumiyyətlə başqa müəyyən bir məhsuldar əməyin məhsulu deyildir. Əmək məhsulunun faydalılıq xassəsi ilə bərabər, – onda təmsil olunan əmək növlərinin də faydalılıq xassəsi yox olur, deməli, bu əmək növlərinin müxtəlif konkret formaları yox olur; daha onların arasında fərq qalmır, hamısı bərabər insan əməyinə, abstrakt insan əməyinə müncər olur.

      İndi nəzərdən keçirib görək, əmək məhsullarından nə qaldı. Onlardan heç bir şey qalmadı, qalan ancaq, hamısı üçün bərabər olan xəyali predmetlikdən, sadəcə fərqsiz insan əməyi birkintisi8 olmaqdan, yəni insan iş qüvvəsinin hər hansı formada sərf edilməsinə baxmayaraq bu iş qüvvəsi məsrəfi olmaqdan ibarətdir. İndi bütün bu şeylər ancaq onun ifadələridir ki, bunların istehsalına insan iş qüvvəsi sərf edilmişdir, bunlarda insan əməyi toplanmışdır. Onların hamısı üçün ümumi olan həmin ictimai substansiyanın kristalları olmaq etibarı ilə onlar dəyərdir, əmtəə dəyərləridir.

      Əmtəələrin mübadilə nisbətinin özündə onların mübadilə dəyəri öz istehlak dəyərlərindən əsla asılı olmayan bir şey kimi qarşımıza çıxmışdır. Əgər biz əmək məhsullarının istehlak dəyərindən doğrudan da sərf-nəzər etsək onların indicə tərifini verdiyimiz şəkildə dəyərini əldə edərik. Beləliklə, əmtəələrin mübadilə nisbətində və ya mübadilə dəyərində ifadə olunan ümumi cəhət məhz onların dəyəridir. Tədqiqatın sonrakı gedişi yenə də bizi buna gətirib çatdıracaqdır ki, mübadilə dəyəri dəyərin zəruri ifadə üsulu və ya təzahür formasıdır; bununla belə, dəyər əvvəlcə həmin formadan asılı olmayaraq nəzərdən keçirilməlidir.

      Beləliklə, istehlak dəyərinin, və ya nemətin, ancaq ona görə dəyəri vardır ki, onda abstrakt insan əməyi cisim şəkli almış və ya maddiləşmişdir. Bəs onun dəyərinin kəmiyyətini necə ölçməli? Görünür, onda olan əməyin, bu «dəyər yaradan substansiyanın» miqdarı ilə.. Əməyin öz miqdarı onun sərf edildiyi müddətlə, iş vaxtı ilə ölçülür, iş vaxtı özü də öz miqyasını zamanın müəyyən hissələrində tapır, məsələn: saat, gün və i. a.

      Əgər əmtəənin dəyəri onun istehsal edildiyi müddətdə sərf olunan əməyin miqdarı ilə ölçülürsə, onda belə görünə bilərdi ki, əmtəəni istehsal edən adam nə qədər tənbəl və ya bacarıqsızdırsa, bu əmtəənin dəyəri bir o qədər artıq olmalıdır, çünki əmtəə istehsal etmək üçün ona daha çox vaxt lazım gəlir. Lakin dəyərlərin substansiyasını təşkil edən əmək bərabər insan əməyidir, eyni insanın qüvvəsinin sərf olunmasıdır. Cəmiyyətin, əmtəə aləmi dəyərlərində ifadə olunan bütün iş qüvvəsi saysız-hesabsız fərdi iş qüvvələrindən ibarət olsa da, burada eyni insan iş qüvvəsi kimi meydana çıxır. Bu fərdi iş qüvvələrindən hər biri, hər hansı başqası kimi, ictimai orta iş qüvvəsi xarakterinə malik olduğuna və belə bir ictimai orta iş qüvvəsi kimi fəaliyyət göstərdiyinə görə, deməli, məlum bir əmtəənin istehsalına ancaq orta dərəcədə zəruri və ya ictimai zəruri iş vaxtı sərf etdiyinə görə eyni insan iş qüvvəsidir. İctimai zəruri iş vaxtı, mövcud ictimai normal istehsal şəraitində və həmin cəmiyyətdə əməyin orta səviyyəli bacarıq və intensivliyi şəraitində hər hansı bir istehlak dəyərinin hazırlanması üçün tələb olunan iş vaxtıdır. Məsələn, İngiltərədə buxarla işləyən toxucu dəzgahı işə salındıqdan sonra müəyyən miqdar ipliyi parçaya çevirmək üçün, bu işə keçmişdə sərf edilən əməyin bəlkə də ancaq yarısı lazım gəlirdi. Əlbəttə, əl ilə işləyən ingilis toxucusu bundan sonra da ipliyi parçaya çevirməyə əvvəlki qədər iş vaxtı sərf edirdi, lakin indi onun fərdi iş saatının məhsulunda ictimai iş saatının ancaq yarısı təmsil olunurdu və buna görə də həmin məhsulun dəyəri iki qat azalmışdı.

