KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Читать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс

Скачать книгу
rol oynadığı kimi, burada insan əməyi də tamamilə eyni vəziyyətdədir. Əmək inkişaf cəhətdən xüsusilə fərqlənməyən hər bir adi adamın cismani orqanizminin orta dərəcədə malik olduğu sadə iş qüvvəsinin sərf olunmasıdır. Sadə orta əmək, müxtəlif ölkələrdə və mədəniyyətin müxtəlif dövrlərində müxtəlif xarakter daşısa da, bununla belə hər bir müəyyən cəmiyyət üçün məlum bir kəmiyyətdir. Nisbətən mürəkkəb əmək ancaq qüvvətə yüksəldilmiş və ya, daha doğrusu, zərb16 olunmuş sadə əməkdir, belə ki, az miqdar mürəkkəb əmək çox miqdar sadə əməyə bərabərdir. Təcrübə göstərir ki, mürəkkəb əməyin sadə əməyə belə müncər17 olması daim baş verir. Əmtəə ən mürəkkəb əməyin məhsulu ola bilər, lakin onun dəyəri onu sadə əməyin məhsuluna bərabər edir və, deməli, onun dəyəri özü ancaq müəyyən miqdar sadə əməyi təmsil edir18. Müxtəlif əmək növlərinin bunlar üçün ölçü vahidi olmaq etibarı ilə sadə əməyə müncər olduğu müxtəlif proporsiyalar istehsalçıların xəbəri olmadan ictimai prosesdə meydana gəlir və buna görə də istehsalçılara adətlə müəyyən olunmuş kimi görünür. Asanlıq xətrinə bundan sonrakı şərhimizdə hər növ iş qüvvəsinə bilavasitə sadə iş qüvvəsi kimi baxacağıq, – bu bizi hər bir xüsusi halda mürəkkəb əməyi sadə əməyə müncər etmək zərurətindən azad edər.

Deməli, sürtukun və kətanın dəyərlərində onların istehlak dəyərlərinin fərqləri yox olduğu kimi, bu dəyərlərdə təmsil olunan əməkdə də onun dərzilik və toxuculuq kimi faydalı formalarının fərqləri yox olur. İstehlak dəyərləri olan sürtuk və kətan ancaq məqsədəuyğun məhsuldar fəaliyyətin mahud və ipliklə birləşməsidirsə, dəyər olmaq etibarı ilə sürtuk və kətan yekcins əmək birkintilərindən19 başqa bir şey deyildir; eynilə də bu dəyərlərdə olan əmək məsrəflərində də onların mahuda və ipliyə məhsuldar münasibəti deyil, ancaq insan iş qüvvəsinin sərf olunması əhəmiyyətlidir. Dərzilik və toxuculuq özlərinin məhz keyfiyyətcə müxtəlif xüsusiyyətləri sayəsində sürtuk və kətan kimi istehlak dəyərləri yaradan ünsürdür; ancaq dərzilik və toxuculuğun xüsusi keyfiyyətlərindən sərf-nəzər edildikdə, bunlar eyni bir keyfiyyətə, insan əməyi keyfiyyətinə malik olduqda, sürtuk və kətanın dəyər substansiyası olur.

Lakin sürtuk və kətan nəinki ümumiyyətlə dəyərlərdir, habelə müəyyən kəmiyyətli dəyərlərdir: bizim fərz etdiyimizə görə, sürtuk 10 arşın kətandan ikiqat artıq dəyərə malikdir. Onların dəyər kəmiyyətindəki bu fərq haradandır? Səbəb ondadır ki, kətanda olan əmək sürtukda olan əməyin ancaq yarısı qədərdir, belə ki, sürtukun istehsalına kətanın istehsalı üçün lazım olduğundan ikiqat artıq müddətdə iş qüvvəsi sərf etmək lazımdır.

Buna görə də əmtəənin istehlak dəyəri cəhətdən bu əmtəədəki əməyin ancaq keyfiyyəti əhəmiyyətlidirsə, dəyərin kəmiyyəti cəhətdən əməyin ancaq miqdarı əhəmiyyətlidir, həm də bu əmək heç bir başqa keyfiyyəti qalmayan insan əməyinə müncər edilmiş olmalıdır. Birinci halda məsələ əməyin necə sərf olunması və nə istehsal etməsi, ikinci halda isə nə qədər əmək sərf olunması və onun neçə müddət davam etməsi üzərindədir. Əmtəənin dəyər kəmiyyəti əmtəədə olan əməyin ancaq miqdarını ifadə etdiyinə görə, müəyyən proporsiyada götürülən əmtəələr həmişə bərabər kəmiyyətli dəyərlər olmalıdır.