      Beləliklə, müəyyən istehlak dəyərinin dəyər kəmiyyəti yalnız, bu istehlak dəyərini hazırlamaq üçün lazım gələn ictimai zəruri əməyin və ya iş vaxtının miqdarı ilə müəyyən olunur9. Bu halda hər bir ayrıca əmtəə öz qəbilindən olan əmtəələrin yalnız orta nüsxəsi əhəmiyyətinə malikdir10 Buna görə də bərabər miqdarda əməyi ehtiva edən, yaxud eyni iş vaxtında hazırlana bilən əmtəələr bərabər dəyər kəmiyyətinə malikdir. Bir əmtəənin dəyərinin hər bir başqa əmtəənin dəyərinə nisbəti, birincinin istehsalı üçün zəruri olan iş vaxtının ikincinin istehsalı üçün zəruri olan iş vaxtına nisbəti kimidir. «Dəyər olmaq etibarı ilə bütün əmtəələr donub qalmış iş vaxtının yalnız müəyyən miqdarlarıdır»11.

      Deməli, əmtəənin istehsalı üçün zəruri olan iş vaxtı sabit qalsaydı, əmtəə dəyərinin kəmiyyəti də sabit qalardı. Lakin hər dəfə əməyin məhsuldar qüvvəsi dəyişildikdə, iş vaxtı da dəyişilməyən məhsuldar qüvvəsi müxtəlif şərtlərlə, bir sözlə fəhlənin orta məharət dərəcəsi ilə, elmin inkişaf səviyyəsi ilə və onun texnoloji tətbiqi dərəcəsi ilə, istehsal prosesinin ictimai kombinasiyası ilə, istehsal vasitələrinin qədəri və effektivliyi ilə, təbii şəraitlə müəyyən olunur. Eyni miqdar əmək, məsələn, məhsulun yaxşı gəldiyi ildə 8 buşel, yaxşı gəlmədiyi ildə isə ancaq 4 buşel buğdada ifadə olunur. Eyni miqdar əmək yoxsul mədənlərə nisbətən zəngin mədənlərdə daha çox metal verir və i. a. Yerin qabığında almaz çox az tapılır, buna görə də almazı axtarıb tapmaq orta hesabla çox iş vaxtına başa gəlir. Deməli, kiçik həcmli almazda çoxlu əmək təmsil olunmuşdur. Ceykob bu fikirdədir ki, heç zaman qızılın tam dəyəri ödənilməmişdir. Bunu almaz haqqında daha artıq


Скачать книгу

<p>8</p>

depozit

<p>9</p>

2-ci nəşrə qeyd. „Onlar" (istehlak şeyləri) „bir-birinə mübadilə edildiyi zaman onların dəyəri onların istehsalı üçün zəruri olan və adətən sərf edilən əməyin miqdarı ilə müəyyən olunur“. Keçən əsrdə anonim müəllif tərəfindən yazılan bu gözəl əsərin nəşr edildiyi vaxt göstərilməmişdir. Lakin onun məzmunundan görünür ki, II Georqun zamanında, təxminən 1739-cu və ya 1740-cı ildə çapdan çıxmışdır.

<p>10</p>

„Eyni qəbildən olan bütün məhsullar əslində bir kütlə təşkil edir ki, bunun da qiyməti. ayrı-ayrı hallardakı xüsusi şəraitdən asılı olmayaraq, bütövlükdə müəyyən olunur“ (Le Trosne, sitat gətirilən əsər, səh. 893).

<p>11</p>

Karl Marks. .Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 6 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 16].