Əgər bir sürtukun istehsalı üçün lazım olan bütün faydalı əmək növlərinin məhsuldar qüvvəsi sabit qalırsa, onda sürtukların dəyər kəmiyyəti onların miqdarına proporsional olaraq artır. Əgər bir sürtuk x iş günü təmsil edirsə, onda 2 sürtuk 2x iş günü təmsil edir və i. a. Lakin tutaq ki, bir sürtukun istehsalı üçün lazım olan əmək ikiqat artır və ya yarıbayarı azalır. Birinci halda bir sürtukun dəyəri iki sürtukun əvvəlki dəyərinə, ikinci halda isə iki sürtukun dəyəri bir sürtukun əvvəlki dəyərinə bərabərdir, hərçənd hər iki halda sürtukun göstərdiyi xidmət dəyişilməz qalır, habelə onda olan faydalı əməyin keyfiyyəti də dəyişilməz qalır. Lakin onun istehsalına sərf olunan əməyin miqdarı dəyişilmiş olur.

Çox miqdar istehlak dəyəri özlüyündə çox miqdar maddi sərvətdir: iki sürtuk bir sürtukdan çoxdur. İki sürtukla iki adamı, bir sürtukla ancaq bir adamı geyindirmək olar və i.a. Bununla belə, maddi sərvətin artan kütləsinə eyni zamanda onun dəyər kəmiyyətinin aşağı düşməsi uyğun gələ bilər. Bu bir-birinə əks hərəkət əməyin ikili xarakterindən irəli gəlir. Məhsuldar qüvvə, əlbəttə, həmişə faydalı, konkret əməyin məhsuldar qüvvəsidir və əslində ancaq məlum vaxt ərzində məqsədəuyğun məhsuldar fəaliyyətin effektivliyi dərəcəsini müəyyən edir. Deməli, faydalı əmək öz məhsuldar qüvvəsinin yüksəlməsinə və ya aşağı düşməsinə düz mütənasib olaraq məhsulların gah daha zəngin, gah da daha yoxsul bir mənbəyi olur. Əksinə, məhsuldar qüvvənin dəyişilməsi özlüyündə əmtəənin dəyərində təmsil olunan əməyə əsla toxunmur. Məhsuldar qüvvə əməyin konkret faydalı formasına məxsus olduğuna görə, əməyin konkret faydalı formasından sərf-nəzər etdikdə, məhsuldar qüvvənin əməyə, əlbəttə, dəxli ola bilməz. Deməli, əməyin məhsuldar qüvvəsi necə dəyişilirsə dəyişilsin, eyni bir əmək bərabər müddətlərdə həmişə kəmiyyətcə bərabər dəyərlər yaradır. Lakin bu şəraitdə əmək bərabər müddətlərdə müxtəlif miqdar istehlak dəyərləri yaradır: məhsuldar qüvvə artdıqda çox istehlak dəyəri, aşağı düşdükdə isə az istehlak dəyəri yaradır. Məhsuldar qüvvənin dəyişilməsi əməyin səmərəliliyini və, deməli, onun yaratdığı istehlak dəyərləri kütləsini artırdıqda, deməli, bu artmış kütlənin dəyər kəmiyyətini azadır, zira həmin kütlənin istehsalı üçün lazım olan iş vaxtının miqdarını azaldır. Habelə əksinə.

Hər bir əmək, bir tərəfdən, insan iş qüvvəsinin fizioloji mənada sərf olunmasıdır və eyni insan əməyi, yaxud abstrakt insan əməyi olmaq etibarı ilə də əmək əmtəələrin dəyərini təşkil edir. Hər bir əmək, digər tərəfdən, insan iş qüvvəsinin xüsusi bir məqsədəuyğun formada sərf olunmasıdır və belə bir konkret faydalı əmək olmaq etibarı ilə istehlak dəyərləri yaradır20

3. DƏYƏR FORMASI, YAXUD MÜBADİLƏ DƏYƏRİ

Əmtəələr dünyaya istehlak dəyərləri, yaxud əmtəə cisimləri formasında gəlir, məsələn, dəmir, kətan, buğda və i. a. Bu onların ibtidai natural formasıdır. Lakin bunlar ancaq öz ikili xarakterinə görə, eyni zamanda həm istehlak şeyi, həm də dəyər daşıyıcısı olduqlarına görə əmtəə olurlar. Deməli, bunlar ancaq həmin ikili formada – natural formada və dəyər formasında olduqda əmtəədir, yaxud əmtəə formasına malikdir

Əmtəələrin dəyəri dul qadın Kunklidən bununla fərqlənir ki, onun harasından yapışmaq lazım gəldiyini bilmirsən21. Əmtəə cisimlərinin düyülan qaba predmetliyinin tam əksinə olaraq, dəyərə [Wertgegenständlichkeit] bircə atom da təbiət maddəsi daxil deyildir. Siz hər bir ayrıca əmtəəni əl ilə yoxlaya və nəzərdən keçirə bilərsiniz, onunla istədiyinizi edə bilərsiniz, dəyər [Wertding] olaraq o sezilməz qalır. Lakin

Скачать книгу

16

Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)

17

Birləşmək, tamamlanmaq (köhn.)

18

Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.

19

скопление

20

Hər zaman bütün əmtəələrin dəyərlərinə qiymət vermək və onları bir-biri ilə müqayisə etmək üçün yalnız əməyin qəti və real bir ölçü olduğunu sübut etməkdən ötrü A. Smit yazır: „Bərabər miqdar əmək hər zaman və hər yerdə fəhlə üçün eyni dəyərdə olmalıdır. Normal sağlamlıq və qüvvətə malik olub normal işləyə bilən və bacarığı orta dərəcədə olan bir fəhlə həmişə öz rahatlıq, sərbəstlik və səadətinin eyni bir hissəsini verməlidir“. A. Smit burada (hər yerdə yox), bir tərəfdən dəyəri əmtəənin istehsalına sərf olunan miqdarı ilə təyin etməyi əmtəə dəyərlərini əməyin öz dəyəri ilə təyin etməklə qarışdırır və buna görə də sübut etməyə çalışır ki, bərabər miqdarda əmək həmişə eyni dəyərə malik olur. Digər tərəfdən, o hiss edir ki, əmək əmtəələrin dəyərində ifadə olunduğuna görə, ancaq iş qüvvəsinin sərf olunması deməkdir, lakin o, iş qüvvəsinin bu məsrəfini yenə də ancaq rahatlıq, azadlıq və səadətin qurban verilməsi kimi təsvir edir, bu məsrəfin həmçinin normal həyat fəaliyyəti olduğunu görmür. Doğrudur, onun gözləri qarşısında müasir muzdlu fəhlə də dururdu. – A. S. Smitin 9-cu qeyddə sitat gətirilən anonim sələfi bu məsələdə ondan xeyli dürüst fikir yeridir: "Birinci müəyyən bir istehlak şeyi hazırlamaq üçün bir həftə vaxt sərf etmişdir.. və ona bunun müqabilində başqa bir şey təklif edən şəxs lap yaxşı qiymətləndirə bilər ki, birinci şey üçün lazım ekvivalent nədən ibarətdir, bundan ötrü o hesablamalıdır ki, özünün təklif etdiyi şeyin nə qədarinə eyni miqdar əmək [labour] və vaxt sərf etmişdir. Burada məsələ ondan ibarətdir ki, məlum şeyin istehsalına bir şəxsin müəyyən vaxt ərzində sərf etdiyi əmək başqa bir şeyin istehsalına başqa bir şəxsin eyni vaxt ərzində sərf etdiyi əməyə mübadilə olunur“. İngilis dilinin belə bir üstünlüyü vardır ki, əməyin iki müxtəlif cəhətini ifadə etmək üçün bu dildə iki müxtəlif söz mövcuddur. Keyfiyyətcə müəyyən olub istehlak dəyərləri yaradan əmək labour-un əksinə olaraq work adlanır; dəyər yaradan və ancaq miqdarca ölçülən əmək isə work-un əksinə olaraq labour adlanir.

21

Marks burada Şekcpirin tarixi xronologiyasındakı dialoqdan istifadə edir, “Kral IV Henrix”, I hissə üçüncü pərdənin üçüncü səhnəsində Falstaf dul qadın Kuikliyə deyir: “Bilmir ki, onun harasından yapışsın”, Bunun cavabında Kuikli deyir: “Yalan deyirsən: sən də, başqaları da çox yaxşı bilirsiniz ki, mənim haramdan yapışasınız”.